Müsahibə - Təhsil Media
Məktəb şagirdi universitetə, yoxsa həyata hazırlamalıdır?
Bir çoxları hesab edir ki, məktəbin əsas vəzifəsi şagirdi ali təhsil müəssisəsinə hazırlamaqdır. Digərləri isə düşünür ki, məktəb bu gün şagirdi ali təhsil müəssisəsinə belə lazımi səviyyədə hazırlaya bilmir.
Əgər hazırlaya bilsəydi, repetitorluğa bu qədər ehtiyac qalmazdı. Bəs həqiqətənmi məktəbin missiyası yalnız bundan ibarətdir?
Biz bu mövzuda məktəbləri günahkar hesab etməliyik, yoxsa yeni nəsilin özü günahkardır? Ümumiyyətlə, məktəbin başlıca vəzifəsi və ideyası nədir?
Tehsilmedia.com bildirir ki, azedu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, ingilis dili müəllimi Günay Əkbərova danışıb.
O qeyd edib ki, məktəbin işi seçim imkanlarını genişləndirməkdir, yolu məcburi şəkildə yalnız bir istiqamətə yönəltmək yox:
“Məncə, məktəbi yalnız universitetə aparan yol kimi görmək bir qədər dar yanaşmadır. Bəli, məktəb şagirdi ali təhsilə hazırlaya bilər və hazırlamalıdır da, amma onun missiyası bununla məhdudlaşmır. Dünya təcrübəsinə baxanda görürük ki, inkişaf etmiş təhsil sistemlərində məktəbin əsas məqsədi sadəcə imtahandan yüksək bal toplayan abituriyent yetişdirmək deyil, düşünə bilən, qərar verə bilən və həyatda öz yolunu tapa bilən insan formalaşdırmaqdır.
Məsələn, Finlandiya, Kanada və ya Sinqapur kimi ölkələrdə məktəb yalnız universitet istiqamətinə fokuslanmır. Orada şagirdlərə tənqidi düşünmə, əməkdaşlıq, problem həll etmə, ünsiyyət və müxtəlif həyat bacarıqları öyrədilir. Çünki hər şagirdin yolu universitetdən keçmir: kimisi peşə seçir, kimisi sahibkar olur, kimisi isə fərqli istiqamətdə uğur qazanır. Məktəbin işi seçim imkanını genişləşdirməkdir, yolu məcburi şəkildə bir istiqamətə yönəltmək yox.
Repetitor məsələsinə gəldikdə isə bunu yalnız məktəbin problemi kimi qiymətləndirmək tam doğru olmaz. İmtahan sistemi rəqabətli olduqda valideyn və şagird əlavə dəstək axtarır - bu hal bir çox ölkələrdə mövcuddur. Amma eyni zamanda məktəbdə öyrənilən baza bilikləri olmasa, heç bir repetitor uzunmüddətli nəticə verə bilməz. Yəni məktəb yenə də əsas sütundur”.
Onun sözlərinə görə, yeni nəslə günah yükləmək də düzgün yanaşma deyil:
“Bugünkü şagirdlər əvvəlki nəsillərlə müqayisədə daha çox informasiya yükü, daha çox seçim və diqqəti yayındıran faktorlarla üz-üzədirlər. Onların ehtiyacı tənqid yox, düzgün istiqamət və motivasiyadır.
Məncə, məktəbin başlıca ideyası budur: şagirdi yalnız imtahana deyil, həyata hazırlamaq. Universitet bu yolun yalnız bir mərhələsidir.
Hazırda imtahana hazırlaşan abituriyentlərə də bir söz demək istəyirəm: qarşıdakı imtahan sizin dəyərinizi müəyyən edən son hökm deyil. Bu, sadəcə həyat yolunda bir mərhələdir. Əziyyətiniz hədər getmir, amma unutmayın ki, uğur yalnız baldan ibarət deyil. Səbir, davamlılıq və özünüzə inam çox vaxt nəticədən də güclü olur. Bəzən insanı irəli aparan məhz imtahana hazırlaşdığı o zəhmət dövrü olur.
İxtisaslaşmalı tələbə niyə 7-8 fənn keçir? - Universitetlərə TƏNQİD
Bu gün universitetlərin bir çoxunda tələbələrə 7-8 fənn tədris olunur. Halbuki ali məktəbə qəbulun əsas məqsədi ümumi bilik əldə etmək deyil, konkret bir sahə üzrə ixtisaslaşmaqdır. Bu baxımdan mövcud dərs yükü müəyyən suallar doğurur.
Məktəblərdə olduğu kimi 7-8 fənn keçmək tələbələr üçün həm yorucu olur, həm də bəzən məqsədəuyğun hesab edilmir. Bu halda sual yaranır: ali təhsil müəssisələrində niyə bu qədər çox fənn tədris olunmalıdır və bunun zərurəti nədir?
