Elm və təhsil - Təhsil Media
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Azərbaycan Texniki Universiteti (AzTU) dayanıqlı inkişaf və “yaşıl universitet” istiqamətində həyata keçirdiyi fəaliyyətlərin nəticəsi olaraq “UI GreenMetric World University Rankings 2026” reytinqində Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb.
Tehsilmedia.com xəbər verir ki, “UI GreenMetric” dünya universitetlərini dayanıqlı inkişaf prinsiplərinin tətbiqi, ekoloji məsuliyyət və kampusların davamlı idarə olunması üzrə qiymətləndirən beynəlxalq reytinq sistemlərindən biridir. Qiymətləndirmə universitetlərin infrastruktur və kampus mühiti, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, su resurslarından səmərəli istifadə, nəqliyyat, eləcə də təhsil və tədqiqat sahələrində həyata keçirdiyi fəaliyyətləri əhatə edir.
AzTU-nun Azərbaycan üzrə ilk üçlükdə qərarlaşması universitetdə dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə tətbiqi istiqamətində görülən işlərin nəticəsini əks etdirir.
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
2026/2027-ci tədris ilində yeni qəbul olunmuş tələbələr arasında təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan 10 ali təhsil müəssisəsi üzrə göstəricilər açıqlanıb.
Tehsilmedia.com xəbər verir ki, 3 avqust - 24 sentyabr 2026-cı il tarixlərini əhatə edən məlumatlara əsasən, TTK-dan ən çox yararlanan tələbələrin sayı Azərbaycan Dövlət İqtisad Universitetində 452 nəfər olub.
Sonrakı yerlərdə Bakı Slavyan Universiteti (290 nəfər), Bakı Dövlət Universiteti (289 nəfər), Azərbaycan İdman Akademiyası (277 nəfər), Bakı Avrasiya Universiteti (275 nəfər), Azərbaycan Texniki Universiteti (220 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (218 nəfər), Azərbaycan Dillər Universiteti (204 nəfər), Azərbaycan Universiteti (204 nəfər) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (196 nəfər) qərarlaşıb.
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.
Tehsilmedia.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Qərar qəbul edilib.
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov  Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu gün təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub.
Tehsilmedia.com xəbər verir ki, tədbirlər zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və fədakarlıq nümunələrindən danışılıb.
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.
Tehsilmedia.com xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" verir. "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq.
"Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə təşkil edir. Müsabiqə nəticələri hesablanarkən şəxslərin müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verən "Dövlət qulluğu sertifikatı"nı əldə etdikləri test imtahanının nəticəsinin test imtahanı üzrə əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi ilə müsabiqənin müsahibə mərhələsində əldə etdikləri nəticənin müsabiqənin müsahibə mərhələsində əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi toplanaraq ikiyə bölünür. "Dövlət qulluğu sertifikatı tələb edilmədən müsabiqənin müsahibə mərhələsində iştirak edən şəxslərin uyğun hesab olunduqları vəzifə üzrə sertifikatın əldə edilməsi üçün tələb olunan minimal keçid balının faiz göstəricisi ilə test imtahanında toplanması mümkün olan ən yüksək balın faiz göstəricisinin cəmlənib ikiyə bölünməsi yolu ilə test imtahanı nəticəsi müəyyən edilir və daha sonra həmin şəxslərin müsabiqə nəticələri yuxarıda qeyd olunan qaydaya uyğun olaraq hesablanır. Test imtahanının və ya müsahibənin nəticələri etibarsız hesab edildikdə, habelə şəxs test imtahanında və ya müsahibədə iştirak etmədikdə ödənilmiş məbləğlər geri qaytarılmayacaq.
Qeyd edək ki, qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
“Ali təhsilin üç pilləsi var: bakalavriat, magistratura və doktorantura. Bilirik ki, bakalavriat səviyyəsində adətən daha çox ixtisas və ümumi biliklər öyrədilir, magistratura səviyyəsində isə artıq sırf ixtisaslaşma istiqamətində biliklər mənimsənilir. Doktorantura isə təbii ki, elmi tədqiqatlar üzərində çalışılması və onların nəticələrinin fəlsəfə doktoru elmi dərəcəsi ilə təsdiqlənməsindən ibarətdir”.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlamasında “Elm” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirib.
“Magistratura təhsili ali təhsilin ikinci pilləsi sayılır və belə deyək ki, bizim şifahi olaraq bildiyimiz, tam ali təhsil kimi beynimizdə qalan bir anlayış var. Yəni hansısa ali təhsil müəssisəsini bitirən şəxslər yarımçıq təhsil almış hesab olunmur, ali təhsil almış sayılırlar. Ancaq ali təhsilin ikinci pilləsi olduğuna görə magistratura adlandırılaraq tam ali təhsil kimi qəbul edilir.
