Təhsil Media
Qarabağ Universiteti vakansiya elan edir
Qarabağ Universiteti Riyaziyyat və kompüter elmləri fakültəsi üçün proqram rəhbəri vakansiyası elan edir.
Tehsilmedia.org xəbər verir ki, tam ştat fəaliyyət göstərəcək namizədlər üçün əsas məlumatlar və tələblər aşağıdakı kimidir:
Əsas öhdəliklər: Təhsil proqramlarının və tədris planlarının əmək bazarının tələblərinə və yerli/beynəlxalq standartlara uyğun idarə edilməsi, tədris prosesinin və akademik heyətin koordinasiyası, akkreditasiya proseslərinin idarə olunması.
Namizədə dair tələblər: Müvafiq sahə üzrə doktorluq dərəcəsi və minimum 3 il elmi-pedaqoji təcrübə, kurikulum hazırlama və təhsil keyfiyyətinin təminatı üzrə biliklər, Azərbaycan dilində mükəmməl, ingilis dilində isə ən azı B2 səviyyəsində yazı və ünsiyyət bacarığı.
Təklif olunan üstünlüklər: Rəqabətqabiliyyətli əməkhaqqı, Xankəndi şəhərində mənzil təminatı, elmi-tədqiqat yönümlü beynəlxalq akademik mühit və peşəkar inkişaf imkanları.
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun (YTİ) direktoru Aynurə İsmayılova Naxçıvan Dövlət Universitetinin (NDU) magistrant və doktorantlarına “Magistr dissertasiyası: layihə kimi” mövzusunda mühazirə deyib.
Tehsilmedia.org xəbər verir ki, mühazirədə AzTU təcrübəsi əsasında magistratura və doktorantura təhsilinin təşkili, tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və elmi potensialın inkişafı məsələlərinə toxunulub. Dissertasiya işlərinin sənaye problemlərinin həllinə yönəldilməsi, layihə idarəetməsi yanaşmasının tətbiqi və elmi nəticələrin praktikaya inteqrasiyasının əhəmiyyəti vurğulanıb.
Praktiki hissədə Naxçıvanın Darıdağ arsenli mineral suyu real tədqiqat nümunəsi kimi təqdim olunub. İştirakçılar tədqiqatın mərhələləri, resursların müəyyənləşdirilməsi və layihə planının hazırlanmasını müzakirə ediblər.
Sonda magistrant və doktorantların geniş səpkili sualları cavablandırılıb.
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri üçün Ədliyyə Nazirliyi Probasiya Xidmətinin və universitetin rəhbər şəxslərinin, professor-müəllim heyətinin, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin məsul əməkdaşlarının, mediatorlar, sosial işçilər və psixoloqların iştirakı ilə seminar keçirilib. Azərbaycan Universiteti ilə Probasiya xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində təşkil edilmiş seminarın məqsədi probasiya sahəsində aparılan islahatlar, probasiya fəaliyyətində çoxsahəli yanaşmanın tətbiqi, o cümlədən probasiya nəzarətində olan şəxslərin sosial müdafiəsi, məşğulluq imkanlarının artırılması, zərərçəkmişlə məhkum arasında bərpaedici ədliyyə üzrə görülən tədbirlər barədə məlumat vermək olub.
Tehsilmedia.org xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə Probasiya xidmətinin rəisi Vüqar Ağayev arasında görüş keçirilib. Görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası çərçivəsində görülmüş işlər, qarşıda duran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov və rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva da iştirak ediblər.
Seminarda Probasiya xidmətinin rəisi Vüqar Ağayev, Probasiya xidmətinin Sosial adaptasiya və reabilitasiya şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov, Sosial Xidmətlər Agentliyinin Stasionar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Elşən Kərimli və Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxış ediblər. Çıxışlarda probasiya fəaliyyətinin praktiki əsasları, probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji vəziyyətinin yaxşılaşdırılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, bu tədbirlərin yeni cinayət törətmə riskinin azaldılmasında rolu barədə məlumat verilib, prosesə könüllülərin cəlb edilməsinin təşviqi, təhsil alanların Probasiya xidmətində təcrübə keçmələrinin təşkilinin zəruriliyi qeyd olunub. Həmçinin peşəkar kadr hazırlığında ali təhsil müəssisələri ilə müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyəti, tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə tamamlanmasında və gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rolu vurğulanıb.