Tehsilmedia.com bildirir ki, azEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib.
Ekspert bildirib ki, ali təhsil müəssisələrində tələbələr ixtisaslarından əlavə, qeyri-ixtisas fənləri ilə ən azı iki il məşğul olurlar:
“Bu məsələ uzun müddətdir aktualdır və həm tələbələr, həm də ixtisas fənlərini tədris edən müəllimlər tərəfindən tez-tez qaldırılır. Ali təhsil müəssisələrində tələbələr öz ixtisaslarından fərqli olaraq, qeyri-ixtisas fənlərini minimum iki il oxuyurlar. Bu isə onların xeyli vaxtını alır, əsas ixtisaslarına köklənmələrinə və fokuslanmalarına mane olur.
Məsələn, birinci kurs tələbələri ixtisas fənlərindən daha çox tarix, Azərbaycan dili, eləcə də xarici dil – xüsusilə ingilis dili ilə məşğul olurlar. Nəticədə ixtisas fənləri arxa planda qalır. Bu isə həm tələbələr üçün yorucu və sıxıcıdır, həm də onların akademik göstəricilərinin aşağı düşməsinə təsir edir”.
Səbuhi Abdullayev hesab edir ki, fənlərin sayının azaldılmasına ciddi ehtiyac var:
“Məsələn, bir riyaziyyatçı üçün tarix fənnindən akademik imtahan vermək kifayət qədər çətin ola bilər. Bu zaman onun ümumi orta göstəricisi aşağı düşür. Bu isə həm təqaüd, həm də ümumi ortalama baxımından tələbə üçün mənfi nəticələr yaradır. Eyni zamanda, ixtisas üzrə dərin bilik əldə etməsinə də maneə törədir.
Digər tərəfdən, fizika ixtisasında oxuyan tələbəyə Azərbaycan dili fənni bəzən ixtisas fənlərindən daha çox saatla tədris olunur. Halbuki həmin sahədə Ali Cəbr kimi fənlər daha önəmlidir. Lakin Ali Cəbrə ayrılan saatlardan daha çox filologiya istiqamətli fənlərə yer verilir. Bu isə anlaşılan deyil və bununla bağlı dəfələrlə fikirlər səsləndirilib. Görünür, müəyyən bürokratik əngəllər dəyişikliklərə mane olur.
Şərurlu İsfəndiyar təhsilsiz rektor olacağını bildirir - Bəs qanun nə deyir? - AÇIQLAMA
Çıxdığı verilişlərdə səsləndirdiyi fikirlərlə tez-tez gündəmə gələn, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov yenidən qalmaqallı açıqlaması ilə diqqət çəkib. İş adamı Bakıda tikdirdiyi məktəbdə rəsmi şəkildə rektor olacağını bildirib. Onun bu açıqlaması isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə aparıcının “Təhsili olmayan şəxs necə rektor ola bilər?” sualına Axundovun “Rektorun təhsilə nə dəxli var?” deyə cavab verməsi diqqət çəkib.
Digər maraqlı məqam isə onun söhbətini məktəbdə “rektor” vəzifəsində çalışacağından getməsi olub. Çünki ümumtəhsil məktəblərinə adətən direktor rəhbərlik edir, “rektor” vəzifəsi isə ali təhsil müəssisələrinin rəhbərləri üçün istifadə olunur.
Onun “universitet” əvəzinə “məktəb” demək istədiyini fərz etsək, maraqlı sual yaranır: Təhsili olmayan şəxs rektor ola bilərmi?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, Azərbaycan qanunvericiliyinə və beynəlxalq təcrübəyə əsasən, ali təhsili olmayan bir insanın universitet rektoru olması hüquqi, akademik və etik baxımdan qeyri-mümkündür:
"İş adamı İsfəndiyar Axundovun televiziya məkanında səsləndirdiyi "təhsilin rektorluğa aidiyyatı yoxdur, mən artıq əmr imzalamışam" fikri hüquqi reallığı əks etdirmir və tamamilə yanlışdır. Azərbaycan qanunvericiliyində hər bir təhsil müəssisəsinin rəhbəri üçün minimum ixtisas tələbləri mövcuddur. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçasına görə, hətta sıravi bir məktəb direktoru üçün ali təhsil və pedaqoji staj tələb olunduğu halda, universitet rektoru üçün bu qaydalar qat-qat sərtdir. Rektor yalnız inzibati menecer deyil, həm də təhsil ocağının Elmi Şurasının sədridir. Bu səbəbdən rektor vəzifəsini tutacaq şəxsin mütləq ali təhsili, elmi dərəcəsi (fəlsəfə və ya elmlər doktoru) və elmi adı (professor və ya dosent) olmalıdır. Ölkədə fəaliyyət göstərən dövlət universitetlərin rektorları yalnız dövlət başçısının sərəncamı ilə təyin edilir. Özəl universitetlərə münasibətdə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, özəl ali təhsil müəssisələrində rektoru universitetin təsisçisi (və ya Qəyyumlar/İdarə Heyəti) seçir və təyin edir. Təsisçi təyin etdiyi şəxslə əmək müqaviləsi bağlayır, lakin bu təyinat Elm və Təhsil Nazirliyində rəsmi qeydiyyata alınmalıdır".
