Hadisə - Təhsil Media
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda valideynlər və sektor əməkdaşları arasında insident yaşanıb.
Tehsilmedia.com Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna istinadən xəbər verir ki, hadisə sektor müdiri Vüsal Cəfərovun qəbuluna gələn vətəndaşla sektor əməkdaşı Seymur Həsənov arasında baş verib.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə Goranboy şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində bəzi siniflərin ikinci növbəyə keçirilməsi ilə bağlı bir qrup valideynin vətəndaş qəbulu zamanı növbədən kənar qəbul otağına daxil olması zamanı  baş verib:
"Təhsil eksperti"nə hökm oxunub
Özünü təhsil eksperti kimi tanıdaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Tehsilmedia.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən Əşrəf Əşrəflinin 8 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı vətəndaşdan onu Tibb Universitetinə tələbə kimi qəbul etməyə görə 34 min manat, Səbinə Abdullayevadan isə övladını İspaniyada universitetə qəbul etdirmək adı ilə 5100 manat pul alıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Əşrəf Əşrəfli 2021-2022-ci illərdə Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 12 nəfərin 35 min manat pulunu ələ keçirib. Belə ki, o, yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında "set.az", "ashrafli.az", "xaricde.com" saytları yaradıb. Əşrəf Əşrəfli həmin saytlarda və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi, eyni zamanda, dövlət qeydiyyatına alınmayan "Ş.Group", "AConsalting.az", "Press.Legal", "İHA.AZ", "SET" xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edib.
Əşrəf Əşrəfli Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həmin cəzanı 3 ilə endirib.
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
"Birinci kurs tələbələrinin hədələnməsi ilə bağlı yayılan görüntülər ciddi narahatlıq doğurur. Tələbələrin təhlükəsizliyinin təmin edilməsi və universitet daxilində sağlam təhsil mühitinin qorunması, şübhəsiz ki, vacib məsələdir. Lakin belə hallarda yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənmək doğru yanaşma olmaya bilər. Çünki bir universitetdə tətbiq olunan bu cür sərt qərar digər ali təhsil müəssisələri üçün də presedent yarada və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola bilər".
Tehsilmedia.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov feysbuk hesabında yazıb.
"Xarici ölkələrin bir sıra universitetlərinin intizam qaydalarında da hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur. Bununla yanaşı, cəza tədbirləri adətən hadisənin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq mərhələli şəkildə müəyyən edilir. Xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi tədbirlərdən sonra, daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər.
Bu baxımdan, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri, real təhlükənin olub-olmaması və digər mühüm məqamlar hərtərəfli araşdırılmalıdır. Məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına, davranışını düzəltməsinə və təhsilini davam etdirməsinə imkan verən mexanizmləri nəzərə almaq olmalıdır.
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
“Bu gün sosial şəbəkələrdə, xüsusilə, “TikTok” platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb”.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ADMİU-dan bildirilib ki, sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır.
“Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam Komissiyasının iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsilalan arasında bağlanan fərdi müqavilənin 2.3.3. bəndini, “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə, əsas götürülərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edilib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Tehsilmedia.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edib.
O, Havvaxanım Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi mülki iddianın tam təmin olunmasını xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb. İş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş kimi tanınıb.
Xırdalanda qumbara partlayıb, ölən var
Xırdalanda qumbara partlayıb.
Tehsilmedia.com xəbər verir ki, partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva dünyasını dəyişib.
Partlayış Xədicə Mustafayevanın yaşadığı evin həyətində baş verib.
26 şagird toyuq dönərindən zəhərlənib
Türkiyənin Qaziantep vilayətinin Nizip rayonunda internat tipli Quran kurslarının 26 şagirdi toyuq dönəri yeyəndən sonra zəhərlənib.
Tehsilmedia.com "Haber Global"a istinadən xəbər verir ki, şagirdlər xəstəxanaya yerləşdiriliblər, hazırda vəziyyətləri yaxşıdır.
Hadisə Nizip rayonunun Çanakçı məhəlləsində baş verib. İddiaya görə, internat tipli Quran kursunda bir xeyriyyəçi tərəfindən kənardan gətirilən toyuq dönərini yediyi irəli sürülən 26 şagirdin halı pisləşib.
Bu təhsil müəssisəsinin keçmiş direktorlarına cinayət işi AÇILDI
Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.
Tehsilmedia.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir.
Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cələb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil. Məhkəməyə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Dəymiş ziyan ödənilməsə, eks-vəzifəlilər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.
Sirkə turşusu içən 17 yaşlı tələbə vəfat edib
Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.
Tehsilmedia.com Teleqraf-a istinadən xəbər verir ki, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.
Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.
Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.
Autizmli körpəni döyən Ceyran Muradova İncəsənət məzunu imiş...
Autizmli körpəni döyən Ceyran Muradova İncəsənət məzunu imiş.
Yəni bu ixtisas üzrə ali təhsili yoxdur. Hadisə ilə bağlı isə cinayət işi açılıb.
“Mediada autizm spektr pozuntusu olan yetkinlik yaşına çatmayan Aylinin (ad şərtidir) psixoloq yanında keçirilən məşğələ zamanı fiziki zorakılığa məruz qalmasını əks etdirən video görüntü yayılıb”.
Tehsilmedia.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və Şirvan Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri tərəfindən uşağın yaşadığı ünvana ailə səfəri həyata keçirilib.
“Səfər zamanı ailənin sosial vəziyyəti və uşağın hazırkı durumu qiymətləndirilib, valideynlə söhbət aparılıb. Hazırda faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır. Hadisənin bütün faktiki hallarının müəyyənləşdirilməsi və hüquqi qiymət verilməsi istiqamətində müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək” deyə, o əlavə edib.