Kolleclər - Təhsil Media
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
Tehsilmedia.com xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.
Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində təqdim olunacaq. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 15 sentyabr saat 15:00-dan 22 sentyabr saat 18:00-dək davam edəcək.
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
Bu barədə Tehsilmedia.com-a DİM-dən məlumat verilib.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.
9 illik baza üzrə kolleclərdə boş qalan plan yerlərinə qəbul elan edilir
DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edir.
Tehsilmedia.com xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2026-cı il 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  //shorturl.at/B4g0M
Kolleclərin rəhbər heyətinə yeni təyinatlar olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə  Astara  Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə Tehsilmedia.com-a ETDA-dan məlumat verilib.
Qeyd olunub ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə magistratura təhsilini davam etdirir. 2021-ci ildən Qobustan şəhər A. Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən son təyinatadək Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb. Rəqəmsal bacarıqların tədrisi və STEAM layihəsi üzrə bir çox təlimlərdə iştirak edib. Həmçinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ümumi təhsil müəssisələrinin direktor müavinlərinin işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
Bu il subbakalavrların ali təhsil müəssisələrinə qəbulunda müəyyən çətinliklər yaşanıb.
Belə ki, yüksək orta bal toplayan bəzi kollec məzunları universitetə qəbul ola bilməyiblər.
Hətta III ixtisas qrupunda bu göstərici sıfır olub.
Tehsilmedia.com xəbər verir ki, “AzEdu podkast”ında təhsil tədqiqatçısı Elmin Nuri subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul imkanlarının məhdudlaşdırılmamasının vacibliyini vurğulayıb.
O bildirib ki, subbakalavrlar da universitetə qəbul şanslarının olduğunu bilməlidirlər:
“Biz subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulunu bu qədər məhdudlaşdırmamalıyıq. Artıq onlar da universitetə qəbul şanslarının olduğunu bilməlidirlər. Çünki kolleclərə marağı yaradan ən vacib detal məhz subbakalavrların universitetə qəbuludur. Bu qayda tətbiq olunmağa başladıqdan sonra kolleclərə maraq xeyli artdı. Bu qərardan əvvəl orta ixtisas təhsil müəssisələri nadirən seçimlərdən biri olurdu. Təbii ki, tibb kolleclərini bura istisna etmək şərti ilə.
Gəncləri motivasiya kimi kollecə gətirən yeganə səbəb universitetə açılan qapılardır. Bu yol bağlanarsa, sözsüz ki, artıq kolleclərin çox nadirən seçildiyinin şahidi olacağıq.
Kolleclərə qəbul olunanların qeydiyyat vaxtı AÇIQLANIB
Tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16 244 nəfər qəbul olub. Nəticələrə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.
Bu barədə Tehsilmedia.com-a DİM-dən məlumat verilib.
Bildirilib ki, qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.
Boş qalan yerlərə və kolleclərə qəbul nəticələri AÇIQLANIB
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
Bu barədə DİM-dən məlumat verilib.
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 18086 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan (1760 yer)  plan yerlərinə 390 nəfər (o cümlədən 167 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16244 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Sentyabrın 4-də günün ikinci yarısı ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.
Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.
Kolleclərin sayı ARTIB
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin və burada təhsil alan tələbələrin sayı artıb.
Tehsilmedia.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkədə 64 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib. Bu göstərici 2024/2025-ci tədris ilində 63 olub.
Məlumata əsasən, 2000/2001-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin sayı 71 olduğu halda, 2010/2011-ci ildə 62-yə, 2015/2016-cı ildə 61-ə qədər azalıb. 2020/2021-ci ildə isə bu rəqəm 61, 2024/2025-ci ildə 63, 2025/2026-cı ildə 64 olub.
Orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı da yüksəlib. 2025/2026-cı tədris ilinin əvvəlinə burada ümumilikdə 65,8 min tələbə təhsil alıb. Onların 61,5 mini əyani, 4,3 mini isə qiyabi təhsil formasında olub.
Müqayisə üçün, 2024/2025-ci tədris ilində tələbələrin ümumi sayı 63,4 min nəfər təşkil edib. Beləliklə, bir il ərzində tələbələrin sayı 2,4 min nəfər artıb. Əhalinin hər 10 min nəfərinə düşən tələbələrin sayı da 62-dən 64-ə yüksəlib.
Qəbul olunanların sayı 24,7 min nəfərə çatıb
2025/2026-cı tədris ilinin əvvəlinə orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı 24,7 min nəfər olub. Onlardan 24 mini əyani, 700 nəfəri isə qiyabi təhsil formasına qəbul edilib. Bu göstərici 2024/2025-ci tədris ilində 23,7 min nəfər olub. Beləliklə, bir il ərzində orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların sayı 1 min nəfər artıb.
Kolleclər niyə “ikinci seçim” damğasından qurtula bilmir?
Bir çox abituriyent ali məktəbə qəbul olunmadıqda belə, kollecə sənəd vermək istəmir. Onların fikrincə, kollec təhsili vaxt itkisi hesab olunur.
Bu isə belə bir sual doğurur: abituriyentlər kollec təhsilini niyə ciddiyə almırlar? Ümumiyyətlə, Azərbaycanda kollec təhsili niyə son seçim şansı kimi dəyərləndirilir?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanlı bildirib ki, universitetlərdə dövlət sifarişli plan yerlərinin artması və abituriyentlərin ümumi sayının əvvəlki illərlə müqayisədə azalması fonunda kolleclərə maraq müəyyən qədər zəifləyib.
"Kollec təhsili ilə bağlı uzun müddətdir belə bir fikir formalaşıb ki, bu sahədə təhsilin keyfiyyəti aşağıdır və kollec məzunları iş tapmaqda çətinlik çəkirlər. Bu fikrin yaranmasında obyektiv səbəblər də var: xüsusilə son illərdə pedaqoji sahələrdə kollec məzunlarının iş tapması olduqca çətinləşib. Bununla belə, tibb bacısı, tibb qardaşı, kompüter və turizm ixtisasları üzrə kollec məzunlarına hələ də ehtiyac duyulur və bu istiqamətlərdə iş imkanları daha genişdir.
Son illərdə kolleclərlə bağlı bir sıra yeniliklər həyata keçirilib. Onların müxtəlif universitetlərin nəzdində fəaliyyət göstərməsi, subbakalavr səviyyəsinin ali təhsilin bir pilləsi kimi tanınması və məzunların imtahansız olaraq universitetlərə qəbul imkanının yaradılması kolleclərə marağı artırıb. Lakin eyni zamanda, universitetlərdə dövlət sifarişli plan yerlərinin çoxalması və abituriyentlərin ümumi sayının azalması bu marağın azalmasına da səbəb olub".
Kolleclərin ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərməsi keyfiyyət baxımından ciddi dəyişikliklər və irəliləyişlər vəd edir:
“Bu, dünyada da tətbiq olunan bir modeldir. Bir çox ölkələrdə kolleclər universitetlərin tərkibində açılır və subbakalavr səviyyəsində təhsil verir. Müxtəlif səbəblərdən 4 illik bakalavr təhsili almaq istəməyən gənclər üçün kollec təhsili əlverişli seçimdir. Daha sonra bu təhsili kifayət qədər hesab etməyənlər onu bakalavr səviyyəsində davam etdirə bilirlər.
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək aparılacaq.
Tehsilmedia.com xəbər verir ki, ixtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları //www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.
Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.