Ali təhsil - Təhsil Media
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
"Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir.".
Tehsilmedia.org xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nümayəndə heyətinin təcrübə mübadiləsi məqsədilə Almaniya Federativ Respublikasına səfəri başa çatıb.
Tehsilmedia.org xəbər verir ki, səfərin əsas məqsədi sosial iş, inklüziv təhsil, əlilliyi olan şəxslərə dəstək xidmətləri, sosial reabilitasiya və peşə hazırlığı sahələrində Almaniya təcrübəsini öyrənmək, ali təhsil müəssisələri və sosial xidmət təşkilatları ilə akademik və institusional əməkdaşlıq imkanlarını genişləndirmək olub. Səfər çərçivəsində nümayəndə heyəti Düsseldorf, Köln, Bohum və Dortmund şəhərlərində bir sıra ali təhsil müəssisələrini və ixtisaslaşmış təşkilatları ziyarət edib.
Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Azərbaycanda Mikro, Kiçik və Orta Müəssisələrin İqtisadi Təşviqi” layihəsi çərçivəsində təşkil olunub.
Proqramın ilk mərhələsində Düsseldorf Tətbiqi Elmlər Universitetinin (Hochschule Düsseldorf) Sosial Elmlər və Mədəniyyətşünaslıq fakültəsində görüş keçirilib. Görüş zamanı ali təhsilin əlçatanlığı, tələbələrin sosial iştirakının təşviqi, universitetdə tətbiq olunan dəstək mexanizmləri və tələbələrin praktiki hazırlığı məsələləri müzakirə olunub. Daha sonra nümayəndə heyəti universitetin kampusu ilə tanış olub, əlilliyi olan tələbələr üçün yaradılmış şərait və infrastruktur imkanlarına baxış keçirib. Bu tələbələrlə görüş zamanı onların təhsil təcrübəsi, eləcə də universitet həyatında iştirakı barədə fikir mübadiləsi aparılıb. Köln Universitetinin İnklüzivlik üzrə Xidmət Mərkəzində (University of Cologne Service Center Inclusion) keçirilən görüşdə tələbələrə göstərilən məsləhət, sosial və psixoloji dəstək xidmətləri, eləcə də universitet mühitində bərabər imkanların təmin olunması məsələləri müzakirə edilib. Nümayəndə heyəti əlilliyi olan tələbələr üçün yaradılmış şəraitlə tanış olub, onların tədris prosesində iştirakını dəstəkləmək məqsədilə istifadə olunan avadanlıq və texniki vasitələrə baxış keçirib.
Bohum şəhərində yerləşən Evangelische Hochschule Bochum (EvH Bochum) ali məktəbində nümayəndə heyətinə əlilliyi olan tələbələr üçün dəstək sisteminin təşkili və tətbiqi təcrübəsi təqdim olunub. Görüşdə tələbələrə göstərilən fərdi dəstək, dərslərin təşkili, tədris materiallarının əlçatanlığı, imtahanların keçirilməsi və qiymətləndirmə qaydalarının tələbələrin ehtiyaclarına uyğunlaşdırılması barədə məlumat verilib. Həmçinin tələbələrin universitetin ictimai həyatında iştirakını təşviq edən tədbirlər müzakirə olunub.
Dortmund Peşə Təhsili Fondunda (Berufsförderungswerk Dortmund – BFW) nümayəndə heyəti peşə reabilitasiyası, yeni ixtisaslara yiyələnmə və əmək bazarına inteqrasiya sahəsində tətbiq olunan yanaşmalarla tanış olub. Nümayəndələr nəzəri dərslərin keçirildiyi auditoriyalara və yeni ixtisaslar üzrə praktiki təlimlərin aparıldığı emalatxanalara baş çəkiblər. Həmçinin istirahət otaqları, idman zalları və yataqxanaya baxış keçirilib.
Caritasverband Dortmund e.V. təşkilatında isə sosial xidmətlərin təşkili və həssas qruplara göstərilən dəstək mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
Səfərin sonuncu mərhələsində Dortmund Texniki Universitetinin əlilliyi olan tələbələrə dəstək xidməti (DoBuS - TU Dortmund) ilə görüş keçirilib. Görüşdə xidmətin əsas fəaliyyət istiqamətləri, əlilliyi olan tələbələr üçün nəzərdə tutulan dəstək proqramları və xidmətləri, eləcə də ali təhsildə inklüzivliyin təmin edilməsinə dair universitetin yanaşması təqdim olunub.
