Şikayətlər - Təhsil Media
Bakı şəhər Təhsil İdarəsində müvəqqəti anarxiya - İTTİHAM
"Azərbaycanda daimi olan bir şey var-müvəqqəti çətinlik ! Hara baxırsan müvəqqəti çətinliyə görə üzr istəyirlər. Di gəl ki, ömür bitir, bu müvəqqəti çətinlik bitmir ki bitmir. Elə paytaxtın təhsil sisteminə cavabdeh olan BŞTİ- də də hazırda müvəqqəti çətinlik hökm sürür..."
Tehsilmedia.com DİA-AZ-a istinadən xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Nicat Mahmudov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İdarənin rəhbəri müvəqqəti icra edici olduğu üçün əməkdaşları da bu fani dünyaya müvəqqəti qonaq kimi baxırlar. Az qala idarənin qabağına “Bakı Şəhər Müvəqqəti Təhsil İdarəsi”, müdirin kabinetinin qapısına isə “müvəqqəti müdir” yazsınlar. İş o yerə çatıb ki, İdarənin əməkdaşları nə işlə məşğul olduqlarını belə bilmirlər. Deyirlər nə səlahiyyətimiz var, nə hökmümüz. Bütün səlahiyyətlər Agentliyin o "ədalət" carçısı olan Eşqinin əlindədir, onların kəsdiyi başa da sorğu-sual yoxdur. Bizlər elə kabinetlərdə oturub tik-toka baxmaqla, bəzi rəhbərliyə yaxın olan blogerlərin paylaşımlarını izləyib layk eləməklə günümüzü yubadırıq.
Srağagün etdiyimiz müraciətlərə heç bir cavab verilmədiyi üçün üz tutdum bu mötəbər idarəyə. Kaş ki getməyəydim, heç o mənzərəni görməyəydim. Ürəyimin ən dərin guşələrində təhsil sisteminin gələcəyinə bəslədiyim cüzi inam hissini heç o idarədə dəfn etməyəydim. Bir dövlət idarəsinin qəbul otağından çox bazar meydanını xatırladan mənzərə ilk baxışdan idarənin iş prinsipini gözlər önündə sərgiləyir. Hamı danışır, heç kim dinləmir. Hamı narazıdır, heç kim maraqlanmır. Kabinetlər orta əsr feodal qəsrlərindən daha alınmazdır, bu qapıları açmaq üçün cəngavər olmaq belə yetərsizdir. Tutalım ki, qapını bacarıb açsan da, kabinetdə heç kimi tapmayacaqsan. Çünki bu kabinetlərin bir də ehtiyat arxa qapısı var. Amma bu qapılar yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmayıb-şikayətçilərdən qaçıb gizlənmək üçün açılıb. Beləcə, BŞTİ-də qaçdı-tutdu oyunu gedir.
[b]Burada heç kim heç kimin şikayətini, müraciətini oxumur. Onsuz da cənab nazirimiz dedi ki, Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamır. Deyəsən BŞTİ-də, ümumiyyətlə, heç kim oxuduğunu anlamır, ya da anlamaq istəmir. Çünki özün dövlət idarəsi olasan, amma heç bir şikayətə gözünün ucuyla belə baxmayasan, adamın inanmağı gəlmir. Elə bil sanki, Qarabağ zəfərimizin intiqamı bu yolla alınır. İndi adamın müdiri müvəqqəti olanda məgər hər şeyə ötəri, müvəqqəti bir şey kimi baxar? Heç olmasa, qəbul otağına yazın ki, "müvəqqəti anarxiyaya göyə üzr istəyirik. Hörmətlə, müvəqqəti rəhbərlik”. Biz də ümidimizi müvəqqəti də olsa, üzüb gözləyək.
BŞTİ-nin "müvəqqəti rəhbəri" Nərminə xanımın bu günlərdə məhkəmənin hökmü ilə 20.670 manat cərimələnməsi, qanunsuz olaraq işdən çıxartdıqları direktor müavinin öz vəzifəsinə bərpa olunması barədə məhkəmə qərarının verilməsi bir daha göstərir ki, idarənin fəaliyyəti heç bir tələbə cavab vermir. Əgər bir dövlət idarəsi edilən müraciətlərə cavab vermirsə, hər hansı problemi həll etmək səlahiyyətində deyilsə, ümumiyyətlə, onun qalmasına hansı ehtiyac var?
Əgər nəzərə alsaq, demək olar ki, eyni funksiyanı yerinə yetirən, iki qurum yaxın məsafədə fəaliyyət göstərir, bu da xeyli maliyyə itkisidir. Elə bu baxımdan çox hörmətli nazirimiz Sahil Babayev cənabının bu mövzuya diqqət göstərməsi hesab edirəm ki, məqsədəuyğundur.
Hanasısa bir Agentliyin ehtiyat qurumu kimi sürünən, əsassız qərarlar verən bir idarə paytaxtın təhsil sisteminə əlavə yükdür. Hesab edirəm ki, bu sahəyə cavabdeh olan şəxslər, xüsusilə Həsən Həsənli müəllim bu barədə düşünməlidir. Onun təhsil sistemində indiyə qədər atdığı addımlar müəyyən ümidlər yaratsa da, nədənsə paytaxtın təhsil sahəsində baş verən neqativ hallara qarşı seyrçi mövqe sərgiləməsi müəyyən suallar doğurur. Əcəba “dağ Məhəmmədə sarı gəlmədi də Məhəmmədmi dağa sarı gəldi?” şübhəsi adamı narahat edir. Mediada gedən bu qədər tənqidlər, şikayətlər Həsən müəllimi heçmi narahat etmir? Həsən Həsənli susur. Bəlkə, ancaq blogger yazılarını oxuduğu üçün ölkə gündəmindən tamamilə uzaq düşüb?
