Mədəniyyət - Təhsil Media
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edilərək Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisəsi kimi təsbit edilir. Eyni dəyişikliklə Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbinin də müvafiq hüquqi statusu rəsmiləşdirilir.
Tehsilmedia.com xəbər verir ki, Xankəndidə İncəsənət Məktəbinin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə sosial, təhsil və mədəni infrastrukturun bərpasının mühüm istiqamətlərindən biridir. Məktəbin yaradılması uşaqların və gənclərin incəsənət təhsilinə əlçatanlığının təmin edilməsinə, onların yaradıcı potensialının üzə çıxarılmasına və Qarabağın zəngin mədəni ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.
İlkin mərhələdə məktəbdə 100-dək şagirdin təhsil alması, sonrakı mərhələlərdə isə şagird sayının ən azı üç dəfə artırılması nəzərdə tutulur. Tədris musiqi ilə yanaşı, tələbat əsasında incəsənətin digər istiqamətlərini də əhatə edəcək.
Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinə olan tələbatın müəyyənləşdirilməsi məqsədilə MyCulture vahid şəxsi kabinetində xüsusi elektron müraciət bölməsi yaradılıb. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan üzrə indiyədək 300 nəfər qeydiyyatdan keçib. Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil edilərək tədrisin təşkili, ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı zamanı nəzərə alınacaq.
Xankəndidə yeni incəsənət məktəbinin fəaliyyətə başlaması Böyük Qayıdış prosesinin mədəni və yaradıcı mühitlə tamamlanmasına xidmət edən mühüm addımdır.
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – "Septembre Musical Montreux–Vevey" festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, "Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri" devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirib.
Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.
Montrönün məşhur "Auditorium Stravinski" səhnəsində keçirilən konsertdə ansamblın ifasında "Mənim Azərbaycanım" və "Vətən" süitaları, "Qavalla rəqs", "Qazaxı", "Toy", "Sarı gəlin", "Şalı", "Nağaraçılar", "Ağ çiçəyim", "Yaylıqlarla rəqs", "Qaytağı" və "Naz eləmə" rəqsləri nümayiş etdirilib.
Milli xoreoqrafiyaın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan "Septembre Musical Montreux–Vevey" İsveçrənin ən qədim klassik musiqi festivallarından biridir və bu il 80 illik yubileyini qeyd edir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.
Festivalın əsas məkanlarından olan, 1800 tamaşaçı tutumuna malik "Auditorium Stravinski" də musiqi tarixinin maraqlı məkanlarındandır. Məşhur bəstəkar İqor Stravinski hələ 1956-cı ildə Montrö festivalı çərçivəsində burada öz əsərlərindən ibarət proqramı idarə edib. Bu gün həmin səhnədə Azərbaycan milli rəqsinin təqdim olunması mədəni irsin müxtəlif dövrlər və coğrafiyalar arasında yaratdığı dialoqun daha bir ifadəsidir.
Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. "Azerbaijan: The Rhythms of Heritage" konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.
Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də "Auditorium Stravinski"də keçiriləcək "Azerbaijan Culture" qala konserti olacaq. Təxminən 200 Azərbaycan sənətçisinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.
Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. "İrsin ritmləri" əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.
Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Bu ixtisas üzrə Azərbaycanda ilk dəfə tədris proqramı hazırlanıb
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəbi və mərkəzləri üçün ilk dəfə olaraq “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb.
Bu barədə Tehsilmedia.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu proqram fotoqrafiya sənətinin tədris prosesinə yeni məzmun və sistemli yanaşma gətirməklə, gənc nəslin bu sahədə bilik və yaradıcılıq bacarıqlarının formalaşdırılmasına xidmət edəcək.
Tədris proqramının hazırlanması fotoqrafiya sahəsində peşəkar mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Proqram “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü, peşəkar fotoqraf Rauf Umudov tərəfindən tərtib olunub.
Sənədin rəyçiləri qismində ölkənin tanınmış fotoqrafları - “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev və “Fotoqrafika” jurnalının təsisçisi və redaktoru Rüfət Abas çıxış ediblər. Proqramın redaktoru isə MEMİM-in sektor müdiri Fariz Yunislidir.
5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlərdə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək, gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.
Xatırladaq ki, MEMİM tərəfindən daha öncə məktəblərdə tədris olunan ixtisas və fənlər – fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları hazırlanıb.
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.
Tehsilmedia.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Belə ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev Aparat rəhbə.ri təyin edilib.
Bu vəzifəni indiyədək Mustafa Abbasbəyli yerinə yetirirdi. Adil Kərimlinin digər əmrinə əsasən, o, nazirin müşaviri vəzifəsinə təyin olunub.