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Tehsilmedia.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli "Əmək" ordeni ilə
Kazakov Matvey Pavloviç
Leysanov Bahaddin Dəyyan oğlu
Mustafayev Sabir Mədət oğlu
"Tərəqqi" medalı ilə
Babayev Teymur Yusif oğlu
Bayramov Nizami Usub oğlu
Əhmədiyev Zaur Əliyeviç
Əhmədov Ruslan Əlişah oğlu
Feyziyev Fikrət Malik oğlu
Gözəlov Yasin Qaibqulu oğlu
Hacıyeva Sevda Taleh qızı
Həsənli Mürvət Tapdıq oğlu
Həsənov Azər Mirzəsən oğlu
Həsənova Qətibə Musa qızı
Hüseynbəyli İntiqam Bayram oğlu
Xəlilov Xalıq Qurban oğlu
İbrahimov Yusif Süleyman oğlu
Qasımov Niyazi Qara oğlu
Qaybalıyev Habil Alcan oğlu
Quliyeva Aynurə Fikrət qızı
Mahmudov Elsevər Rafiq oğlu
Məmmədov İbrahim Niftalı oğlu
Məmmədov İntiqam İbrahim oğlu
Mirzəyev Mahir Hökümalı oğlu
Muradzadə Şəhriyar Mütalib oğlu
Mustafayev Namiq Canəli oğlu
Omarova Gülbəniz İlyasovna
Seyidəliyev Nizami Yaqub oğlu
Şalbuzov Namiq Əlövsət oğlu
Şamilova Lalə Nəsrəddin qızı
Vəliyev Akif Həmzə oğlu
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Təhsilmedia.org xəbər verir ki, yarmarkada rayon üzrə fəaliyyət göstərən 16 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya təqdim olunub. İştirakçılara mövcud iş imkanları, vakansiyaların tələbləri, əməkhaqqı və iş şəraiti barədə ətraflı məlumat verilib.
İşə qəbulda maraqlı olan şəxslər işəgötürən nümayəndələri ilə birbaşa ünsiyyət quraraq müraciətlərini təqdim ediblər.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 200-dən artıq sonuncu kurs tələbəsi, 100-dən çox məzunu, eləcə də digər işsiz və işaxtaran vətəndaşlar iştirak ediblər.
Əmək yarmarkası tələbə və məzunların əmək bazarı ilə daha yaxından tanış olması, işəgötürənlərlə əlaqələrinin qurulması və məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Qeyd edək ki, bu məzmunda  tədbirlər peşə təhsili ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə, tələbə və məzunların əmək həyatına keçidinin dəstəklənməsinə xidmət edir.
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib.
Bu barədə DİM-dən Tehsilmedia.org-a məlumat verilib. Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və elektron ərizə formasını dolduraraq təsdiq etməlidirlər. Qeydiyyat elektron xidmətlər portalı vasitəsilə həyata keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar şəxsi kabinetlərinin pul hesabına 110 manat əlavə etməlidirlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikdə hər imtahan üçün ayrıca 110 manat ödəməlidirlər.
Qeyd edək ki, fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. İmtahanlar dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə, yazı və danışıq bloklarından ibarət olacaq.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının noyabrın 22-də, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə imtahanın noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək.
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”ə dəyişikliklər edilib.
Tehsilmedia.org xəbər verir ki, “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”ə ixtiranın vəhdətinə dair yeni müddəalar əlavə edilib.
Əlavələrə əsasən, ixtira barəsində iddia sənədi bir ixtiraya, yaxud öz aralarında vahid ixtiraçılıq fikri ilə əlaqəli olan bir qrup ixtiraya aid edilməlidir (vəhdətlik tələbi). İxtiranın vəhdətlik tələbi o zaman yerinə yetirilmiş hesab edilir ki, həmin ixtiralar, məcmu şəklində baxılan iddia olunmuş ixtiraların hər biri tərəfindən texnika səviyyəsinə verilən töhfəni (faydanı) müəyyən edən bir və ya bir neçə eyni və ya müvafiq texniki əlamətlərlə ifadə olunan qarşılıqlı əlaqə olsun.
İxtiranın vəhdətlik tələbinin aşağıdakı hallarda gözlənilmiş sayıldığı müəyyən edilib:
İxtiranın düsturunda bir ixtira xarakterizə olunduqda;
İxtiranın düsturunda bir qrup ixtira barəsində müəyyən əlamətlər səciyyələndikdə.
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) yeni rektor əvəzi təyin olunub.
Tehsilmedia.org ölkə.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ADDA rektoru səlahiyyətlərinin icrası İradə Süleymanovaya həvalə olunub.
O, akademiyanın tədrisin təşkili və idarə edilməsi üzrə prorektorudur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən məlumatı Ölkə.az-a təsdiqləyiblər. “ADDA-nın fəaliyyətinə müvəqqəti rəhbərliyi İradə Süleymanova həyata keçirir”, - qurumdan bildirilib.
Qeyd edək ki, İradə Əli qızı Süleymanova əslən Qərbi Azərbaycandandır. O, 2014-2024-cü illərdə Bakı Dövlət Universitetinin SABAH Mərkəzinə rəhbərlik edib. 2024-2026-cı illərdə Qarabağ Universitetinin Tələbələrlə İş şöbəsinin müdiri vəzifəsində işləyib.