Səfər zamanı keçirilən görüşlər və yerində müşahidələr inklüziv təhsilin təşkili, tələbələrə dəstək və peşə reabilitasiyası üzrə müxtəlif yanaşmaları müqayisə etməyə imkan verib. Əldə olunan təcrübə Azərbaycan Universitetində əlçatan tədris mühitinin inkişafı, sosial iş üzrə təhsil alan tələbələrin praktik hazırlığının təkmilləşdirilməsi və tərəfdaş qurumlarla gələcək akademik əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Bolu Abant İzzet Baysal Universitetində Beynəlxalq Tələbə Gününə həsr olunmuş tədbir keçirilib.
Tehsilmedia.org xəbər verir ki, ilk olaraq universitetin prorektoru Prof. Dr. Kaya Yıldız ilə azərbaycanlı tələbələr və Azərbaycan ali təhsil müəssisələri ilə mümkün əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində qurulan Azərbaycan stendini ziyarə edən universitet rektoru cənab Prof. Dr. Faruk Yiğit və Səfirliyimizin təhsil məsələləri üzrə müşaviri cənab Müjdat Həsənov bir qrup azərbaycanlı tələbələrlə görüşüb.
ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub
Azərbaycan Texnologiya Universiteti (ATU) beynəlxalq elmi reytinq platforması olan “AD Scientific Index”in 2027-ci il üzrə nəticələrində mühüm uğurlar əldə edib.
Tehsilmedia.org xəbər verir ki, ümumi H-indeksi (Total H-Index) üzrə Azərbaycanın 34 ali təhsil müəssisəsi arasında 4-cü yerdə qərarlaşan ATU ölkənin aparıcı ali təhsil müəssisələri sırasındadır.
Universitet kənd təsərrüfatı və meşəçilik istiqaməti üzrə Azərbaycanda 1-ci, mühəndislik və texnologiya üzrə isə 3-cü yerdə qərarlaşıb.
ATU digər elmi istiqamətlər üzrə də yüksək nəticələr nümayiş etdirib. Universitet biznes və menecment üzrə 6-cı, iqtisadiyyat və ekonometrika üzrə 12-ci, tarix, fəlsəfə və teologiya üzrə isə 14-cü yerdə qərarlaşıb.
Kənd təsərrüfatı və meşəçilik istiqaməti üzrə ölkə liderliyi, eləcə də universitetin əsas ixtisaslaşma istiqamətlərindən olan mühəndislik və texnologiya sahəsində ilk üçlükdə təmsil olunması ATU-nun elmi-tədqiqat potensialının mühüm göstəricilərindəndir.
Universitetin reytinqdə təmsil olunan tədqiqatçılarının sayında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2026-cı il üzrə reytinqdə 27 tədqiqatçı ilə təmsil olunan ATU 2027-ci ildə bu göstəricini 49-a çatdırıb.
ATU-nun 2026-cı il üzrə fərdi elmi göstəricilərinə əsasən, universitetin 1 tədqiqatçısı dünya üzrə ən yüksək elmi göstəricilərə malik tədqiqatçıların ilk 20 faizində, 7 tədqiqatçısı isə ilk 30 faizində yer alıb.
“AD Scientific Index” ali təhsil və elmi-tədqiqat müəssisələrinin akademik heyətinin ümumi və son beş il üzrə H-indeksi, i10-indeksi və elmi əsərlərinə edilən istinadların sayı əsasında formalaşdırılan beynəlxalq qiymətləndirmə sistemidir.
AzTU-da beynəlxalq ISO standartları üzrə auditin nəticələri açıqlanıb
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində tətbiq olunan ISO 21001:2018 “Təhsil təşkilatları – Təhsil təşkilatları üçün idarəetmə sistemləri – Tələblər və istifadəyə dair təlimat” və ISO 9001:2015 “Keyfiyyət menecmenti sistemləri – Tələblər” standartları üzrə xarici audit keçirib.
Tehsilmedia.org  xəbər verir ki, auditi “STAREGISTER International Inc.” şirkətinin sertifikatlaşdırma müdiri Yeşim Dinçer və həmin şirkətin, eləcə də onun Azərbaycandakı təmsilçisi olan “INCERT” MMC-nin baş auditoru Rafiq Salayev aparıblar. Auditdə müşahidəçi qismində Keyfiyyət Assosiasiyasının nümayəndələri də iştirak ediblər.
Auditin açılış iclasında iştirak edən AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov universitetdə ISO standartlarına keçidin əhəmiyyətindən danışıb. O, bu prosesin təhsil xidmətlərinin keyfiyyətini yüksəltmək baxımından mühüm addım olduğunu bildirib. Prorektor növbəti mərhələlərdə süni intellektin tədris prosesinə inteqrasiyası sahəsində də müvafiq standartların tətbiqinin vacib olduğunu vurğulayıb.