Ümumiyyətlə, magistratura təhsili almaqla bağlı, onun önəmi ilə bağlı son zamanlar bir çox suallar verilir və onların içərisində, təbii ki, marağın azalması ilə bağlı məsələlər də var. Bunun əsas səbəblərindən biri odur ki, magistratura təhsilinin önəmi işə qəbul zamanı nisbətən azalıb. Ən xüsusilə də burada əməkhaqqı differensiasiyasında fərq olmadığına görə maraq nisbətən azalıb”, - deyə o vurğuladı.
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.
Tehsilmedia.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilsin.
Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Təhsil siyasəti elmi tədqiqatdan məhrum ediləndə bu sistem necə idarə oluna bilər?
Tehsilmedia.com moderator.az-a istinadən aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsil elmlərinə niyə qrant ayrılmır?” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycanın elm siyasətində son günlər diqqət çəkən hadisələrdən biri Azərbaycan Elm Fondunun “Əsas Qrant Müsabiqəsi – 2026” nəticələrinin elan edilməsidir. Müsabiqəyə 192 layihə təqdim olunub, ekspertizadan sonra 22 layihə qalib elan edilib. Fond layihələrin peer-review və merit review prinsipləri əsasında qiymətləndirildiyini bildirir.
Bu nəticələrin özü mühüm sual doğurur: qalib layihələr arasında davamlı olaraq təhsil elmləri üzrə tədqiqatların olmaması təsadüfi haldır, yoxsa Azərbaycan elmi maliyyələşdirmə sistemində təhsil elmlərinin struktur baxımdan kifayət qədər prioritet olmamasıdır?
Açıq rəsmi mənbələr əsasında deyə bilərik ki, təhsil elmlərinə  30 il  ərzində çox cüzi   qrantlar  verilib,  Buna görə bu məsələ  emosional ittiham  deyil, sadəcə nazirliyin  yürütdüyü təhsil siyasətinin elmi əsaslardan məhrum olmasının  sübutudur.   Əsl problem də məhz budur.
Təhsil haqqında qərarlar hansı elmi bazaya  əsaslanır?
Təhsil sistemi ölkənin ən böyük sosial sistemlərindən biridir.  Milyonlarla insanın həyatına təsir edən qərarlar qəbul edilir:  kurikulum dəyişdirilir,  müəllim hazırlığı yenilənir, qiymətləndirmə sistemi dəyişir, qəbul qaydaları dəyişir, məktəbin yeni  modelləri tətbiq olunur, rəqəmsal platformalar yaradılır, süni intellekt təhsilə daxil edilir, ali təhsilin strukturu dəyişdirilir, yeni ixtisaslar açılır, müəllimlərin sertifikasiyası aparılır, dərsliklər hazırlanır, təhsil nəticələri beynəlxalq qiymətləndirmələrlə müqayisə edilir.
Bəs bu qərarların nə qədəri Azərbaycan şəraitində aparılmış müstəqil, empirik, metodoloji cəhətdən güclü təhsil tədqiqatlarına əsaslanır? Məsələnin ən ağrılı tərəfi də budur.
Əgər təhsil siyasəti elmi tədqiqatla dəstəklənmirsə, islahatlar getdikcə “nə etmək lazımdır?” sualından “nəyi sınayaq?” məntiqinə keçə bilər.  Ona görə də nazir deyirdi ki, biz nə etmək lazım olduğunu bilirik, necə etmək lazım olduğunu bilmirik. Niyə?  Bəs  ARTİ  nə ilə məşğuldur?
Müasir təhsil siyasətinin əsas prinsipi  təhsil siyasəti → tədqiqat → pilot → ölçmə → qiymətləndirmə → miqyaslaşdırma olmalıdır.  Bizdə isə bəzən proses belə görünür:  qərar → tətbiq → nəticə → yeni qərar.  Bu 2  model arasındakı əsas fərq elmi sübutdur.
1. Elm Fondunun nəticələri nə deyir?
Azərbaycan Elm Fondu (AEF)  “Əsas Qrant Müsabiqəsi – 2026” üzrə 192 layihənin təqdim edildiyini, 22 layihənin qalib seçildiyini bildirir. Qiymətləndirmə zamanı elmi aktuallıq və yenilik, metodologiya, gözlənilən nəticələr, tətbiq perspektivləri və komandanın elmi potensialı nəzərə alınıb.   Bu nəticə  müsabiqənin  metodoloji baxımdan müəyyən standartlara söykəndiyini göstərir.  Lakin təhsil elmləri üzrə layihələrin  qaliblər arasında görünməməsi  sual yaradır:  təhsil elmləri bu müsabiqənin prioritetləri arasında var  idimi?
Əgər deyildisə, problem Elm Fondunun ekspertizasında deyil, prioritetlərin müəyyənləşdirilməsindədir.   Əgər daxil idisə, nə üçün təhsil elmləri üzrə təqdim olunan layihələr qalib gələcək elmi səviyyədə olmayıb ?  Bu halda məsələ artıq təhsil elmləri üzrə tədqiqatların  elmi səviyyəsi, alimlərin  potensialı, layihə hazırlamaq imkanları, metodoloji hazırlıq və beynəlxalq rəqabət qabiliyyəti ilə bağlı  ola bilərdi.
