Ekologiya - Təhsil Media
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Azərbaycana payız fəsli gəlib
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05-də daxil olub.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Tehsilmedia.com-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.
Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Tehsilmedia.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
Yer kürəsində yenidən G1 dərəcəli maqnit qasırğası gözlənilir. Bu təbiət hadisəsinin sentyabr ayının 9-da baş verəcəyi ehtimal olunur.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi saytında dərc olunan məlumatda bildirilir.
Mütəxəssislərin proqnozlarına əsasən, növbəti üç gün ərzində planetimizdə zəif maqnit dalğalanmaları hiss ediləcək. Belə ki, sentyabrın 7-də vəziyyət stabil olacaq, ayın 8-dən etibarən ilkin dalğalanmalar özünü göstərəcək. Sentyabrın 9-da isə Bakı vaxtı ilə saat 13:00-da maqnit qasırğasının planetimizə təsiri başlayacaq.
Bazar günü yağış yağacaq - PROQNOZ
Azərbaycanda sentybarın 6-da havanın yağışlı keçəcəyi gözlənilir.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Tehsilmedia.com-a verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır.
Bu zaman gecə ilə gündüz, demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.
Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq.
Günəşdə yeni güclü alışmalar gözlənilir
Cümə axşamı və cümə günləri Günəşdə gücünə görə sondan əvvəlki - M sinfinə aid olan alışmaların baş verəcəyi ehtimal olunur.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan TASS-a məlumat verilib.
Məlumata görə, sentyabrın 3-ü və 4-də Günəşdə alışma aktivliyi, əsasən, aşağı səviyyədədir, lakin M sinfindən olan alışmalar mümkündür.
Daha əvvəl də bildirildiyi kimi, çərşənbə günü axşam saatlarında Günəşdə güclü alışma qeydə alınıb.
Növbəti 3 gündə hava şəraiti necə olacaq? - PROQNOZ
Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək.
"Təhsil Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Güclü maqnit qasırğası olacaq
Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının proqnozlarına əsasən, növbəti üç gün ərzində geomaqnit vəziyyəti pisləşəcək. Bu prosesin ən yüksək həddinin avqust ayının 28-də baş tutacağı gözlənilir.
Tehsilmedia.com xarici mediaya istinadən məlumat verir ki, avqustun 26-da Kp indeksi sabit qalsa da, avqustun 27-də maqnit qasırğasının baş vermə ehtimalı 51 faizə, növbəti gün isə 65 faizə qədər artacaq.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, avqustun 28-də orta enliklərdə G1 səviyyəsinə uyğun gələn maqnitosfer dalğalanmaları gözlənilir. Planetar aktivliyi xarakterizə edən Ap indeksinin avqustun 27-də 22 bal, 28-də isə 34 bal olacağı proqnozlaşdırılır. Halbuki sözügedən müddətin başlanğıcında bu rəqəm yalnız 5 vahid səviyyəsində idi.
Növbəti bir ay üçün verilən uzunmüddətli proqnozlara gəldikdə isə, alimlər Günəşdə ciddi dalğalanmaların proqnozlaşdırılmadığını və nisbətən sakit bir vəziyyətin qeydə alındığını bildirirlər.