Vəziyyət olduqca təhlükəlidir. Sanki, qəsdən insanları dövlətdən narazı salmaq, vəziyyəti kritikləşdirmək istəyirlər. Onsuz da dövlətimizə qarşı minbir fitnə-fəsadın qurulduğu, təhlükəli ssenarilərin yazıldığı bir dönəmdə bütün bunlar kimlərin maraqlarına xidmət edir? Burada hamının maraqları qorunur-bircə dövlətdən başqa.
Təhsildə qanunsuzluq paradı: Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - ARAŞDIRMA
Təhsil sistemində şəffaflıqdan, MİQ imtahanlarının dürüstlüyündən və ədalətli kadr siyasətindən danışıldığı bir vaxtda, Elm və Təhsil Nazirliyinin audit yoxlaması zamanı aşkarlanan faktlar ciddi suallar doğurur.
Tehsilmedia.com olkemedia.az-a istinadən xəbər verir ki, söhbət, Məmmədov Mirsəyyaf Mirbaba oğlunun əvvəlcə direktor müavini, daha sonra isə məktəb direktoru vəzifəsinə təyin olunmasından gedir. Maraqlıdır ki, bu təyinatlarla bağlı qayda pozuntuları məhz nazirliyin audit yoxlamasının nəticəsində tərtib edilmiş rəsmi Aktda əksini tapıb.
Aktda göstərilir ki, M.Məmmədov 23 sentyabr 2022-ci ildə Zərdab rayonu Çallı kənd tam orta məktəbində müddətli müqavilə ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilib. Lakin cəmi bir neçə ay sonra, 1 fevral 2023-cü ildə onun Samux rayonu İstixana kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edildiyi qeyd olunur. Audit sənədində vurğulanır ki, həmin vaxt M.Məmmədovun tələb olunan 3 illik pedaqoji stajı olmayıb və daimi əsaslarla müəllimlik fəaliyyəti göstərməyib. Buna baxmayaraq, direktor müavini vəzifəsinə təyin olunub. Üstəlik, Aktda M.Məmmədova MİQ-dən kənar müəllimlik fəaliyyəti göstərməsinə şərait yaradıldığı da qeyd edilir. Bu isə minlərlə müəllim namizədinin MİQ imtahanı vasitəsilə işə qəbul olunmağa çalışdığı bir vaxtda xüsusi diqqət çəkən məsələdir.
Məsələnin daha ciddi tərəfi isə direktor təyinatıdır.
Audit Aktında bildirilir ki, direktorların işə qəbulu üzrə müsabiqələr zamanı həmin dövrdə qüvvədə olan Qaydaların 2.1-ci bəndinə və qanunvericiliyə əsasən namizədlərin ən azı 5 il pedaqoji staja malik olması tələbi pozulub. Buna baxmayaraq, M.Məmmədov 14 sentyabr 2023-cü il tarixli 3-29/3-1-1162K/2023 nömrəli əmrlə Goranboy rayonu Balakürd kənd Knyaz Alışanov adına tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin edilib.
Beləliklə, rəsmi audit sənədində əksini tapan məlumatlara əsasən, pedaqoji stajı ilə bağlı tələblərə cavab verməyən şəxsin əvvəlcə direktor müavini, daha sonra isə direktor vəzifəsinə gətirilməsi ilə bağlı ciddi prosedur pozuntuları müəyyən edilib.
Əmək kitabçası, əmrlər və müsahibə protokollarının audit sənədlərinə əlavə edildiyi bildirilir. Bu isə məsələnin konkret sənədlər əsasında araşdırıldığını göstərir.
O halda suallar kifayət qədər ciddidir:
M.Məmmədovun direktor müavini vəzifəsinə təyinatı zamanı staj tələbinə kim nəzarət edib?
MİQ-dən kənar müəllimlik fəaliyyətinə hansı əsasla şərait yaradılıb?
5 illik pedaqoji staj tələbinə cavab vermədiyi halda, direktor müsabiqəsinə necə buraxılıb və nəticədə necə direktor təyin olunub?
Burada söhbət yalnız bir şəxsin karyerasından getmir. Söhbət minlərlə müəllimin əməl etdiyi qaydaların niyə bəzi hallarda fərqli tətbiq edildiyi sualından gedir.
Əgər audit Aktında göstərilən pozuntular rəsmi şəkildə müəyyən edilibsə, aidiyyəti qurumlar həmin təyinatların hüquqi əsaslarını və prosesdə məsul şəxslərin fəaliyyətini də açıqlamalıdır. Çünki qaydalar hamı üçün eyni olmalıdır. MİQ-də və kadr seçimində ədalət tələb edən müəllimlərə veriləcək ən vacib cavab da məhz budur.
Audit yoxlamasında bu qədər ciddi qayda pozuntuları müəyyən edilibsə, daha bir mühüm sual ortaya çıxır: M.Məmmədov hazırda da məktəb direktoru vəzifəsində fəaliyyətini davam etdirirmi?