Yəni burada üç müxtəlif ehtimalı bir-birindən ayırmaq lazımdır:
• prioritet yox idi → maliyyələşmə mexanizmi problemi,
• prioritet var idi, layihə az idi → tədqiqat potensialı problemi,
• layihələr var idi, amma keçmədi → keyfiyyət və ekspertiza problemi.
Bunların hər üçü müxtəlif siyasət tələb edir.
2. Təhsil elmləri “yumşaq elm” deyil
Azərbaycan təhsil elmlərinə münasibətdə ciddi konseptual problem yaşayır.  Bəzən təhsil elmləri digər elm sahələrindən fərqli olaraq “praktiki sahə” kimi qəbul edilir. Halbuki müasir dünyada  təhsil elmləri müstəqil elmi tədqiqat sahəsidir.
ABŞ-da Təhsil Elmləri İnstitutu (Institute of Education Sciences (IES)) ayrıca federal elmi tədqiqat infrastrukturu kimi fəaliyyət göstərir.  2025-ci ildə onun   təhsil tədqiqatları qrantı (Education Research Grants)  proqramı həm fundamental, həm də tətbiqi tədqiqatları maliyyələşdirirdi. Proqram təlim və öyrənmə nəzəriyyələrini, təhsil sistemlərinin təşkilini, qiymətləndirməni, innovativ proqramların pilotlaşdırılmasını, müdaxilələrin təsirinin ölçülməsini, siyasət və proqramların effektivliyini əhatə edirdi.
Daha maraqlısı budur ki, ABŞ-da təhsil elmləri üçün yalnız adi qrant proqramı yoxdur. IES ayrıca Təhsil Tədqiqatları Qrantları (TTQ),  Təhsil Elmləri Sahəsində Transformativ Tədqiqatlar, Təhsil Tədqiqat və İnkişaf Mərkəzləri, Təhsil Elmləri üzrə Tədqiqat Təlim Proqramları, metodologiya qrantları,  gənc tədqiqatçı proqramları maliyyələşdirir.   Bu, təsadüfi yanaşma deyil. Çünki dövlət bilir ki, təhsil sistemini yaxşılaşdırmaq istəyirsənsə, təhsilin özünü elmi tədqiqat obyektinə çevirməlisən.
Rusiyada isə təhsil elmləri “ Rusiya Təhsil Akademiyası”nın tərkibində olan 35 ETİ, regionalarda və universitetlərin tərkibində olan yüzdən çox  “Təhsil İnstitut”ları  ilə təmsil olunublar.
3. ABŞ modeli bizə nə deyir?
ABŞ təcrübəsində çox mühüm bir prinsip var:  Təhsil siyasəti tədqiqat üçün sifarişçi ola bilər.  Məsələn, IES tədqiqatlardan yalnız akademik məqalə gözləmir, tədqiqatlar   problem → nəzəriyyə → metod → müdaxilə → ölçmə → nəticə →  siyasət/praktika  zəncirinə bağlanır.  Bu, təhsil elmlərinin əsas xüsusiyyətlərindən biridir.
Tədqiqatçı yalnız  “Problemin səbəbi budur”  demir, həm də  “problemi azaltmaq üçün hansı müdaxilə işləyir, hansı şəraitdə işləyir və hansı xərc hesabına işləyir?” sualına cavab axtarır.
IES-in 2025-ci il proqramlarında hətta innovativ təhsil proqramlarının pilotlaşdırılması və onların effektivliyinin ölçülməsi ayrıca maliyyələşdirilir.
Bu yanaşma Azərbaycan üçün xüsusilə əhəmiyyətli ola bilərdi.
4. Qazaxıstan təcrübəsi daha yaxın müqayisədir
Azərbaycan üçün ABŞ-la müqayisə  faydalıdır, amma Qazaxıstanla müqayisə daha real təşkilati dərs verə bilər.  Qazaxıstanda elmi tədqiqatların dövlət tərəfindən maliyyələşdirilməsi baza maliyyələşməsi, qrant maliyyələşməsi, proqram-məqsədli maliyyələşmə  kimi mexanizmləri əhatə edir. Qanunvericilikdə qrant maliyyələşməsi elmi tədqiqatların səviyyəsinin, elmi-texniki potensialın və elmi kollektivlərin rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqələndirilir.
Daha əhəmiyyətli məsələ budur ki,  Qazaxıstan son illərdə qrant müsabiqələrini illik əsasda keçirməyə yönəlib. Rəsmi məlumatda 2025–2027-ci illər üçün qrant müsabiqəsinə 2244 müraciətin təqdim edildiyi göstərilir, 2026–2028-ci illər üçün isə 3038 müraciət daxil olub.  2025–2027-ci illər üçün ayrıca gənc alimlərin qrant maliyyələşməsi müsabiqəsi də keçirilib, 580 müraciət təqdim edilib.  Bu, elmin maliyyələşdirilməsini təkcə “bir müsabiqə keçirdik” səviyyəsində deyil, davamlı tədqiqat ekosistemi kimi qurmaq cəhdidir.