Müsahibimiz həmçinin vurğuladı ki, özəl universitetin sahibinin (təsisçisinin) istədiyi şəxsi rektor təyin etmək hüququ olsa da, o, bu seçimi yalnız qanunvericiliyin müəyyən etdiyi kriteriyalara cavab verən şəxslər arasından etməlidir:
"Şəxsin binasını tikdiyi obyektdə özbaşına "rektor" əmri imzalaması hüquqi qüvvəyə malik deyil. Şərurlu İsfəndiyar və ya hər hansı digər ali təhsili olmayan iş adamı universitet və ya məktəb tikibsə, o, hüquqi olaraq ya təsisçi, ya da Qəyyumlar Şurasının sədri statusunda ola bilər. Təsisçi (İnvestor) müəssisənin sahibidir, gəliri idarə edir, maliyyə qərarlarını verir. Qəyyumlar Şurasının sədri isə universitetin ümumi inkişaf strategiyasını müəyyənləşdirir, lakin tədrisə qarışmır. İsfəndiyar Axundovun bəhs etdiyi obyekt isə əslində universitet deyil, özəl məktəb-bağça kompleksidir və o, burada yalnız təsisçi və ya investor statusu daşıya bilər. Beynəlxalq təcrübə də bu məsələdə eyni dərəcədə sərtdir. Dünyanın qabaqcıl təhsil sistemlərində universitet rektorundan mütləq şəkildə fəlsəfə doktoru dərəcəsi və professor elmi adı tələb olunur. Qərb universitetlərində tətbiq edilən "İkiqat İdarəetmə Modeli" çərçivəsində, universiteti maliyyələşdirən investor və ya biznesmen yalnız İdarə Heyətinin Sədri olaraq strateji və maliyyə məsələlərinə baxa bilər.
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
Bu gün sizlər üçün tehsilmedia.info saytı olaraq, texnologiya fənninin əhəmiyyəti, formalaşdırdığı bacarıqlar və s haqda müsahibə təqdim edəcəyik. Metodika üzrə mütəxəssis, tədqiqatçı, təlimçi-pedaqoq Məmmədova Sevinc xanımla müəllimlər və valideynlər üçün lazım olan sualları ehtiva edən bir Müsahibə hazırladıq:
Sevinc xanım, Texnologiya fənni uzun illər “əl işi” kimi qəbul olunub. Bəs deyə bilərsinizmi, əslində bu fənnin əsas əhəmiyyəti nədədir?
— Bu, ən çox rast gəlinən yanlış təsəvvürlərdəndir. Texnologiya fənni təkcə nəsə kəsmək, yapışdırmaq və ya tikmək deyil. Bu fənn uşaqlarda əmək mədəniyyətini, yaradıcılığı, məntiqi düşünməni, problemin həlli bacarığını və ən əsası istehsalçı düşüncə tərzini formalaşdırır. Uşaq hazır məhsulu deyil, məhsulun yaranma prosesini anlayır.
– Bu fənn uşaqlar üçün niyə vacibdir? Digər fənnlərdən fərqi nədir?
— Texnologiya fənni uşağı passiv dinləyici yox, fəal icraçı edir. Riyaziyyatda hesablayır, dildə oxuyur, amma texnologiyada edir, yaradır, sınaqdan keçirir. Bu fənnn əzəri biliklə praktik bacarığı birləşdirir, uşağa “bacarıram” hissini yaşadır, əmək və zəhmətin dəyərini öyrədir. Bu isə uşağın özünə inamına və şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir.
–Bəs deyə bilərsinizmi, texnologiya dərsləri uşaqlarda konkret olaraq hansı bacarıqları formalaşdırır?
— Bu fənnin formalaşdırdığı bacarıqlar çoxşaxəlidir:
Əl bacarıqları və motorika
Planlama və ardıcıllıq bacarığı
Problemin həlli və qərarvermə
Yaradıcılıq və dizayn düşüncəsi
Komanda ilə işləmək
Məsuliyyət və işi sona çatdırmaq vərdişi
Bundan əlavə, uşaq öyrənir ki, səhv etmək inkişafın bir hissəsidir. Bu isə psixoloji baxımdan çox vacib məqamdır.