Əgər davam etdirirsə, bunun hüquqi əsası nədir?
Audit Aktında göstərilən pozuntulardan sonra onun barəsində hansı tədbirlər görülüb?
Təyinatın ləğvi və ya yenidən hüquqi qiymətləndirilməsi məsələsinə baxılıbmı?
Əgər heç bir tədbir görülməyibsə, bunun səbəbi nədir?
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - ARAŞDIRMA
“Kayu” uşaq bağçası ilə bağlı ciddi faktlar üzə çıxıb.
Tehsilmedia.com ajans.az-a istinadla xəbər verir ki, valideyn 2 yaş 2 aylıq övladının bağçadan dəfələrlə bədənində göyərmələr və xəsarət izləri ilə qayıtdığını bildirib. Onun sözlərinə görə, bağçadan bu halların uşağın yıxılması ilə bağlı olduğu deyilib.
Daha ciddi iddia isə uşağın gigiyenası ilə bağlıdır. Valideynin sözlərinə görə, uşağa səhər geyindirilən pampers təxminən 7 saat ərzində dəyişdirilməyib və uşaq evə gəldikdə nəcis içində olub. Valideyn bağçaya etiraz etdikdə isə ona “xoşunuz gəlmir, çıxarın”, şikayət edəcəyini bildirdikdə isə “gedin, hara istəyirsiniz, şikayət edin” deyildiyini iddia edib.
Ajans.az məsələ ilə bağlı bağçanın fəaliyyətinin hüquqi əsaslarını da araşdırıb.
Araşdırmamız zamanı məlum olub ki, “Kayu” uşaq bağçasının Həzi Aslanov filialının lisenziyası yoxdur. İqtisadiyyat Nazirliyindən də sorğumuza cavab olaraq “Kayu” uşaq bağçasının Həzi Aslanov filialının lisenziyasının olmadığı təsdiqlənib. Beləliklə, uşağın təhlükəsizliyi və ona göstərilən qayğı ilə bağlı valideynin ciddi iddialar səsləndirdiyi bağçanın fəaliyyət lisenziyasının da olmadığı ortaya çıxıb.
Ajans.az məsələ ilə bağlı “Kayu” bağçasına sorğu göndərərək həm valideynin iddialarına, həm də filialın lisenziyasız fəaliyyət göstərməsinə münasibəti öyrənməyə çalışıb.
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq bağçalarında qida təminatının monitorinqi ilə bağlı “DEPOT” MMC ilə bağlanmış yeni müqavilə dövlət vəsaitlərinin istifadəsi baxımından diqqət çəkir.
Məlumata görə, 7 avqust 2026-cı ildə “DEPOT” MMC ilə 1 milyon 674 min 656 manatlıq müqavilə bağlanıb. Müqavilənin predmeti uşaq bağçalarında qida təminatının monitorinqi üzrə xidmətlərin göstərilməsidir.
Burada ilk baxışdan sadə görünən bir sual var:
1 milyon 674 min 656 manatlıq monitorinq xidmətinin konkret məzmunu nədir?
Çünki “qida təminatının monitorinqi” ifadəsi özlüyündə bu qədər böyük məbləğin nəyə xərclənəcəyini izah etmir. Dövlət vəsaiti ayrılırsa, ictimaiyyət bilməlidir: bu pula konkret hansı xidmətlər göstəriləcək?
Neçə uşaq bağçası monitorinq olunacaq?
Monitorinq neçə dəfə aparılacaq?
Bir bağçanın monitorinqinə orta hesabla nə qədər vəsait düşür?
DEPOT MMC bu iş üçün neçə əməkdaş cəlb edəcək?
Laborator analizlər aparılacaqmı?
Ərzaq nümunələri götürüləcəkmi?
Bağçalarda menyu, ərzağın keyfiyyəti, saxlanma şəraiti və porsiyalar yoxlanılacaqmı?
Və ən əsası — bu işlərin hər birinin qiyməti necə hesablanıb?
429 mindən 1,67 milyona
Məsələni maraqlı edən digər məqam isə DEPOT MMC ilə bağlı əvvəlki müqavilələrin də olmasıdır.
Açıq mənbələrdə eyni istiqamətdə 429 118 manatlıq müqavilə barədə məlumat yayılıb. Sonrakı müqavilənin məbləği isə 1 674 656 manatdır.
İki müqavilə arasındakı fərq:
1 245 538 manat.
Deməli, ortaya çox konkret sual çıxır:
Nə dəyişdi ki, dövlətin ödədiyi məbləğ 1 milyon 245 min 538 manat artdı?
Bağçaların sayı artıb?
Monitorinqin əhatə dairəsi genişlənib?
Xidmətlərin sayı çoxalıb?
Müqaviləyə yeni işlər əlavə edilib?
Yoxsa qiymətin artmasının başqa iqtisadi əsaslandırması var?
Bu sualların cavabı müqavilənin texniki şərtləri və qiymət hesablamasında öz əksini tapmalıdır.
“Monitorinq”in nəticəsi nə olacaq? Dövlət 1,67 milyon manat ödəyirsə, bu xərclə yanaşı nəticə də ölçülməlidir.
Məsələn, müqavilənin sonunda neçə bağçada problem aşkarlanıb?
Neçə nöqsan qeydə alınıb?
Hansı bağçalarda qida təminatı ilə bağlı çatışmazlıqlar aradan qaldırılıb?
