Gündəm - Təhsil Media
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu gün təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub.
Tehsilmedia.com xəbər verir ki, tədbirlər zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və fədakarlıq nümunələrindən danışılıb.
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda valideynlər və sektor əməkdaşları arasında insident yaşanıb.
Tehsilmedia.com Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna istinadən xəbər verir ki, hadisə sektor müdiri Vüsal Cəfərovun qəbuluna gələn vətəndaşla sektor əməkdaşı Seymur Həsənov arasında baş verib.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə Goranboy şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində bəzi siniflərin ikinci növbəyə keçirilməsi ilə bağlı bir qrup valideynin vətəndaş qəbulu zamanı növbədən kənar qəbul otağına daxil olması zamanı  baş verib:
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
Tehsilmedia.com xəbər verir ki, AYNA-nən məlumatına görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirilib.
Layihə, xüsusilə ekspres avtobusların hərəkət intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət edir.
Azərbaycana payız fəsli gəlib
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05-də daxil olub.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Tehsilmedia.com-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.
Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.
Tehsilmedia.com xəbər verir ki, “Bakı Metropoliteni” və AYNA-nın birgə məlumatına əsasən, bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonları nın bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.
Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında müəyyən edilmiş zəruri istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.
Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyimi ilə bağlı yeni hüquqi tələb qüvvəyə minib.
Tehsilmedia.com xəbər verir ki, Nazirlər Kabineti 21 sentyabr 2026-cı il tarixində dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı yeni qərar qəbul edib.
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
Hər il sentyabrın 21-də beynəlxalq ictimaiyyət Beynəlxalq Sülh Gününü qeyd edir.
Tehsilmedia.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu günü həm milli, həm də beynəlxalq səviyyədə bütün ölkələr və xalqlar arasında sülh ideallarının möhkəmləndirilməsi günü elan edib.
1981-ci ildə Baş Assambleya 36/67 saylı qətnaməsi ilə Sülh Gününü elan edib və onun sentyabr ayının üçüncü çərşənbə axşamı qeyd olunmasını müəyyənləşdirib. 20 il sonra – 2001-ci ildə isə Baş Assambleya yekdilliklə 55/282 saylı qətnaməni qəbul edərək 2002-ci ildən etibarən Beynəlxalq Sülh Gününün hər il sentyabrın 21-də ümumi atəşkəs və zorakılıqdan imtina günü kimi qeyd olunmasına qərar verib.
Dünya əhalisinin əksəriyyəti üçün sülh gündəlik həyatın ayrılmaz hissəsidir. Şəhərlərin küçələri sakitdir, uşaqlar məktəbə və uşaq bağçalarına gedirlər... Cəmiyyətin əsasları möhkəm olan yerlərdə sülhün əvəzsiz neməti bəzən heç kimin xüsusi diqqətini çəkməyə bilər. Lakin müasir dünyada çox sayda insan üçün bu nemət yalnız əlçatmaz bir arzu olaraq qalır. Onlar qeyri-sabitlik və qorxu mühitində, sanki görünməz buxovlar içində yaşayırlar.
Əsl sülhə nail olmaq üçün yalnız hərbi əməliyyatların dayandırılması kifayət deyil. Bütün insanlar üçün bərabər imkanların yaradıldığı cəmiyyət qurmaq da vacibdir. Bu isə irqi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər münasibətin göstərildiyi bir dünyanın formalaşdırılmasını nəzərdə tutur.
Bundan əlavə, COVID-19 pandemiyası hər bir insana yardım göstərilməsi, daha bərabərhüquqlu, ədalətli, inklüziv və dayanıqlı dünyanın qurulması istiqamətində kollektiv səylərin nə qədər vacib olduğunu nümayiş etdirdi. Pandemiya insanların ölümü ilə nəticələnən damğalanma, ayrı-seçkilik və nifrət hallarının artması ilə müşayiət olundu. Bəşəriyyətin qarşılaşdığı bu ümumi düşmən fonunda insanlar bir-birinin düşməni olmadıqlarını unutmamalıdırlar.
Ümumiyyətlə, son illərdə baş verən hadisələr – müharibələr, terrorizm, iğtişaşlar, bütün dünyada xalqları və ayrı-ayrı insanları bir-birindən ayıran dərin ziddiyyətlər, iqlim böhranı, viruslar – Beynəlxalq Sülh Gününün bu gün nə qədər böyük aktuallıq daşıdığını göstərir.
Buna görə də 1981-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilən bu gün milyonlarla insanı, çoxsaylı ölkə və regionları əhatə edir. Müxtəlif ictimai və gənclər təşkilatlarının təşəbbüsü ilə bu münasibətlə müxtəlif aksiyalar və tədbirlər keçirilir. Çünki Beynəlxalq Sülh Günü insanları yalnız sülh haqqında düşünməyə deyil, həm də onun naminə konkret addımlar atmağa çağırır.