– Bəzən ibtidai siniflərdə texnologiya dərsini keçmirlər, əhəmiyyət vermirlər. Həmin dərsin əvəzinə riyaziyyat, azərbaycan dili kimi dərsləri keçirlər. Bu düzgündürmü? Müəllimlər texnologiya fənnini tədris edərkən nələrə diqqət etməlidirlər?
—Maraqlı sualdır. Heç bir fənn lazımsız deyil. Əksinə texnologiya fənni idrakı, zehni daha da  inkişaf etdirərək digər fənləri daha rahat qavramağa kömək edir. Motorikanın inkişafına xidmət edən istənilən fənn şagirdlərdə tənqidi təfəkkürü və həyati bacarıqları yüksək səviyyədə inkişaf etdirir.
Ən əsas məsələ texnologiya dərsini formal yox, məqsədli keçməkdir. Müəllim dərsi “vaxt doldurma” vasitəsinə çevirməlidir, tapşırıqları yaş səviyyəsinə uyğun seçməlidir, uşağın öz ideyasına hörmət etməlidir, nəticədən çox prosesə diqqət yetirməlidir. Hər uşağın işi eyni olmaq məcburiyyətində deyil. Əksinə, fərqlilik texnologiya fənninin ruhudur.
– Texnologiya dərsi necə keçirilməlidir ki, uşaq üçün maraqlı olsun?
— Dərs şablon və monoton olmamalıdır. Müəllimreal həyatdan nümunələr gətirməli, gündəlik həyatda istifadə olunan əşyaların hazırlanmasını izah etməli, layihə və tapşırıqları həyatla əlaqələndirməlidir.
Məsələn, “evdə istifadə üçün sadə əşya hazırlamaq”, “tullantılardan faydalı məhsul yaratmaq”, “məktəb üçün praktik həll düşünmək” kimi tapşırıqlar uşağın marağını artırır.
– Bu fənn gələcək peşə seçiminə təsir edirmi?
— Bəli, çox ciddi təsir edir. Texnologiya fənni uşağa mühəndisliyi, dizayna, texniki sahələrə, sənətkarlığa maraq yarada bilər. Ən azından uşaq anlayır ki, o istehsal edən tərəf ola bilər, təkcə istehlakçı yox.
– Valideynlər texnologiya fənninə necə yanaşmalıdırlar?
— Təəssüf ki, bəzən valideynlər bu fənni “ikinci dərəcəli” hesab edirlər. Halbuki valideyn uşağın hazırladığı işi dəyərləndirməli, “nəyə lazımdır?” yox, “necə etdin?” deyə maraqlanmalıdır, uşağın əməyinə hörmət göstərməlidir. Bu, uşağın öz bacarığını ciddiyə almasına səbəb olur.
– Sevinc xanım, sizə bu gözəl Müsahibə üçün təşəkkür edirik. Sonda nə demək istərdiniz?
Summativlər təhsili ölçür, yoxsa səthiləşdirir?
Summativlər haqqında davamlı müzakirələr gedir. Ləğv edilməlidirmi, uşaqlar çox stress keçirir, heç bir nəticə vermir, rəqəmsal olması bizə nə qazandırır və s. suallar bitmək bilmir. Biz də bu məsələ haqqında işinin mütəxəssisi, araşdırmaçı metodika üzrə mütəxəssis, araşdırmaları ilə təhsilə can verən Sevinc Məmmədova ilə müsahibə hazırladıq. Həmin müsahibəni sizlərə təqdim edirik :
KSQ və BSQ: Ölçürükmü, yoxsa sadəcə yoxlayırıq?
Təhsildə qiymətləndirmə uzun illərdir müzakirə mövzusudur. Xüsusilə KSQ və BSQ-lərlə bağlı narazılıqlar artır. Sizcə əsas problem nədədir?
-Əsas problem ondadır ki, KSQ və xüsusilə BSQ bütün şagirdlərin biliklərini ölçmür. Daha dəqiq desək, bu qiymətləndirmə formaları dərin bilikləri, analitik düşüncəni, fərdi potensialı yoxlamaqda məhduddur. Onlar əsasən
qısa müddətli yaddaşı, test texnikasını,
şablon düşünmə bacarığını ölçür.
Bu isə təhsilin mahiyyəti ilə ziddiyyət təşkil edir.
Amma KSQ və BSQ-lər rəsmi qiymətləndirmə vasitəsi kimi təqdim olunur. Bu halda problem harada yaranır?
-  Problem ölçmə ilə öyrənmənin qarışdırılmasında yaranır. Qiymətləndirmə təlim nəticələrini inkişaf etdirməlidir. Amma hazırkı vəziyyətdə təlimi qiymətləndirməyə qurban verir.
Şagird artıq öyrənmək üçün yox, testdən keçmək üçün oxuyur. Bu isə təlim nəticələrini səthiləşdirir.