Təkrar monitorinqlər keçirilibmi?
Monitorinq nəticəsində uşaqların qidalanmasının keyfiyyətində konkret hansı dəyişiklik baş verib?
Əgər bu sualların cavabı yoxdursa və ya nəticələr ictimaiyyətə açıqlanmırsa, onda 1 milyon 674 min 656 manatın səmərəliliyini necə qiymətləndirmək olar?
DEPOT MMC-ni nazirliklə bağlayan nədir?
Araşdırmanın daha bir mühüm istiqaməti də budur. Söhbət yalnız bir müqavilədən getmir. DEPOT MMC ilə Elm və Təhsil Nazirliyinin sistemi arasında müxtəlif məbləğlərdə müqavilələrin olması şirkətin bu sahədə fəaliyyətinin ardıcıllığını araşdırmağı zəruri edir. Xüsusilə də, söhbət yüz minlərlə manatlıq müqavilələrdən milyonlarla manatlıq müqavilələrə keçiddən gedirsə.
Burada heç kimi əsassız ittiham etmək niyyətimiz yoxdur. Əksinə, sualımız çox sadədir:
DEPOT MMC hansı meyarlarla seçilir?
Şirkətin bu işləri həyata keçirmək üçün hansı maddi-texniki və peşəkar imkanları var?
Müqavilə qiymətləri hansı hesablamalar əsasında müəyyənləşdirilir?
Eyni və ya oxşar xidmətlər üzrə əvvəlki müqavilələrlə sonrakı müqavilələr arasında fərq nədən ibarətdir?
Və ən əsası:
Dövlət bu müqavilələr üzrə ödədiyi vəsaitin müqabilində hansı ölçülə bilən nəticəni əldə edir?
Sənədlər danışmalıdır
“DEPOT” MMC ilə bağlı dövlət vəsaitlərinin həcmi artdıqca, ictimai maraq da artır. Ona görə Elm və Təhsil Nazirliyindən və aidiyyəti qurumlardan gözlənti odur ki, 1 milyon 674 min 656 manatlıq müqavilənin texniki şərtləri, xidmətlərin həcmi, qiymət hesablaması və monitorinqin nəticələri barədə ictimaiyyətə aydın məlumat verilsin. Çünki dövlət büdcəsindən ayrılan pul sadəcə rəqəm deyil. Bu, cəmiyyətin puludur.
Və 1 milyon 674 min 656 manat “monitorinq” adı ilə xərclənirsə, cəmiyyətin “bu pula konkret nə alındı?” sualını verməsi tamamilə haqlıdır.
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb
Yeni Yasaml-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanının sakinləri, yəni Bakı Dövlət Universitetinin əməkdaşları yaşadıqları ünvanda çox ciddi problemlərlə üzləşiblər. Bu barədə ünvanladıqları şikayət məktubunda “Yasamal-68”  MMMC-nin hüquqşünası Hacı Zeynalov bildirir.
Hüquqşünas Hacı Zeynalov ilk olraq bu binanın tiklilmə tarixi barədə ətraflı məlumat verir.
Məlumat üçün bildiririk ki, 1989-cu ildə Bakı şəhəri XDS icraiyə Komitəsinin 11/411 saylı qərarı ilə Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında  Bakı Dövlət Universitetinin əməkdaşları üçün torpaq sahəsi ayrılmış və “Gənc Alim” MTK yaradılmışdır. Bir müddətdən sonra, yəni 2006-cı ilin mart ayında “Gənc Alim” MTK-nın bazasında “Gənc Alim” İstehlak Kooperativi formalaşdırılır.
18.06.2023-cü ildə isə “Gənc Alim”  Mənzil İstehlak Kooperativinin Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında tikdiyi binada mənzilləri olan mülkiyyətçilərin iştirakı ilə “Alimlər” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis edirlər.
“Alimlər” MMMC 04.08.2023-cü il tarixində ümumi yığıncaq keçirərək “Alimlər” MMMC-nin adı və nizamnaməsində bəzi dəyişikliklər edilməsini qərara almışlar. Qərara əsasən “Alimlər” MMMC-nin adı yenidən dəyişilərək  “Yasamal-68” MMMC kimi fəaliyyətə başlaması 124 nəfər yığıncaq iştirakçılarının razılığı ilə qərarlaşdırılmışdır.
5 dəfə cinayət işi, 3-cü dəfə məhbus olan “Fizika-riyaziyyat elmləri doktoru” Aydın Cəfərov
Məlumat üçün bildiririk ki, 2024-cü ildə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinən Aydın Cəfərova 6 il, 8 ay iş verilib. Göz önündə görülən acı və məyusedici tablo budur. Yalançı professor, dələduz iş adamı.
Hal-hazırda “Yasamal-68”  MMMC qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirir.
Verilən məlumata görə, “Alimlər” MMMC təsis edilərkən “Gənc Alim” Mənzil İstehlakçı Kooperativinin direktoru olmuş Aydın Cəfərov Qaytaran oğlu məktub verərək “Gənc Alim” MİK-nin Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında inşa etdiyi binada mənzilləri olan mülkiyyətçilərin sayını bildirmişdir .