5. Qazaxıstanın öz problemi də maraqlıdır
Qazaxıstan nümunəsini ideallaşdırmaq düzgün olmaz.  Əksinə, Qazaxıstanın 2022–2026-cı illər üçün təhsil inkişaf konsepsiyasında çox ciddi problem  etiraf olunur: universitetlərin qrant tədqiqatlarının mövzuları təhsil təşkilatlarının real ehtiyaclarından uzaqdır və empirik tədqiqatların kifayət qədər olmaması pedaqoqun  peşəkar inkişafı haqqında elmi düşüncəni  formalaşdırmır.   Bu, Azərbaycan üçün çox ciddi dərsdir. Deməli, sadəcə “təhsilə qrant ayıraq” demək kifayət deyil. Təhsil elmləri qrantlarının özü də real problem + empirik məlumat + güclü metodologiya + praktik nəticə prinsipinə əsaslanmalıdır.
6. Təhsil elmləri qrantı nəyi maliyyələşdirməlidir?
Azərbaycanda ayrıca “Təhsil Elmləri üzrə Milli Tədqiqat Qrantları Proqramı” yaradılmalıdır.  Prioritetlər təxminən belə ola bilər:
• Öyrənmə nəticələri: oxu-anlama, riyazi savadlılıq, elmi savadlılıq, 21-ci əsr kompetensiyaları.
• Müəllim tədqiqatları: müəllim kompetensiyaları, müəllim 4.0, müəllim agentliyi, peşəkar inkişaf, müəllim rifahı.
• Sİ və təhsil: Sİ tutor, Sİ müəllim köməkçisi, fərdi öyrənmə, Sİ etikası, Sİ savadlılığı, Sİ-nin öyrənmə nəticələrinə təsiri.
• Təhsil siyasəti: təhsil islahatlarının qiymətləndirilməsi, dövlət proqramlarının təsir analizi, maliyyələşdirmə modelləri, məktəb muxtariyyəti, təhsil bərabərliyi.
• Ali təhsil: Universitet 4.0, tələbə nəticələri, akademik keyfiyyət, əmək bazarı, universitet–sənaye əməkdaşlığı.
• Rəqəmsal transformasiya:  rəqəmsal pedaqogika, təhsil analitikası,  rəqəmsal yetkinlik, LMS, adaptiv öyrənmə.
• Qiymətləndirmə:  milli qiymətləndirmə, PISA/PIRLS/TIMSS, formativ qiymətləndirmə, kompetensiya qiymətləndirməsi.
• Təhsil iqtisadiyyatı:  təhsilə investisiyanın gəlirliliyi, maliyyələşdirmə modelləri, insan kapitalı, regional təhsil bərabərsizliyi.
7. Ən vacib məsələ  təhsil siyasəti üçün “tədqiqat sifarişi”nin yoxluğudur
ETN  yalnız qrant ayırıb,  tədqiqatçı gözləsə bu nəticəsiz olar.  ETN özü  tədqiqat sualları formalaşdırmalıdır. Məsələn, hansı müəllim hazırlığı modeli şagird nəticələrinə daha çox təsir edir? Süni intellektdən istifadə şagirdin müstəqil düşünmə qabiliyyətini hansı şərtlərdə artırır? Məktəblərin maliyyə muxtariyyəti təhsil nəticələrinə necə təsir edir?  3 illik bakalavr modelinin müxtəlif ixtisaslarda öyrənmə nəticələrinə təsiri nədir?  Müəllim sertifikasiyasının real tədris praktikasına təsiri varmı?  Bunların hər biri  təhsil siyasətinin elmi suallarıdır. Bu sualların cavabı isə sadəcə konfrans məruzəsi ilə deyil, empirik tədqiqatla alınmalıdır.
8. Təhsil elmləri üzrə qrantın  xüsusi statusu olmalıdır
Burada fundamental maliyyə mexanizmi məsələsi yaranır. Təhsil elmləri kimya, fizika, biologiya, mühəndislik, informasiya texnologiyaları ilə eyni metodoloji mühitdə rəqabət apara bilər.  Lakin təhsil tədqiqatlarının məhsulu çox vaxt patent, cihaz, texnologiya, laboratoriya prototipi olmur.  Onun məhsulu yeni pedaqoji model, qiymətləndirmə aləti, kurikulum modeli, müəllim hazırlığı modeli, təhsil siyasəti modeli, empirik məlumat bazası, öyrənmə müdaxiləsi, təsir qiymətləndirməsi ola bilər.  Deməli, yalnız “kommersiyalaşdırıla bilən nəticə” məntiqi ilə ölçülərsə, təhsil elmləri sistematik olaraq əlverişsiz vəziyyətə düşə bilər.