“Test təlatümü” ifadəsi tez-tez səslənir. Bu nə deməkdir?
-Test təlatümü o deməkdir ki, şagird daim KSQ–BSQ stressi yaşayır, öyrənmə prosesi yoxlama qorxusu ilə əvəzlənir,
səhv etmək inkişaf yox, cəza kimi qəbul olunur. Nəticədə şagird risk etmir, düşünməkdən çəkinir,“ düz cavab” axtarır, “düz düşüncə” yox.
Bəs KSQ və BSQ-lər dərin bilikləri niyə yoxlaya bilmir?
-Çünki dərin bilik əlaqə qurmağı, tətbiq etməyi, izah etməyi, fərqli situasiyada istifadəni tələb edir. Test isə cavabı tanımağı, variant seçməyi önə çıxarır. Bu, Blum taksonomiyasının aşağı səviyyələri ilə məhdudlaşır. Halbuki müasir təhsil analiz, sintez, qiymətləndirmə və yaradıcılıqm ərhələlərini hədəfləməlidir. Nə qədər açıq suallardan istifadə edilsə də, KSQ və BSQ 4 səviyyə üzrə hazırlansa da, nəticə yenə də çox aşağıdır.
Alternativ nə təklif edirsiniz?
- Qiymətləndirmə çeşidləndirilməlidir. Xüsusilə Portfel qiymətləndirməsi.
Şagirdin zamanla inkişafını, fərdi güclü tərəflərini, düşüncə tərzini göstərir. Portfel tək nəticəni yox, prosesin özünü dəyərləndirir.
Layihə əsaslı qiymətləndirmə.
Layihə biliklərin real tətbiqini, tədqiqat bacarığını, əməkdaşlığı, təqdimat və ünsiyyəti ölçür. Burada şagird “Nəyi əzbərlədim?” yox,“Nəyi bacardım?” sualına cavab verir.
Bu yanaşma fərdi xüsusiyyətləri necə nəzərə alır?
-Test hamını eyni ölçü ilə ölçür.
Portfel və layihə isə fərdi templə, maraqlara, qabiliyyətlərə yer verir.
Bir şagird yazıda güclüdür, digəri təqdimatda, üçüncüsü araşdırmada.
Təhsil sistemi bunları zəiflik yox, potensial kimi görməlidir.
Qanuni və kurikulum baxımından bu yanaşma mümkündürmü?
- Tamamilə mümkündür.
“Təhsil haqqında” Qanun və kurikulum sənədləri şagirdyönümlü təlimi, fərdi yanaşmanı, formativ qiymətləndirməni prioritet sayır. Deməli problem hüquqi deyil, icra mexanizmindədir.
Yekun olaraq nə demək istərdiniz?
KSQ və BSQ tam ləğv edilməməlidir,
amma yeganə ölçmə vasitəsi də olmamalıdır. Əks halda biz bilik dərinliyini yox, test bacarığını ölçürük.
Təhsil isə testdən ibarət deyil.
Təhsil şagirdin düşünmə potensialını üzə çıxarmaqdır. Əgər biz düşünən, anlayan,
tətbiq edən nəsil yetişdirmək istəyiriksə,
Qiymətləndirmə qorxudan yox, inkişafdan doğmalıdır.
Fiziki tərbiyə fənninin əhəmiyyəti və fənnin pedaqoji mahiyyəti
tehsilmedia.info olaraq Fiziki tərbiyə fənninin təhsildə əhəmiyyəti və fənnin tədrisindəki problemlərlə bağlı metodika üzrə mütəxəssis, təlimçi-pedaqoq Sevinc Məmmədova ilə müsahibə apardıq. Həmin müsahibəni sizlərə təqdim edirik:
Açıq sualla başlayaq: bədən tərbiyəsi fənni əslində niyə keçirilir?
-  Bu sualın özü problemin mərkəzindədir. Bədən tərbiyəsi ona görə keçirilir ki, məktəb yalnız bilgi ötürən müəssisə deyil, şəxsiyyət formalaşdıran sosial institutdur. Şəxsiyyət isə yalnız idrakla deyil, bədən, emosional vəziyyət, iradə, davranış və sosial münasibətlərlə birlikdə formalaşır.
Əgər məktəb yalnız oxu-yazı və hesablama üzərində qurularsa, biz bilikli, amma zəif iradəli, stressə davamlı olmayan, passiv və sağlamlıq problemi olan fərdlər yetişdiririk.
Bədən tərbiyəsinin “ikinci dərəcəli fənn” kimi qəbul olunması normaldırmı?
- Qətiyyən normal deyil, amma təəssüf ki, sistemli bir yanlış yanaşmadır. “Əsas fənn–ikinci dərəcəli fənn” bölgüsü pedaqoji yox, imtahan-mərkəzli düşüncənin məhsuludur.