Bu məqsədlə “Gənc Alim” MİK-nin Yeni Yasamal-2, Xarici dairəvi küçəsi, ev 11 ünvanında tikdiyi mənzilləri olan  mülkiyyətçilərin iştirakı ilə  “ Yasamal-68” MMMC təsis olunur. Qanunvericiliyə görə, idarəçiliyin həmin yeni yaranan MMMC-yə keçdiyi , eyni zamanda  Yasamal-2, xarici dairəvi küçəsi, ev 11 ünvanında yerləşən bütün daşınar və daşınmaz əmlakın da yeni yaradılmış “Yasamal-68” MMMC-nin balansına keçməsinə baxmayaraq Aydın Cəfərov Qaytaran oğlu təhvil-təslim aparmamış, əksinə qanunsuz və dələduz, cinayətkar hərəkətlərini davam etdirmişdir. Elə bu dələduz və cinayətkar əməllərinə görə hal-hazırda cəzasını çəkir(bu barədə sonra).
Qeyd edək ki, mənzil məcəlləsinin 109.5 maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur, belə ki, onun rəhbərlik elədiyi MİK ləğv olunmalı və bütün mülkiyyət sahiblərinə verilməli idi. Amma bu baş vermədi.....
Binanın Zirzəmisi də satıldı- Sakinlər təhlükədə
Qeyd edək ki, hal-hazırda həbsdə olan Aydın Cəfərov Qaytaran oğlu illər əvvəl saxta sənədlər tərtib eləməklə sözügedən ünvanda yerləşən çoxmərtəbəli binanın zirzəmisini və qeyri-yaşayış sahələrini özəlləşdirib satmışdır.
Məlumat üçün bildirirk ki, binanın zirzəmisindən elektrik və kommunikasiya, çirkab suların axıdılması üçün nəzərdə tutulmuş boru və su xətləri keçir. Həmçinin binanın əsas dayaq sütunları yerləşən zirzəminin özəlləşdirib satılması qeyri-mümkündür. Hazırkı vəziyyətdə zirzəmidən hansısa formadada istifadə edilməsi qanunla mümkünsüzdür və təhlükəlidir. Halbuki, Aydın Cəfərov Qaytaran oğlu bunun təhlükəli və qanunsuz olduğunu bilə-bilə öz çirkin niyyətini həyata keçirməyə müvəffəq olub.
Əlavə olaraq “Gənc Alim” MİK-nə ayrılmış torpaq sahəsində Aydın Cəfərovun sakinlərə mərasim evi adı altında tikdiyi qeyri-yaşayış sahəsi də mövcud olub. Aydın Cəfərov Qaytaran oğlu sakinləri aldadaraq onların maddi dəstəyi ilə tikidirdiyi mərasim evini saxta sənədlərlə özəlləşdirib sakinləri öz çirkin niyyətlərinin toruna salmışdır. Belə ki, yenidən yaradılmış “Yasamal-68” MMMC-nin balansına verilməyən sözügedən qeyri-yaşayış sahələri “Gənc Alim” MİK-in rəhbərliyi tərəfindən qanunsuz olaraq üçüncü şəxsə, yaxınlarına icarəyə vermiş və sonradan isə saxta sənədlərlə özəlləşdirilərək başqa şəxslərə satılmışdır.
Hətta, bu qanunsuzluqlarla bağlı məhkəməyə də müraciət edilmişdir.
Qeyd olunur ki, binanın kommunikasiya xəttləri keçən zirzəmisi Ağazadə Kəmalə Ağatağı qızına iki mərhələdə satılmışsır. İlk olaraq 01.09.2021-ci ildə sözügedən zirzəminin 376 kv.metrlik hissəsi, 19.04.2024-cü ildə isə  800 kv.metrlik sahəsi saxta protokollarla tərtib edilərək satılır və özəlləşdirilir.
Eyni zamanda 18.01.2025-ci ildə isə binanın həyətində yerləşən su anbarının 855.9 kv.metrlik ərazisi yenə də saxta sənədlərlə özəlləşdirilərək çıxarış alınır.
Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri  Publik Hüquqi Şəxsinə dəfələrlə müraciət olunmasına baxmayaraq saxta çıxarışların ləğvi istiqamətində heç bir iş görülməmişdir.
“Yasamal-68” MMMC-nin hüquqşünası Hacı Zeynalov sonda bildirir ki, yaranmış qanunsuz məsələlərlə bağlı verilən çıxarışların ləğvinə görə aidiyyatı üzrə məhkəməyə müraciət olunub.
Peşə Təhsilində kütləvi narazılıq - Imtahan verənlər kənarda qalıb - Müqavilə ilə kimlər və necə işə götürülür?
Peşə Təhsili üzrə Dövlət Agentliyinin ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
Tehsilmedia.com Bizimesr.media-ya istinadən bildirir ki, Agentliyin rəsmi sosial hesabında yaydığı məlumatda qeyd olunur ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Yəni, artıq müsahibə bitib və cavablar bəllidir...
Lakin bu paylaşımın ardınca müsabiqədə iştirak edən, amma hələ də nəticələri barədə cavab ala bilməyən şəxslərin narazılığı diqqət çəkib. Paylaşımın şərh bölməsində iştirakçılar Agentliyə suallar ünvanlayıblar. Onlar müsabiqənin nəticələri, cavabların nə vaxt açıqlanacağı və müraciətlərə hansı formada cavab veriləcəyi ilə bağlı məlumat istəyiblər.
Belə ki, şərhlərin birində yazılır...
“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, sizdən suallarıma cavabı necə, hansı formada ala bilərəm? Nə zəngə, nə mesaja cavab verilir!”