9. ABŞ modeli burada mühüm dərs verir
IES-in  TTQ  proqramı tədqiqatın həm fundamental, həm də tətbiqi olmasına imkan verir və nəticələrin təhsil praktikası üçün faydalı olmasını tələb edir.  Bu modeldə  fundamental tədqiqat → tətbiqi tədqiqat → pilot → təsir qiymətləndirməsi → miqyaslaşdırma  zənciri qurulur. Azərbaycan üçün də belə sistem məqsədəuyğundur.
10. ETN-nin qrant siyasəti ilə bağlı daha fundamental problem
ETN təhsil praktikasına innovasiya qrantları verir, amma təhsil sisteminin özünü elmi tədqiqat obyektinə çevirən davamlı və rəqabətli akademik maliyyələşdirmə mexanizmi kifayət qədər görünmür.  Bu, prinsipial fərqdir.  Bir müəllimə  “Yeni metod sınamaq üçün qrant” vermək başqa şeydir. Universitet professoruna  “Müəllimlərin yeni metodla işləməsinin şagird nəticələrinə təsirini elmi metodlarla 24 ay ərzində araşdır” demək isə tamamilə başqa şeydir. Birincisi innovasiya layihəsidir. İkincisi təhsil elmi tədqiqatıdır.  Azərbaycanın ikinci istiqamətə ciddi ehtiyacı var.
11. 2026-cı ilin büdcəsi ilə bağlı mühüm nüans
Burada da bir faktı dəqiqləşdirmək lazımdır. 2026-cı il dövlət büdcəsi layihəsində “təhsil sahəsində tətbiqi tədqiqatlar” üçün 7,8835 milyon manat nəzərdə tutulub, bunun 5,683 milyon manatı ETN-nin payına düşür.  Bu “tətbiqi tədqiqatlar” yəqin ki, ARTİ-də reallaşır. Amma təhsil sistemində onların faydası hiss edilmir.  Bu fakt göstərir ki, təhsilə tətbiqi tədqiqat üçün büdcə xətti çox azdır  və səmərəsizdir.
Bəs bu vəsaitin nə qədəri açıq, rəqabətli, müstəqil ekspertiza əsasında təhsil elmləri tədqiqatlarına qrant kimi ayrılır?  Məhz bu məlumatın ictimaiyyətə şəffaf təqdim olunmasına ehtiyac var. Çünki büdcədə “tətbiqi tədqiqat” sətrinin olması hələ müstəqil təhsil elmləri qrant ekosistemi demək deyil.
12. Təhsil elmlərinə qrant verməməyin uzunmüddətli  ziyanı
Təhsil elmlərinin maliyyələşdirilməməsi ilk baxışda yalnız alimlərin problemi kimi görünür. Əslində isə bunun sistemik iqtisadi qiyməti var. Çünki elmi baza olmadıqda  kurikulum eksperimentə çevrilə bilər. Müəllim hazırlığı  ənənəvi təcrübələrin təkrarına çevrilə bilər. Qiymətləndirmə  ölçmədən çox inzibati mexanizmə çevrilə bilər. Rəqəmsallaşma texnologiya alınmasına çevrilə bilər. Sİ platforma alınmasına çevrilə bilər. Təhsil islahatı nəticəsi ölçülməyən fəaliyyətlər toplusuna çevrilə bilər. Bu, artıq ciddi problemdir.
13.  Maliyyələşməyən elm inkişaf etməz
Elmi fəaliyyət yalnız alimlərin intellektual səyi ilə inkişaf etmir. Elm üçün insan kapitalı + vaxt + məlumat + laboratoriya/infrastruktur + metodologiya + beynəlxalq əməkdaşlıq + maliyyə + davamlılıq lazımdır.  Xüsusilə təhsil elmlərində uzunmüddətli məlumat bazaları yaratmaq vacibdir.  Məsələn, eyni dövrdə müəyyən bir başlanğıc nöqtəsi olan bir şagird qrupunu  5–10 il izləmək istəyirsinizsə , məlumat bazası, statistika, tədqiqatçı, proqram təminatı, sahə işi, etik prosedurlar, məlumat təhlükəsizliyi lazımdır. Bunlar maliyyəsiz mümkün deyil.
14.  Elmi bazası olmayan təhsil tərsinə qurular
Bu tezisin arxasında ciddi məntiq var. Əgər  təhsil siyasəti → elmi tədqiqat → sübut → qərar  zənciri zəifdirsə, onda  qərar → tətbiq → nəticə zənciri dominant olur. Belə sistemdə isə uğur çox vaxt nəticə ilə deyil, fəaliyyətin həyata keçirilməsi ilə ölçülür.  Məsələn, “neçə müəllim təlim keçdi?” sualı  “Bbu təlimdən sonra müəllimin davranışı və şagirdin nəticəsi nə qədər dəyişdi?” sualını əvəz edir. Halbuki ikinci sual daha elmi və daha vacibdir.