Psixologiya və pedaqogika sübut edir ki:
öyrənmənin keyfiyyəti fiziki vəziyyətdən asılıdır,
hərəkətsiz uşaqda diqqət, yaddaş və motivasiya zəifləyir, emosional boşalma olmayan mühitdə aqressiya və passivlik artır. Bu baxımdan bədən tərbiyəsi yardımçı yox, tənzimləyici fəndir.
Şəxsiyyət kimi yetişməkdə bədən tərbiyəsinin rolu nədən ibarətdir?
-Şəxsiyyət anlayışı üç əsas dayağa söykənir:
Özünüidarə və iradə, Sosial davranış və əməkdaşlıq, Stressə davamlılıq və emosional tənzimləmə. Bunların hər üçü məhz bədən tərbiyəsi dərslərində təcrübə yolu ilə formalaşır. Məsələn, uduzmağı qəbul etmək, qaydaya tabe olmaq, komanda naminə fərdi istəklərdən imtina etmək, fiziki çətinliyə dözmək — bunlar nə testlə, nə də mətnlə öyrədilir. Bunlar yaşanır.
Psixoloji baxımdan bədən tərbiyəsi dərsinin keçirilməməsi nə ilə nəticələnə bilər?
-Uzunmüddətli nəticələr çox ciddidir:
uşaqlarda yığılan emosional gərginlik,
səbəbsiz aqressiya və ya tam passivlik,
dərslərə qarşı ümumi motivasiya itkisi,
psixosomatik problemlər (baş ağrısı, yorğunluq, diqqət dağınıqlığı).
Bədən tərbiyəsi əslində məktəbdə psixoloji balans mexanizmidir. O olmadıqda sistem pozulur.
Bədən tərbiyəsi günün hansı saatında keçirilməlidir? Bunun metodik əhəmiyyəti varmı?
- Böyük əhəmiyyəti var. Metodik baxımdan:
ilk dərs saatlarında keçirilərsə – oyanmanı və diqqəti artırır, ağır idrak dərslərindən sonra keçirilərsə – psixoloji boşalma yaradır, günün sonuna saxlanılarsa – formal və keyfiyyətsiz olur.
Bədən tərbiyəsini “boş saat” kimi günün sonuna salmaq onun təlim-tərbiyə funksiyasını sıradan çıxarır.
Keçirilməsə nə olar? Bir dərs artıq, bir dərs az — fərqi varmı?
- Qısa müddətdə görünməyə bilər, amma sistemli şəkildə: fiziki zəiflik, psixoloji yorğunluq, dərs keyfiyyətinin ümumi enməsi, müəllim-şagird münasibətlərində gərginlik yaradar.
Ən təhlükəlisi isə odur ki, uşaq məktəbi yorucu və mənasız məkan kimi qavrayır.
Bəzi müəllimlər bədən tərbiyəsi dərsində riyaziyyat və ya Azərbaycan dili testləri işlədir. Bu nə dərəcədə düzgündür?
- Bu, pedaqoji, hüquqi və etik baxımdan səhvdir.
Birincisi, kurikulum pozulur.
İkincisi, şagirdin inkişaf hüququ məhdudlaşdırılır.
Üçüncüsü, bədən tərbiyəsi dərsi “əvəzolunan vaxt” kimi təqdim olunur ki, bu da fənnin nüfuzunu tam sarsıdır.
Əgər şagird akademik olaraq zəifdirsə, bu, bədən tərbiyəsinin yox, təlimin balanssız qurulmasının nəticəsidir.
Bəs “imtahanlar var, vaxt azdır” arqumenti?
- Bu arqument qısa düşüncənin məhsuludur. Paradoks ondadır ki, bədən tərbiyəsi keçilən məktəblərdə akademik nəticələr uzunmüddətdə daha stabil olur, şagirdlər daha az tükənir, dərsə davamiyyət artır. Yəni bədən tərbiyəsi vaxt aparmır, vaxt qazandırır.
Sonda əsas metodik mesaj nədir?
- Əsas mesaj budur:
Bədən tərbiyəsi keçirilmir deyə deyil, düzgün keçirilmədiyi üçün dəyərsiz görünür. Bu fənn sağlamlıq fənni dir, psixoloji tənzimləyicidir, şəxsiyyət laboratoriyasının. Onu ikinci dərəcəli edən fənn yox, yanaşmadır.
Tarix fənninin əhəmiyyəti: keçmişi öyrənərək gələcəyi formalaşdırmaq. MÜSAHİBƏ
2026-cı ildə Tarix fənni üzrə sertifikasiya imtahanı keçiriləcək. Biz də tehsilmedia.info olaraq tarix fənnin əhəmiyyəti haqqında metodika üzrə mütəxəssis, təlimçi - pedaqoq Sevinc Məmmədova ilə müsahibə apardıq. İndi isə həmin müsahibəni sizlərə təqdim edirik :
– Tarix fənninin təhsildə rolu nədən ibarətdir?