Digər iştirakçılar da nəticələrin nə zaman açıqlanacağı ilə bağlı suallar veriblər. Amma Agentlikdən heç bir cavab verilməyib.
Müsabiqədə neçə nəfər iştirak edib, neçə nəfər uğur qazanıb?
Narazılığın əsas səbəblərindən biri də Peşə Təhsili üzrə Dövlət Agentliyinin müsabiqə ilə bağlı ətraflı statistikanı açıqlamamasıdır. Agentliyin neçə nəfəri müsabiqənin növbəti mərhələsinə keçirdiyi, neçə nəfərin uğurlu nəticə əldə etdiyi, hansı peşə təhsili müəssisələrinə neçə müəllim və istehsalat təlimi ustasının qəbul olunduğu barədə ictimaiyyətə ətraflı məlumat verilmir.
Müsabiqədə iştirak edən şəxslər isə nəticələrin şəffaf şəkildə açıqlanmasını və verilən sualların cavablandırılmasını istəyirlər.
Məlumata görə, müsahibə mərhələsindən çox az sayda şəxsin uğurlu nəticə əldə etdiyi, boş qalan yerlərə isə müqavilə əsasında işə qəbul prosesinin davam etdiriləcəyi bildirilir.
Müqavilə ilə işə qəbul məsələsi də narazılıq doğurur
Peşə təhsili sistemində müqavilə əsasında işə qəbul son illərdə daha aktiv xarakter alıb. İddialara görə, direktorlar Peşə Təhsili üzrə Dövlət Agentliyində çalışan rəhbər şəxslərlə razılaşdırılmış şəkildə boş ştat yerlərinə birillik müqavilə ilə şəxsləri işə qəbul edirlər.
Bu məsələ uzun illərdir narazılıqlarla qarşılanır. Müsabiqədə iştirak edən, yüksək bal toplayan və müsahibəyə dəvət olunan, lakin sonda “qəbul edilmədi” cavabı alan şəxslərin kənarda saxlanıldığı, bunun əvəzində isə ümumiyyətlə peşə təhsili sisteminə aid olmayan, imtahanda iştirak etməyən və təcrübəsi olmayan şəxslərin birillik müqavilə ilə işə qəbul edildiyi ilə bağlı faktlar mövcuddur. İddialara görə, müqavilə ilə işə qəbullar bəzi direktorlarla əvvəlcədən razılaşdırılır və müxtəlif yollarla həyata keçirilir. Bu iddiaların aidiyyəti qurumlar tərəfindən araşdırılması zəruridir. Müqavilə ilə işə qəbul edilən şəxslərin kimliyi, onların direktorlarla və Agentliyin rəhbər şəxsləri ilə hansı qohumluq, yaxınlıq, dostluq və digər əlaqələrinin olub-olmaması da araşdırılmalı məsələlərdəndir. Əgər bu iddiaları Agentliyin özü araşdıra bilmirsə, digər aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir.
Məlumata görə, artıq müqavilə əsasında işə qəbul prosesi başlayıb və boş qalan yerlərə kütləvi şəkildə müqavilə ilə işə qəbul həyata keçiriləcək.
Peşə mərkəzlərində texniki işçilərlə bağlı da iddialar var
Bununla yanaşı, iddialara görə, bir sıra peşə təhsili mərkəzlərində çoxsaylı texniki işçilər də işə qəbul edilib. İddialarda həmin şəxslərin bir qisminin direktorların və Peşə Təhsili üzrə Dövlət Agentliyində çalışan rəhbər şəxslərin qohumları, dostları və yaxınları olduğu bildirilir. Bu, peşə təhsili sistemində işə qəbul prosesinin şəffaflığı ilə bağlı ciddi problemlərin mövcudluğunu göstərən faktlar hesab olunmalıdır.
Məhz bu faktlar imtahan və müsabiqə prosesinin formal keçirilməsi ilə bağlı sualları da gündəmə gətirir. İmtahanda iştirak edib yüksək nəticə göstərən şəxslərin işə qəbul edilməməsi, digər tərəfdən isə müsabiqədə iştirak etməyən şəxslərin müqavilə əsasında işə götürülməsi ilə bağlı iddialara aydınlıq gətirilməlidir.
Yeni rəhbərlik köhnə problemləri aradan qaldıra bilmədi?
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının fəaliyyəti ilə bağlı da narazılıqlar səsləndirilir. Mövcud iddiaların araşdırılmaması və işə qəbul prosesinin şəffaflığı ilə bağlı sualların cavabsız qalması isə peşə təhsili sistemində əvvəlki problemlərin yeni rəhbərlik dövründə də davam etdiyini göstərir.
İndi əsas sual budur - Peşə Təhsili üzrə Dövlət Agentliyi müsabiqənin nəticələri ilə bağlı tam statistikanı nə vaxt açıqlayacaq və iştirakçıların cavabsız qalan suallarına niyə aydın cavab verilmir?
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazırıq.
"Universitetlərin kağız sənəd tələb etməsi məntiqə ziddir"- Sərt etiraz
Ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin elektron portal üzərindən qeydiyyat prosesi sabah - 08.09.2026. tarixində başa çatır. Qeydiyyat prosesi son illərdə "mygov" elektron hökümət platforması   üzərindən aparılır.  Lakin  qeydiyyat zamanı bəzi özəl və dövlət universitetlər - məsələn, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti və.s - elektron qeydiyyat təsdiqi ilə yanaşı,  sonrakı proses kimi tələbə və ya valideynlərin universitetə yaxınlaşaraq bir sıra sənədləri də təqdim etməsini tələb edirlər.