15. ETN üçün ən  vacib  məsələ  öz qərarlarını tədqiq etdirmək
Müasir təhsil idarəçiliyinin ən yüksək səviyyəsi tələb edir ki,  nazirlik yalnız islahat aparmamalı,  həm də öz islahatlarını tədqiq etdirməlidir.  Məsələn,  müəllim sertifikasiyası  → müstəqil tədqiqat → əvvəl/sonra müqayisəsi → nəzarət qrupu → nəticə ölçümü → xərc-fayda analizi kimi tədqiqatlar tələb edir.
Yeni kurikulum → pilot məktəblər→ müqayisə qrupu→ öyrənmə nəticələri→ müəllim davranışı→ uzunmüddətli təsir  kimi tədqiqatlar tələb edir.
Sİ layihəsi→ Sİ istifadə edən qruplar→ Sİ istifadə etməyən qruplar→ öyrənmə nəticələri→ tənqidi düşünmə→ müstəqil işləmə→ akademik dürüstlük  kimi tədqiqatlar tələb edir.  Bu yanaşma təhsil idarəçiliyini “idarəetmə təcrübəsi”ndən “öyrənən dövlət” modelinə keçirir.
16. QHT qrantları məsələsi
Müəllifin vurğuladığı digər məsələ — ETN-nin  QHT və digər qurumlara verdiyi qrantların sistemsizliyidir, bu ayrıca araşdırma tələb edir.  Burada konkret layihələr üzrə real nəticələr  hiss edilmir. Dövlət qrantının ölçüsü yalnız ayrılan məbləğlə deyil, yaratdığı ictimai  nəticə ilə ölçülməlidir.  Hər qrant üçün ən azı  məqsəd → fəaliyyət → məhsul → nəticə → təsir → xərc → davamlılıq zənciri ictimaiyyətə açıq olmalıdır.  Əks halda qrant sistemi “vəsait  bölgüsü” mexanizminə çevrilə bilər.
17. Azərbaycan üçün yeni model təklifi: “Təhsil Elmləri Milli Qrant Proqramı”
Artıq ayrıca milli proqram haqqında düşünmək lazımdır. Məsələn, TEQMP (Təhsil Elmləri üzrə Milli Qrant Proqramı).   Proqram  ETN, TİF və AEF  əməkdaşlığı əsasında qurula bilər.
İllik büdcə  ilkin mərhələdə məsələn: 10–15 milyon manat səviyyəsində ayrıca rəqabətli fond kimi yarana bilərdi.
18. Qrant portfeli necə bölünə bilər?
Məsələn:
İstiqamət                                    Pay
Fundamental təhsil tədqiqatları 20%
Tətbiqi təhsil tədqiqatları 30%
Sİ və rəqəmsal təhsil 15%
Müəllim və pedaqoji tədqiqatlar 15%
Təhsil siyasəti və idarəetmə 10%
Gənc tədqiqatçılar 10%
Bu bölgü də təklif olunan nümunədir.
19. Qrantların üç səviyyəsi
Kiçik qrant.  50–100 min manat. 12–18 ay. Gənc tədqiqatçılar və ilkin empirik tədqiqatlar.
Orta qrant.  100–250 min manat. 2–3 il. Kompleks tətbiqi tədqiqatlar.
Böyük qrant.  250–500 min manat.  3–5 il. Milli miqyaslı  uzunmüddətli  və sistem tədqiqatları.
ABŞ IES modelində də müxtəlif miqyaslı tədqiqat və R&D strukturlarının paralel mövcudluğu göstərir ki, təhsil elmlərinin maliyyələşdirilməsi yalnız bir tip qrantla məhdudlaşdırılmamalıdır.
20. Ən vacib dəyişiklik  “nəticə” anlayışıdır
Təhsil elmləri qrantında nəticə yalnız “2 məqalə Scopusda” olmamalıdır. Əlbəttə, elmi məqalə vacibdir.  Amma əlavə olaraq yeni ölçmə aləti, məlumat bazası, pedaqoji  model, siyasət tövsiyəsi, pilot proqram, açıq metodologiya, müəllim təlim modeli, rəqəmsal resurs, təsir qiymətləndirməsi də nəticə hesab edilməlidir.
IES-in təhsil tədqiqatlarında elmi biliklə yanaşı praktik istifadə üçün məhsul və nəticələrə xüsusi diqqət verməsi bu baxımdan nümunəvidir.
21. Azərbaycan təhsilində  digər problem  “təhsil siyasəti laboratoriyası”nın yoxluğudur.
Ölkədə gec də olsa, “Milli Təhsil Siyasəti və Analitika İnstitutu” və onun  tərkibində   “Təhsil Siyasəti Laboratoriyası”   yaradıla bilər.  Ölkədə ənənəvi olaraq təhsil elmlərini az da olsa, tədqiq edən  ARTİ, təssüf ki,  son 10 ildə əsas fəaliyyətindən yayındırıldı.
Yeni yaradılacaq “Milli Təhsil Siyasəti və Analitika İnstitutu”nda  təhsil statistikası, uzunmüddətli məlumat, PISA/PIRLS/TIMSS, müəllim məlumatları,  ali təhsil məlumatları, əmək bazarı məlumatları, maliyyə məlumatları vahid analitik sistemdə birləşdirilə bilər.  Bu qurum “nə baş verir?” sualından daha çox  “niyə baş verir və hansı müdaxilə işləyir?” sualını araşdırmalıdır.