Gün ərzində auditorlar fakültənin idarəetmə sistemini, tədris prosesini, sənədləşmə standartlarını və daxili fəaliyyət mexanizmlərini qiymətləndiriblər. Universitetin müvafiq struktur bölmələri də auditdə iştirak edib.
Günün sonunda keçirilən bağlanış iclasında auditorlar görülən işləri yüksək qiymətləndiriblər. Yeşim Dinçer fakültədə tətbiq olunan idarəetmə proseslərinin ISO 21001:2018 və ISO 9001:2015 standartlarının tələblərinə uyğun olduğunu qeyd edib. O, auditin ilkin nəticələrinin müsbət olduğunu bildirib və xüsusilə fakültə üçün yaradılmış yeni saytın funksionallığını vurğulayıb.
Bağlanış iclasında iştirak edən AzTU-nun rektoru Vilayət Vəliyev bu prosesdə pilot struktur kimi Xüsusi texnika və texnologiya fakültəsinin seçilməsinin əhəmiyyətini qeyd edib. Rektor bildirib ki, standartların uğurlu tətbiqi fakültənin idarəetmə mədəniyyətinə və tədris keyfiyyətinə ciddi töhfə verir. O, növbəti mərhələdə ISO standartlarının universitetin digər strukturlarında da mərhələli şəkildə tətbiq oluna biləcəyini diqqətə çatdırıb.
Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb
Noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi Li Nan ilə görüşüb.
Tehsilmedia.org xəbər verir ki, görüş çərçivəsində Pekin Kimya Texnologiya Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında mövcud əlaqələr, xüsusilə hazırda həyata keçirilən beynəlxalq ikili diplom proqramları çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
BDU-da imtahan qaydaları yenidən nəzərdən keçirilə bilər - AÇIQLAMA
“Məleykə xanım Abbaszadənin bu vəzifəyə təyinatının Bakı Dövlət Universitetində imtahan qaydalarına köklü dəyişikliklər gətirəcəyini düşünürəm. Çünki indiyədək ali təhsil müəssisələri arasında imtahan prosedurları ilə bağlı ən çox müzakirə olunan və problemlərin müşahidə edildiyi universitetlərdən biri məhz Bakı Dövlət Universiteti olub”.
Tehsilmedia.org bildirir ki, bu barədə Redaktor.az-a elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi danışıb.
O qeyd edib ki, bu baxımdan, yeni təyinatdan sonra imtahanların təşkili və keçirilməsi qaydalarının yenidən nəzərdən keçiriləcəyinə dair gözləntilər var:
“Əsas gözləntimiz mövcud imtahan sisteminin daha şəffaf, obyektiv və müasir tələblərə uyğun şəkildə qurulmasıdır. İmtahan prosesində tələbələrin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi, subyektiv yanaşmaların aradan qaldırılması və qiymətləndirmə meyarlarının aydın olması xüsusi əhəmiyyət daşıyır.
Düşünürəm ki, Bakı Dövlət Universitetində beynəlxalq standartlara uyğun imtahan sisteminin tətbiqi həm təhsilin keyfiyyətinə, həm də universitetə olan etimadın artmasına müsbət təsir göstərə bilər.
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb. Proqramın başa çatması münasibətilə elm və təhsil naziri Emin Əmrullayev proqramı uğurla başa vuran iştirakçılarla görüşüb
Tehsilmedia.org xəbər verir ki, görüşdə əvvəlcə proqramın İşçi qrupunun katibi Tünzalə Vəliyeva IV “Maarifçi” tələbə-məzun proqramının nəticələrinə dair hesabatla çıxış edib.
Bildirilib ki, cari ildə proqrama rekord sayda – 5 096 nəfər müraciət edib. Seçim mərhələsindən keçən 50 iştirakçı dörd ay ərzində Elm və Təhsil Nazirliyində və tabeliyindəki qurumlarda təcrübə keçib. Bu il ilk dəfə olaraq proqram ölkənin 13 iqtisadi rayonunu əhatə edib və daha geniş coğrafiyadan olan gənclər üçün iştirak imkanları yaradıb. Qeyd olunub ki, proqramın əvvəlki mərhələlərinin 102 məzunundan 53-ü Elm və Təhsil Nazirliyində və tabeliyindəki qurumlarda işlə təmin olunub.