Bu halda sual yaranır:  Əgər bütün qeydiyyat elektron qaydada icra olunursa, nəyə görə mütləq universitetə yaxınlaşmaq lazımdır?
Tehsilmedia.com bildirir ki, mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis  Vüsət Əzizov  Azedu.az-a  açıqlaması zamanı qeyd edib ki, əgər universitetin tələb etdiyi sənəd artıq dövlət informasiya sistemlərində mövcuddursa və "mygov" elektron hökumət platforması üzərindən həmin məlumat təsdiqlənibsə, tələbənin yenidən universitetə gedib eyni sənədi kağız formada təqdim etməsi rəqəmsallaşmanın məntiqinə ziddir:
"Burada əsas məsələ “elektron qeydiyyat” anlayışı ilə universitetin daxili sənədləşmə prosedurunun bir-birindən fərqləndirilməsidir.
Elm və Təhsil Nazirliyinin 2026/2027-ci tədris ili üzrə açıqlamasına görə, ali məktəbə qəbul olunan şəxsin əsas qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Sistemə daxil edilən məlumatlar universitet tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra qeydiyyat tamamlanmış hesab olunur. Elektron sistemdə mövcud olmayan hər hansı məlumat tələb olunarsa, həmin sənəd də sistemə yüklənməlidir.  Bu baxımdan, universitetin tələbədən əlavə olaraq fiziki şəkildə sənəd gətirməsini tələb etməsi məsələsinə ayrıca yanaşmaq lazımdır.
Təhsil mütəxəssisi: "Özəl universitetlərə yanaşmada da vahid standart tətbiq edilməlidir"
Birincisi, əgər universitetin tələb etdiyi sənəd artıq dövlət informasiya sistemlərində mövcuddursa və "mygov" üzərindən həmin məlumat təsdiqlənibsə, tələbənin yenidən universitetə gedib eyni sənədi kağız formada təqdim etməsi rəqəmsallaşmanın məntiqinə ziddir. Çünki elektron qeydiyyatın əsas məqsədlərindən biri də məhz vətəndaşı universitet-universitet, idarə-idarə gəzdirməkdən və kağız sənəd dövriyyəsindən azad etməkdir".
Tələbənin və ya valideynin yalnız bir neçə sənəd təqdim etmək üçün Bakıya gəlməsi həm vaxt, həm də əlavə maliyyə itkisi deməkdir:
"İkincisi, universitetin öz daxili fəaliyyəti üçün müəyyən əlavə sənədlərə ehtiyacı ola bilər. Məsələn, təhsil müqaviləsi, universitetin daxili qaydaları ilə bağlı razılıq, xüsusi kateqoriyanı təsdiq edən və sistemdə olmayan sənəd və s. Bu halda, həmin sənədin tələb olunması mümkündür. Amma burada da əsas sual budur ki,bu sənəd niyə elektron formada təqdim edilə bilmir? Məncə, özəl universitetlərə yanaşmada da vahid standart olmalıdır.
Tələbə dövlətin müəyyən etdiyi elektron qeydiyyat prosedurunu tamamlayıbsa, onun qarşısına sonradan “mütləq universitetə gəl, filan sənədi gətir” tələbi qoyulursa, bunun hüquqi və inzibati əsaslandırması aydın şəkildə izah edilməlidir. Əks halda, belə bir paradoks yaranır: dövlət rəqəmsal qeydiyyat sistemini qurur, amma vətəndaş yenə də kağız sənədlərlə universitetin qapısına getməli olur. Bu isə rəqəmsallaşmanın məqsədini müəyyən qədər zəiflədir.
Xüsusilə,  regionlardan Bakıya qəbul olunan tələbələri də nəzərə almaq lazımdır. Tələbə və ya valideynin yalnız bir neçə sənəd təqdim etmək üçün Bakıya gəlməsi həm vaxt, həm də əlavə maliyyə itkisi deməkdir.
Ona görə hesab edirəm ki, universitetlər əlavə sənəd tələb edirlərsə, bunun hansı normativ və ya daxili zərurətdən irəli gəldiyini açıq şəkildə bildirməlidirlər. Daha yaxşı variant isə bütün mümkün sənədlərin vahid elektron sistemə inteqrasiya olunması və tələbənin universitetə fiziki müraciət ehtiyacının minimuma endirilməsidir.
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Naxçıvanda bəzi məktəblərdə şagird yerdəyişməsinin rüşvət qarşılığında həyata keçirildiyi iddia olunur.
Valideynlərin bildirdiyinə görə, bəzi direktorlar məktəbdə olan boş yerləri sistemdə göstərmir, həmin yerləri əvvəlcədən razılaşdırdıqları uşaqlar üçün saxlayırlar.
Şikayətçilərdən R. Səfərov “Gündəlik Naxçıvan”a bildirib ki, yerdəyişmə sistemi açılmamışdan əvvəl onlara məktəbdə boş yer olduğu deyilib. Lakin sistem açıldıqdan sonra həmin yer ümumiyyətlə görünməyib:
“Yaxınım kasıb adamdır. Onlayn qeydiyyatı Təhsil Şöbəsində aparıb. Sistem açılmamışdan əvvəl soruşub öyrənmişdilər ki, məktəbdə boş yer var. Sistem açılanda isə həmin yer heç cür görünmədi. İki saat kompüterin qarşısında gözlədilər, amma boş yer sistemdə çıxmadı”. Şikayətçinin sözlərinə görə, sonradan məktəb direktoru ilə əlaqə saxlanılıb və onlara yerin artıq tutulduğu bildirilib.