Tarix fənni təkcə keçmiş hadisələrin ardıcıllığını öyrədən bir fənn deyil. Tarix, cəmiyyətlərin inkişaf yolunu, səhvlərini, uğurlarını və səbəb-nəticə əlaqələrini dərk etməyə imkan yaradır. Şagird tarix vasitəsilə yalnız “nə baş verdiyini” deyil, “niyə baş verdiyini” və “nəticəsinin nə olduğunu” anlamağa başlayır. Bu isə düşünən, analiz edən və məsuliyyətli vətəndaşın formalaşmasına xidmət edir.
– Tarix dərsləri şagirdlərdə hansı bacarıqları formalaşdırır?
Tarix fənninin tədrisi şagirdlərdə bir sıra əsas kompetensiyaların formalaşmasına şərait yaradır:
Tənqidi düşünmə bacarığı – Şagird hadisələri müqayisə edir, mənbələri təhlil edir, fərqli baxışları ayırd etməyi öyrənir.
Səbəb-nəticə əlaqəsini qurma bacarığı – Tarixi hadisələrin arxasında duran amilləri dərk edir.
Analitik və məntiqi təfəkkür – Faktları sadəcə əzbərləmir, onları sistemləşdirir və şərh edir.
Vətəndaşlıq və milli kimlik şüuru – Tarix milli yaddaşı formalaşdırır, vətənpərvərlik hissini möhkəmləndirir.
Dəyərlər və mənəvi keyfiyyətlər – Ədalət, azadlıq, məsuliyyət, tolerantlıq kimi anlayışlar tarixi nümunələr üzərindən şagirdə aşılanır.
Ünsiyyət və müzakirə bacarıqları – Tarixi debatlar, müzakirələr və təqdimatlar şagirdin fikrini əsaslandıraraq ifadə etməsinə kömək edir.
– Tarix müəllimləri dərs prosesində ən çox nəyə diqqət etməlidir?
Tarix müəlliminin əsas vəzifəsi məlumat ötürmək deyil, düşünməyi öyrətməkdir. Bu baxımdan müəllimlər aşağıdakı məqamlara xüsusi diqqət yetirməlidir:
Əzbərçilikdən uzaq durmaq – Tarix tarixlərin və adların mexaniki yadda saxlanması deyil, hadisələrin mahiyyətinin anlaşılmasıdır.
Mənbə ilə işləmə bacarığını inkişaf etdirmək – Şagirdlərə sənəd, xəritə, foto, xronika və statistik məlumatlarla işləməyi öyrətmək vacibdir.
Tarixi hadisələri müasir dövrlə əlaqələndirmək – Bu, tarixin “canlı” və aktual olduğunu şagirdə göstərir.
Müxtəlif baxış bucaqlarını təqdim etmək – Tarix tək istiqamətli deyil, fərqli mövqelərin mövcudluğunu dərk etdirmək lazımdır.
Diskussiya və situativ tapşırıqlardan istifadə etmək – Şagirdin fəallığını və müstəqil mövqeyini artırır.
– Tarix fənninin cəmiyyət üçün əhəmiyyəti nədədir?
Tarixini bilməyən cəmiyyət gələcəyini sağlam şəkildə qura bilməz. Tarix fənni insanlara kollektiv yaddaş qazandırır, eyni səhvlərin təkrar olunmasının qarşısını almağa kömək edir. Eyni zamanda, tarix milli birlik, dövlətçilik düşüncəsi və hüquqi şüurun formalaşmasında mühüm rol oynayır.
– Yekun olaraq, tarix dərsinin əsas missiyasını necə ifadə edərdiniz?
Tarix dərsinin əsas missiyası keçmişi anlatmaq yox, şagirdi həyata hazırlamaqdır. Tarix fənni düşünən, məsuliyyət daşıyan, hadisələrə obyektiv yanaşan və cəmiyyət qarşısında mövqeyi olan fərdin formalaşmasına xidmət edir.
Gizli yaralar. Şagirdlər arasında zorakılıq!
Son illərdə məktəblərdə artan təcavüz, bıçaqlanma, bullinq halları, həmçinin böyük kişilərin oğlan uşaqların təcavüzü, qrup şəklində oğlanların oğlanlara, həmdə azyaşlı oğlanlara təcavüzü və s geniş şəkildə artması valideynləri daha da qorxuya salmışdır. Bu məsələ və çıxış yolları haqqında Peşəkar psixoloq NİZAMİ ORUCOVLA müsahibə apardıq.
Həmin müsahibəni tehsilmedia.az sizlərə təqdim edir.