22. Azərbaycan  təhsilinin  2026-cı il  problemi  təkcə  “Təhsil elmlərinə niyə qrant ayrılmır?”  məsələsi deyil.   .
Digər problem də  “Azərbaycan təhsil siyasətini hansı elmi bilik bazası ilə qurur?” sualıdır.    Əgər cavab  “yetərli və sistemli milli tədqiqat bazası yoxdur” olarsa, onda problem yalnız qrant məsələsi deyil.  Bu, təhsil siyasətinin və təhsil idarəçiliyinin idraki  problemidir.  Yəni dövlət qərar qəbul edir, amma qərarın informasiya və elmi bazası kifayət qədər inkişaf etdirilmir.
23. Nə etmək lazımdır?
2027-ci ildən etibarən beş mexanizm yaradılmalıdır.
1. Təhsil elmləri üzrə ayrıca milli qrant müsabiqəsi:  Hər il.
2. Nazirliyin “Tədqiqat Sualları” proqramı.  Nazirlik özünün cavabını bilmədiyi  20–30 strateji sualı açıq elan edir.
3. Müstəqil ekspertiza. Azərbaycan və xarici ekspertlərdən ibarət panel.
4. Açıq məlumat və nəticə.  Maliyyələşdirilən layihələrin məqsədi, büdcəsi, metodologiyası, nəticələri, yekun hesabatı ictimaiyyətə açıq olmalıdır.
5. Tədqiqat nəticəsinin təhsil  siyasətinə transferi.  Hər böyük layihənin sonunda   Tədqiqat → Siyasət İcmalı → Pilot → Qiymətləndirmə → Miqyaslandırma  mexanizmi işləməlidir.
Təhsil islahatı   həm də  elmi islahatdır
Azərbaycanın təhsil problemlərinin bir hissəsi məktəbdə, universitetdə və müəllimin işində görünür. Lakin problemin daha dərin qatı təhsil haqqında bilik istehsalının zəifliyidir.
Təhsil elmləri maliyyələşmirsə,  yaxşı müəllim modeli necə müəyyənləşdiriləcək? Yeni kurikulumun təsiri necə ölçüləcək? Sİ-nin öyrənməyə real təsiri necə müəyyən ediləcək? Müəllim hazırlığının hansı modeli işləyir? hansı qiymətləndirmə mexanizmi daha effektivdir?  Təhsilə qoyulan hər əlavə manat hansı nəticəni yaradır?
Bu suallara yalnız inzibati qərarlarla cavab vermək mümkün deyil.
ABŞ-da IES kimi ayrıca təhsil elmləri tədqiqat infrastrukturlarının, Qazaxıstanda isə çoxpilləli və rəqabətli qrant sisteminin mövcudluğu göstərir ki, təhsil tədqiqatı dövlət üçün əlavə fəaliyyət deyil, təhsil siyasətinin elmi infrastrukturudur.
Azərbaycanda da məsələni artıq belə qoymaq lazımdır:  təhsil elmlərinə qrant vermək alimlərə güzəşt deyil, bu, dövlətin təhsil siyasətinə investisiyasıdır.
2026-cı ilin büdcə sənədində təhsil sahəsində tətbiqi tədqiqatlar üçün 7,88 milyon manatlıq xəttin nəzərdə tutulması müəyyən maliyyə imkanının olduğunu göstərir.   Problem həmin imkanların açıq, rəqabətli, elmi ekspertiza  əsaslı,  təhsil elmlərinin fundamental və tətbiqi problemlərini sistemli  maliyyələşdirən mexanizmə çevrilməsidir.   Maliyyələşməyən elm zəifləyir, zəif elm sübut istehsal edə bilməz.  Sübutu olmayan təhsil siyasəti isə  nəticəsiz olar.
Azərbaycan təhsilinin gələcək islahatı  “nəyi dəyişək?” sualından başlamamalıdır.  Əvvəlcə  “Nəyi bilmədiyimizi  elmi şəkildə  necə öyrənəcəyik?” sualına cavab verməliyik.  Bu sualın cavabı isə  yaranacaq “Təhsil Elmləri üzrə Milli Qrant Proqramı”, güclü təhsil tədqiqat infrastrukturu və müstəqil təhsil siyasəti analitikası ilə başlamalıdır.
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi üzrə sənədlərin yoxlanılması mərhələsinə başlanılır.
Tehsilmedia.com xəbər verir ki, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Bildirilib ki, sentyabrın 28-29-da keçiriləcək sənəd yoxlanılması mərhələsində 288 müəllimin iştirakı nəzərdə tutulur.