“Direktora zəng etdik, dedi ki, yer tutulub. Amma sistem açılandan iki saat kompüterin qarşısında idilər və boş yer ümumiyyətlə görünməmişdi. Necə oldu ki, sistemdə görünməyən yer birdən tutuldu? Sonradan öyrəndik ki, əslində yerlər əvvəlcədən satılıb, sistem də gözdən pərdə asmaq üçündür”.
Adının çəkilməsini istəməyən başqa bir valideyn isə yerdəyişmə üçün ondan əvvəlcədən 500 manat tələb olunduğunu iddia edir.
“Direktor şəxsən mənə dedi ki, sistemə heç nə yerləşdirilməyəcək, 500 manat ver, yerdəyişməni həll edək. Mən də kasıb adamam, verə bilmədim, işim də alınmadı. Direktor dedi ki, biz özbaşına deyilik, aldığımız pul nazirliyə gedir. Boş yerləri sistemdə göstərmirlər. Rüşvət qarşılığında istədikləri valideynlərin uşaqlarını qəbul edirlər”.
Şikayətçilərin bildirdiyinə görə, konkret hallar 2-ci siniflər arasında yerdəyişmə zamanı baş verib. Onların sözlərinə görə, oxşar hallara digər siniflərdə və bağçalarda da rast gəlinir.
Valideynlər aidiyyəti qurumlardanə rüşvət iddialarının araşdırılmasını tələb edirlər.
"Kayu" Uşaq bağçası - NARAZILIQ VAR...
"2 yaş 2 aylıq oğlum "Kayu" uşaq bağçası sayəsində "danışmağa" başladı. İlk sözü də “bolnıy sadik” oldu! Oğlum dil açdı, əli ilə alnını göstərib “bolnıy sadik” dedi. Bilmədim sevinim, yoxsa əsəbləşim..."
Tehsilmedia.com Dia.az-a istinadən xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan ictimai fəal Elnur Əliyev  "Kayu" Tədris və İnkişaf Mərkəzindən gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə poposunda çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat bağçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, “xoşunuz gəlmir, çıxarın”. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Gah ayağı, gah poposu, gah əli göyərirdi uşağın.
3 ay yayı bağçaya qoymadım. Dünən tətildən sonra ilk gün yenə “Kayu” bağçaya apardım. Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı gömgöydür və şişib. Soruşuram ki, “bu nədir, ilk gündən yenə uşağın alnı göyərib?” Artıq sizdən şikayət edəcəm dedim. Və o məşhur sözü dedilər: “Gedin, hara istəyirsiz şikayət edin.”
Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı 7 saat sidik və nəcis içində saxlayıblar.
Zəng edib deyirəm ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, “Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin.”
Tədris mərkəzində Almaniyaya işçi yollamaq adı altında FIRILDAQ
Kanalımıza müraciət edən Sumqayıt şəhər sakini Nail Mehdiyev bildirir ki, xaricdə işlə təmin olunması məqsədilə “Ausbildung Baku” şirkətində Mehdi Neymətoğlu adlı şəxslə rəsmi müqavilə imzalayıb.
Onun sözlərinə görə, xidmət müqabilində 2 600 AZN ödəməli olub və məbləğin 1 300 AZN-ni əvvəlcədən ödəyib, qalan hissəni isə viza təsdiqləndikdən sonra verməyi razılaşdırıb.
Şikayətçi iddia edir ki, ona Şimali Reyn-Vestfaliya əyalətində otelçilik sahəsində iş vəd edilsə də, sonradan Bad Kreuznach ərazisinə göndərilməsi təklif olunub. Daha sonra təqdim edilən vizanın iş vizası deyil, üçillik “Ausbildung” – peşə təhsili vizası olduğunu öyrənərək təklifdən imtina etdiyini bildirir.
Nail Mehdiyevin sözlərinə görə, qarşı tərəf səhv olduğunu bildirərək onu yaxın zamanda xaricdə işlə təmin edəcəyinə söz verib. Lakin sonrakı təkliflər də onun üçün uyğun olmadığından qəbul etməyib. Şikayətçi hesab edir ki, aldadılaraq müqaviləyə imza atdırılıb.
Mehdiyev bildirir ki, 2026-cı ilin mart ayında ödədiyi pulun geri qaytarılmasını tələb edib. Aprelin 2-də keçirilən görüş zamanı isə Mehdi Neymətoğlu ona 1 150 AZN-nin iki ay ərzində geri qaytarılmasını təklif edib.
Şikayətçinin iddiasına görə, tərəflər arasında razılaşma olmasına baxmayaraq, şirkət rəhbəri onu məhkəməyə verərək 2 600 AZN məbləğində ziyanın ödənilməsini tələb edib. Məhkəmənin qərarı ilə onun 1 300 AZN ödəməsi müəyyənləşdirilib.
Nail Mehdiyev məhkəmə qərarını ədalətsiz hesab edir və aidiyyəti qurumlardan məsələni araşdıraraq hüquqi qiymət verilməsini xahiş edir.