Bu halların çoxalması ailə institutunun zəifləməsi, uşaqların emosional tərbiyəsində boşluqlar, sosial-iqtisadi gərginlik və psixoloji maarifləndirmənin azlığı ilə bağlıdır. İnternet və mediada zorakılığın “güc” kimi təqdim olunması da uşaqların davranışlarını təsirləndirir. Cinsi təcavüzün yayılması isə mövzunun tabu qalması və uşaqlara sərhədlərin öyrədilməməsindən qaynaqlanır.
Maarifləndirmə üçün məktəblərdə uşaqlara emosional savadlılıq, empatiya və sağlam ünsiyyət bacarıqları öyrədilməlidir. Valideynlər övladlarına həm sevgi, həm də sərhədləri aşılamalıdır. Uşaqlar bədən toxunulmazlığı, “yox” demək bacarığı və kimə güvənə biləcəkləri barədə məlumatlandırılmalıdır.
Çıxış yolu üçün :
* Məktəblərdə zorakılığa qarşı sıfır tolerantlıq siyasəti və psixoloji dəstək mexanizmləri qurulmalıdır.
* Ailədə uşağın duyğularını bölüşə biləcəyi açıq ünsiyyət mühiti yaradılmalıdır.
* Cəmiyyət və dövlət tərəfindən maarifləndirici kampaniyalar, düzgün media mesajları və qanuni cəzaların sərtləşdirilməsi vacibdir.
Birincilərin adaptasiyası və fərdi yanaşma
Birinci sinif şagirdlərinin adaptasiya problemləri və proqramın ağırlığını nəzərə alaraq tehsilmedia.az Peşəkar psixoloq Nizami Orucova müraciət edərək məsələ ilə bağlı öz məsləhətlərini bildirməsini xahiş etdi.
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Son günlər avtomobili istədiyi kimi idarə edən, qanunlara, yol hərəkət qaydalarına məhəl qoymayan sürücülərin sayı xeyli artıb. Ara məsafəsi saxlamadan yüksək sürətlə hərəkət edən belə sürücülər sonda ya qəza şəraiti yaradır və yol hərəkət iştirakçılarını təhlükə ilə üz-üzə qoyur, ya da hadisə törədərək ən yaxşı halda kimlərəsə maddi ziyan vurur. Bəzi halllarda isə xüsusən xanım sürücülər öz statusundan istifadə edərək qəza şəraiti yaratmaqlarına rəğmən, üzr istəmək əvəzinə dava-dalaş da salırlar.
Bakının Tbilisi prospektində avtomobili ilə hərəkətdə olarkən qəza şəraiti yaradan Sevda adlı xanım sürücü isə sözün əsl mənasında bütün hədləri aşıb. Belə ki, ara məsafəsi saxlamadığı üçün qəza şəraiti yaradan, digər avtomobilləri də təhlükəli vəziyyətlə üz-üzə qoyan Sevda xanım, bu azmış kimi idarə etdiyi 77 EM 707 dövlət nömrə nişanlı Porşe markalı maşınını yolun ortasında saxlayıb. Avtomobildən düşərək digər sürücüyə hədə-qorxu gəılməkdən, onu nalayiq ifadələrlə təhqir etməkdən belə çəkinməyib.
TehsilMedia.az olaraq bu xanımın kimliyi ilə bağlı maraqlı məlumatlar  əldə etmişik.
Əldə etdiyimiz məlumata görə, Sevda xanım Azərbaycan Dövlət İqtisad Unuversitetində pedaqoq kimi fəaliyyət göstərir. Burada bir məqam diqqət çəkir. Ali təhsil ocağında işləyən pedaqoqun maaşı nə qədərdir ki, dəyəri yüz minlərlə ölçülən Porşe markalı avtomobil idarə edir? Üstəlik nə yol hərəkət qaydalarına, nə  də qarşısındakı insanlara məhəl qoyur. Qanunları da vecinə almır və qəza şəraiti yaratmasına baxmayaraq hələ insanları təhqir etməkdən də çəkinmir. Adi universitet müəllimi üçün bütün bunları etmək heç də asan məsələ deyil. Yəqin ki, Sevda xanım kimə və ya kimlərəsə arxayın olduğu üçün qanunları pozmaqdan çəkinmir. Üstəlik, bir müəllim, pedaqoq və  ziyalı yetişdirən şəxsin belə nalayiq ifadələr işlətməsi, qanunları pozması, aqresiya nümayiş etdirməsi heç bir məntiqə sığmır. Ümid edirik ki, həm Elm və Təhsil Nazirliyi, Eləcə də UNEC, o cümlədən, Dövlət Yol Polisi məsələni araşdıracaq və Sevda xanımın əməlləri ilə bağlı hüquqi addımlar atılacaq.
TehsilMedia.az