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Şirvan Peşə Liseyində kadr təyinatları, vəzifə bölgüsü və dərs yükünün paylanması ilə bağlı redaksiyamıza bir sıra məlumatlar daxil olub. Redaksiyaya daxil olan məlumatlarda lisey direktoru Vasif Eyvazovun vəzifəyə təyin olunmasından sonra uzun illər həmin təhsil müəssisəsində çalışan bəzi əməkdaşların işdən çıxarıldığı və yeni kadrların vəzifələrə gətirildiyi iddia olunur.
Lakin əsas suallar yeni təyinatlarla bağlıdır. Tədris şöbəsinin müdiri texnoloqdur?
Məlumata görə, liseyin tədris şöbəsinin müdiri Könül Səmədova Gəncə Texnologiya Universitetini bitirib və ixtisasca texnoloqdur. Onun pedaqoji təcrübəsinin olmadığı və müvafiq imtahan mərhələsindən keçmədiyi də iddia edilir. Əgər bu məlumatlar doğrudursa, ortaya kifayət qədər ciddi sual çıxır:
Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmaq üçün müəyyən edilən təhsil, ixtisas və iş təcrübəsi tələbləri K.Səmədovaya necə tətbiq edilib? Onun diplomunda göstərilən ixtisas tutduğu vəzifənin tələblərinə uyğundurmu? Vəzifəyə təyin olunarkən müsabiqə, imtahan və ya digər seçim proseduru keçirilibmi? Əgər keçirilibsə, nəticələr niyə ictimaiyyətə açıqlanmasın?
Direktor müavini və həyat yoldaşı eyni liseydə
Redaksiyaya daxil olan digər məlumat direktor müavini Arifə Qasımova ilə bağlıdır. İddiaya görə, A.Qasımovanın həyat yoldaşı da həmin təhsil müəssisəsində müəllim kimi çalışır. Burada da sual yaranır: rəhbər vəzifədə çalışan şəxslə onun həyat yoldaşının eyni təhsil müəssisəsində işləməsi hansı qaydalarla tənzimlənir? Belə əmək münasibətlərinin qarşısını alan və ya onların şəffaflığını təmin edən hər hansı məhdudiyyət varmı?
Bu suala da aidiyyəti qurumların aydın cavab verməsi vacibdir.
Dərs saatları kimə və hansı meyarla verilir?
Məlumatlarda liseydə dərs yükünün bölüşdürülməsi ilə bağlı da narazılıqların olduğu bildirilir. İddialara görə, bəzi müəllimlərə əlavə dərs saatlarının verilməsində obyektivlik prinsipi pozulur və müəyyən şəxslərə üstünlük verilir. Daha ciddi iddialardan biri isə K.Səmədovanın adına müəyyən dərs saatlarının yazıldığı, lakin həmin dərslərin faktiki olaraq onun tərəfindən keçirilmədiyi barədədir. Həmçinin bəzi dərslərin magistratura təhsili alan şəxslər tərəfindən aparıldığı iddia olunur. Əgər bu iddialar təsdiqini taparsa, artıq söhbət yalnız dərs bölgüsündən deyil, rəsmi sənədlərdə göstərilən dərs yükü ilə faktiki tədris arasında uyğunluğun olub-olmamasından gedir. Bu məsələnin də müvafiq sənədlər əsasında araşdırılmasına ehtiyac var.
Müsahibə və imtahan sualı
Redaksiyaya daxil olan məlumatlarda Gülçöhrə adlı əməkdaşla bağlı da iddialar səsləndirilir. Məlumata görə, onun müvafiq müsahibə və ya imtahan mərhələsindən keçmədiyi, tələb olunan iş təcrübəsinə malik olmadığı iddia edilir. Buna baxmayaraq, onun liseydə mühasib kimi çalışdığı bildirilir. Burada da suallar açıqdır: İşə qəbul hansı prosedurla həyata keçirilib? Namizədin təhsil və iş təcrübəsi hansı sənədlərlə təsdiqlənib? Müsahibə və ya imtahan tələb olunurdusa, bu mərhələdən keçirilibmi?
Əsas məsələ: kim nəzarət edir?
Şirvan Peşə Liseyində səsləndirilən bu iddialar ayrı-ayrı əməkdaşların fəaliyyətindən daha geniş bir məsələni gündəmə gətirir: Peşə təhsili müəssisələrində kadrlar hansı meyarlarla seçilir, vəzifələrə təyinatlara kim nəzarət edir və dərs yükünün bölüşdürülməsində şəffaflıq necə təmin olunur? Əgər bütün təyinatlar və əmək münasibətləri qanunvericiliyə uyğun həyata keçirilibsə, bunu təsdiqləyən sənədlər və prosedurlar suallara aydınlıq gətirə bilər. Əks halda isə, yeni suallar yaranacaq.
Təhsil müəssisəsində vəzifə və dərs yükünün müəyyənləşdirilməsində peşəkarlıq, təcrübə və şəffaflıq əsas meyarlardırmı?
Redaksiya xüsusi olaraq qeyd edir ki, materialda səsləndirilən məlumatlar iddia xarakterlidir və aidiyyəti qurumların rəsmi mövqeyi ilə dəqiqləşdirilməlidir.