Daha sonra proqramın fəaliyyətini və əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev proqramın gənclərin dövlət qulluğunu və dövlət idarəçiliyinin iş prinsiplərini daha yaxından tanıması baxımından əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, iştirakçılar dörd ay ərzində təhsil sisteminin, eləcə də bütövlükdə dövlət idarəçiliyinin fəaliyyət mexanizmləri ilə tanış olmaq və praktiki təcrübə qazanmaq imkanı əldə ediblər.
Emin Əmrullayev həmçinin rəhbər vəzifələrdə çalışan şəxslərlə birbaşa ünsiyyətin, onların iş təcrübəsi və idarəetmə yanaşmaları ilə tanışlığın gənclərin peşəkar inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Görüş interaktiv müzakirə formatında davam edib. Nazir iştirakçılardan proqram müddətində qazandıqları bilik və təcrübə, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nəticələr barədə məlumat alıb. İştirakçılar öz təəssüratlarını bölüşüb, təcrübə keçdikləri qurumların fəaliyyəti ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib.
MDU tələbələri “Türk-Forum 2026”nın finalında
Mingəçevir Dövlət Universitetində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, innovativ ideyalarının dəstəklənməsi və beynəlxalq müsabiqələrdə iştirakının təşviq edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər yeni uğurlarla müşayiət olunur.
Tehsilmedia.org-a bu barədə MDU-dan məlumat verilib.
Qeyd olunub ki, universitetin Riyaziyyat və informasiya texnologiyaları fakültəsinin tələbələri Əhəd İslamzadə, Bəyaz Bayramov və Səbinə Həsənova “Türk-Forum 2026” beynəlxalq müsabiqəsinin mühəndislik kateqoriyası üzrə seçim mərhələsini uğurla keçərək finala vəsiqə qazanıblar.
MDU tələbələri müsabiqədə “TransChain & Smart Logistics: Türk Dünyası ve İpek OSB Odaklı Blockchain ve AI Destekli B2B Lojistik ve Ticaret Entegrasyon Platformu” adlı innovativ layihə ilə təmsil olunurlar.
Türk dünyasında iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsinə yönələn layihə logistika və ticarət proseslərinin rəqəmsallaşdırılmasını, sənaye müəssisələri və biznes subyektləri arasında əlaqələrin müasir texnologiyalar əsasında inkişaf etdirilməsini nəzərdə tutur.
Tələbələrin irəli sürdükləri innovativ həll blokçeyn və süni intellekt texnologiyalarından istifadə etməklə logistika və ticarət əməliyyatlarının vahid rəqəmsal platformada birləşdirilməsini, məlumat mübadiləsinin təhlükəsizliyinin və şəffaflığının artırılmasını, əməliyyat proseslərinin optimallaşdırılmasını hədəfləyir. Layihə müasir rəqəmsal texnologiyaların real iqtisadi sektorun ehtiyaclarına uyğun tətbiqi və Türk dünyasında rəqəmsal ticarət ekosisteminin inkişafı baxımından əhəmiyyət daşıyır.
Layihə üzrə tələbələrin mentoru universitetin İnformasiya texnologiyaları kafedrasının müəllimi Nurlana Qasımova, elmi rəhbəri isə texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayevadır.
MDU tələbələrinin beynəlxalq müsabiqənin final mərhələsinə yüksəlməsi universitetdə formalaşdırılan innovasiya və tədqiqat mühitinin, tələbələrin nəzəri biliklərinin praktiki həllərə çevrilməsi, mühəndislik və rəqəmsal texnologiyalar sahəsində yaradıcı təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin mühüm nəticələrindən biridir.
BSU tələbələrinin təhsil haqqı ilə bağlı problemi həll olunub
Bakı Slavyan Universitetinin bir qrup tələbəsi təhsil haqqının ödənilməsi ilə bağlı yaranan problemlə əlaqədar saytımıza müraciət edib.
Tələbələrin sözlərinə görə, əvvəlki illərdə illik təhsil haqqını sentyabr-oktyabr aylarında ödəsələr də, bu dəfə son tarix noyabrın 13-ü müəyyən edilib.
Onlara həmin tarixdən sonra ödəniş etdikləri halda problem yaranmayacağı və adlarının siyahıya daxil ediləcəyi bildirilib. Lakin gecikmiş ödənişlərə görə tələbələrə 5-ci kursda oxumalı olacaqları bildirilib.
Tələbə ödənişin gecikdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədiyini, hətta qrup nümayəndəsinin də belə bir problemin yaranmayacağını dediyini vurğulayıb.
Tehsilmedia.org xəbər verir ki, azedu.az məsələ ilə bağlı Bakı Slavyan Universitetinə sorğu ünvanlayıb.