Hikmət Mövlud oğlu Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib.
1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev daha əvvəl Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
Eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib.
Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.
Kitabxanaçıların əməkhaqqısı artırılacaq
“Bu gün ölkəmizdə nümunəvi göstərə biləcəyimiz dövlət kitabxanalarının sayı çox azdır”.
Tehsilmedia.com xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib.
“Nazirlər Kabinetinin 136 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıya baxsaq, ölkədə təxminən 3 400 kitabxananın olduğunu görərik. Təklif olunan kitabxanaların optimallaşdırma modeli də məhz mövcud vəziyyəti dəyişdirməyə yönəlib”, - nazir müavini bildirib.
Qeyd edilib ki, təqdim olunan hesabta görə, kitabxanaların 90 faizdən çoxu bina, struktur, xidmət sahəsi və digər göstəricilər baxımından beynəlxalq standartlara cavab vermir.
Vurğulanıb ki, kitabxana sistemində peşəkar kadr çatışmazlığı da əsas problemlərdən biri kimi göstərilir. Sistemdə çalışan işçilərin 7,7 faizinin ixtisas təhsilli olduğu bildirilir.
Məlumata əsasən, kitabxana fondunun 57,6 faizi kiril qrafikasındadır, fondun 4 faizini elmi, 8 faizini isə uşaq ədəbiyyatı təşkil edir. Hazırda kitabxanaların yalnız 20 faizində internet təminatı var. Kitabxanaların 96 faizində isə avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq olunmayıb. Ölkə üzrə kitabxanaların ümumi kitab fondu 18 milyon 894 min 915 nüsxə təşkil edir. Kitabxanalarda qeydiyyatdan keçmiş oxucuların sayı isə 954 min 260 nəfərdir. Aparılan monitorinqlər zamanı əməyin müvafiq ödəniş qrupları üzrə tələbləri qarşılamaq üçün bəzi kitabxanalar tərəfindən faktiki fond və real oxucu sayının təqdim olunmadığı hallar da aşkar edilib.
Azərbaycan dilində olan kitabların böyük hissəsi hələ də kiril qrafikasındadır. Belə ki, Azərbaycan dilindəki kitabların 9 milyon 202 min 186 nüsxəsi və ya 57,6 faizi kiril, 6 milyon 777 min 138 nüsxəsi və ya 42,4 faizi latın qrafikasındadır.
Yeni sistem çərçivəsində isə ictimai kitabxanaların IFLA standartlarına uyğun formalaşdırılması nəzərdə tutulur. Kitabxana xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin göstərilməsi, həmçinin elektron kitabxana xidmətinin tətbiqi planlaşdırılır. Bununla kitabxananın hər kəs üçün mobil telefonda əlçatan olması nəzərdə tutulur.
Yeni modeldə kitabxanaların müasir standartlara uyğun oxu zalı və mədəni fəaliyyət mərkəzinə çevrilməsi, kitab fondunun IFLA standartlarına uyğun komplektləşdirilməsi planlaşdırılır.
Bundan başqa, yalnız şəxsiyyət vəsiqəsi ilə sistemin bütün kitabxanalarından istifadənin mümkün olması, səyyar kitabxana xidməti vasitəsilə bütün inzibati ərazi vahidləri üzrə kitabxana xidmətinin göstərilməsi nəzərdə tutulur.
Yeni sistem maksimum əlçatanlığın təmin edilməsini və kitabxana xidmətindən 24 saat istifadə imkanının yaradılmasını da nəzərdə tutur.
İnklüziv oxucular üçün ayrıca kitabxana xidmətlərinin yaradılması, o cümlədən audio kitabların, Brayl əlifbasında nəşrlərin və ünvana çatdırılma xidmətinin təşkili planlaşdırılır.
Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür
Bu gün Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 101-ci ildönümüdür.
Tehsilmedia.com xatırladır ki, Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövrü mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.
Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Xalq şairi uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. B. Vahabzadə müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” və “Özümüzü kəsən qılınc” kimi lirik-psixoloji pyeslərlə yanaşı, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
Gaha
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb.
AzEdu.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə 25 iyuna təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
Ramil Səfərovun xanımına vəzifə verildi
Azərbaycanlı hərbçi, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova “Study in Azerbaijan” layihəsinin direktoru təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Study in Azerbaijan” layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda, məsuliyyətli bir mərhələnin başlanğıcıdır.
AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Study in Azerbaijan”, Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət–özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.
Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.
Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram”, - o qeyd edib.