BMT bu gün bütün ölkələri və xalqları hərbi əməliyyatları dayandırmağa, sülh məsələləri ilə bağlı maarifləndirici və ictimai məlumatlandırma tədbirləri keçirməyə çağırır. Təşkilat, həmçinin Beynəlxalq Sülh Günündən sülhün dəstəklənməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətə diqqəti cəlb etmək, bütün dünyada ayrı-ayrı şəxsləri, qrupları və icmaları sülh problemləri barədə düşünməyə, bu istiqamətdə məlumat və praktiki təcrübə mübadiləsi aparmağa təşviq etmək üçün istifadə edir.
Belə ki, hər il BMT-nin Sülh Gününə həsr olunan tədbirləri ənənəvi olaraq Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında Sülh Zəngi qarşısında keçirilən mərasimlə başlayır. Əvvəlcə BMT-nin Baş katibi müraciətlə çıxış edir və daha sonra zəngi çalır. Ardınca bir dəqiqəlik sükut elan olunur və BMT Təhlükəsizlik Şurasının sədri müraciət edir.
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq.
Tehsilmedia.com patrul.az-a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub.
Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kurs tələbələrini təhdid etdiyi əks olunmuşdu.
Paylaşımdan sonra ADMİU məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul edilib.
Universitetin açıqlamasında qeyd olunub ki, təhsilalanla ali təhsil müəssisəsi arasında bağlanan fərdi müqavilənin 2.3.3-cü bəndi və “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4-cü bəndinin “a” yarımbəndi – universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə – əsas götürülərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edilib.
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 3 il ötür.
Antiterror əməliyyatı zamanı həlak olanlar arasında gənclər də olub. Onların arasında ən gənc döyüşçünün 2005-ci ildə anadan olduğu qeyd olunur.
Tehsilmedia.com antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan gənc şəhidlərin adlarını təqdim edir:
2005-ci il təvəllüdlü şəhidlərdən Əliyev Fərid Tofiq oğlu, Beydiyev Röyal Nəsib oğlu, Eynəliyev Samrad İkram oğlu, Eyyubov Murad Bəxtiyar oğlu, Ələkbərov Ramal Elnur oğlu, İsmiyev Zeynal Mustafa oğlu, Qasımzadə İnqlab Füzuli oğlu, Mehtiyev Şəhriyar Mübariz oğlu, Səfərov Cavid Rövşən oğlu və Səfərov Gökhan İlqar oğlu olub.
2004-cü ildə dünyaya gələn qəhrəmanlarımız Abbasov Mehti Əmrah oğlu, Abuşov Habil Qulam oğlu, Ağaxanov Osman Qədim oğlu, Axundov Murad Xıdır oğlu, Cəfərov Rəvan Məhəmmədəli oğlu, Cəlilov Devid Raufoviç, Dünyamalıyev İslam Teymur oğlu, Əhədov Eltac Əjdər oğlu, Ələmmədov Xanbaba Ceyhun oğlu, Həmidov Şamxal Musa oğlu, Həsənli Ərzulla Mübariz oğlu, Həsənov Amin İlqar oğlu, İdrisov Bəxtiyar İxtiyar oğlu, Mikayılov Ülvi Bəhruz oğlu, Mirzəyev Əlmirzə Ağamirzə oğlu və Mirzəyev Sənan Vüqar oğlu siyahıda yer alır.
2003-cü ildə dünyaya göz açan şəhidlərimiz isə Canbaxışov Xəyal Xeyrulla oğlu, Heybətov Serqey Ramin oğlu, Məhərrəmov Cavad Sadiq oğlu, Qafarov Savalan İsfəndiyar oğlu, Süleymanlı Nail Səfər oğlu, Süleymanov Elmət Rafiq oğludur.
2002-ci ildə doğulan qəhrəmanlarımız Ağayev Kənan Vahid oğlu, Əlişanov Ağami Mehman oğlu, Əliyev Altun Tağı oğlu, Həsənov Emral Vüqar oğlu, Hüseynov Səbuhi Məhbub oğlu və Mirzəzadə Mirzəəli Kamran oğlu gənc yaşlarından döyüş meydanında Vətənin müdafiəsində iştirak ediblər.
2001-ci il təvəllüdlü şəhidlər arasında Qasımov Cahan Xəqani oğlu, Salmanov Elçin Habil oğlu, Məmmədhəsənov Qasim Bilal oğlu və Şəhriyarov Vüsal Təbiyyət oğlu da yer alıb.
2000-ci il doğumlu qəhrəmanlarımız Bayramov Davud Şamil oğlu, Hüseynzadə Ramazan Həmdulla oğlu, Xankişiyev Elşən Elşad oğlu, İsayev İsmayıl Çərkəz oğlu, Qədirov Amid Qurban oğlu, Məmmədov Samir Aqil oğlu, Məmmədov Tural Süleyman oğlu və Yusibli Nofəl Yusib oğludur.
Vətən sizi unutmayacaq!
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Bakı Şəhər Halqasından verilən məlumata görə, həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.
Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək.
Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Bununla yanaşı, son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Belə ki, 21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
– Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
– M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
– S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
– Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
– Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
– Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
– Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
– İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
– Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.
Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.