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb.
Tehsilmedia.org oxu.az-a istinadən xəbər verir ki, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Peşə Təhsili üzrə Dövlət Agentliyində elə karyera marşrutları cızılır ki, coğrafiya dərsliyinə yeni xəritə əlavə etmək lazım gəlir.
Təhsilmedia.org bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr təyinatları ilə bağlı redaksiyamıza daxil olan məlumatlar qeyri-adi karyera mənzərəsi ortaya çıxarır. Məlum olur ki, peşə təhsilində adi coğrafiya müəlliminin üfüqləri o qədər geniş ola bilər ki, bir müddət sonra xəritədəki bütün nəqliyyat vasitələrinə rəhbərlik etmək ehtimalı da müzakirə mövzusuna çevrilər.
Coğrafiyadan sənayeyə, sənayedən səmaya, səmadan yerin altına!
Belə marşrutu turizm şirkətləri belə təklif etmir. Üstəlik, burada nə aviabiletə, nə qatara, nə də transferə ehtiyac var. Sadəcə kadr təyinatı kifayətdir! Bir müəllim, dörd istiqamət, bir karyera xəritəsi və vəzifələr...
Məlumata görə, hazırda Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini vəzifəsində çalışan Zərin Ələsgərova ixtisasca coğrafiya müəllimidir. O, təxminən üç il məcburi köçkün məktəblərinin birində coğrafiya müəllimi işlədikdən sonra, 2023-cü ildə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində təlim-tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 2026-cı ilin sentyabrında isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə tədris hissə müdiri vəzifəsinə keçirilib, təxminən 1 ay sonra Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini təyin olunub. Hələ bitməyib... İndi isə onun həmin mərkəzə direktor təyin ediləcəyi barədə məlumatlar dolaşır. Və yəqin ki, cızılmış xəritə planı bununla da bitəcək...
Bir vaxtlar şagirdlərə dağları, düzənlikləri, çayları və ölkələrin coğrafi mövqeyini öyrədən müəllimin karyera xətti indi sənaye müəssisələrindən təyyarələrə, avtomobillərdən qatarlara qədər uzanır. Bu, artıq coğrafiya deyil, bütöv nəqliyyat atlasıdır! Deyəsən, adi coğrafiya dərsində “Nəqliyyatın coğrafiyası” mövzusu keçiləndə nəzəriyyə ilə kifayətlənməyənlər də var. Bəziləri mövzunu praktikada öyrənir -  əvvəl sənaye, sonra aviasiya, daha sonra dəmir yolu... Karyera belə davam etsə, növbəti dayanacağın dəniz nəqliyyatı olması da xəritədə özünə yer tapa bilər. Əlbəttə, bu, bizim zarafatımızdır. Amma mövcud marşrutun özü kifayət qədər maraqlıdır.
Coğrafiya müəllimi hara, aviasiya hara?
Əlbəttə, diplomda yazılan ixtisas insanın bacarıqlarına vurulan möhür deyil. Coğrafiya məzunu yaxşı rəhbər də ola bilər, bacarıqlı idarəçi də. Ancaq peşə təhsili müəssisələrinin rəhbərliyindən söhbət gedəndə məsələ bir qədər fərqlidir. Burada gələcəyin mexanikləri, dəmiryolçuları, avtomobil mütəxəssisləri, sənaye işçiləri hazırlanır. Bu sahələrin hər birinin öz texniki xüsusiyyətləri, tədris tələbləri və istehsalat ehtiyacları var. Coğrafiya müəllimi xəritədə hava limanını asanlıqla tapa bilər. Amma aviasiya üzrə kadr hazırlığının idarə edilməsi xəritədə hava limanının yerini göstərməkdən bir qədər fərqli məsələdir.  Məhz buna görə rəhbər vəzifələrə təyinatda ixtisas uyğunluğu, idarəçilik təcrübəsi və konkret sahəni bilmək məsələləri kənarda qala bilməz.
Peşəkarlar depoda, karyera ekspresində kimlərdir?
Peşə təhsili müəssisələrində illərlə çalışan, istehsalat təlimini bilən, tələbələrlə işləyən, müvafiq sahələr üzrə təcrübə toplayan mütəxəssislər var. Onlar bəzən illərlə öz sahələrində çalışır, təcrübə qazanır, sistemin içində yetişirlər. Belə mütəxəssislər qala-qala kənardan gətirilən kadrların müxtəlif istiqamətlər üzrə rəhbər vəzifələrə təyin edilməsi təbii olaraq diqqət çəkir. Dəmiryolunu bilən mütəxəssislər, aviasiya üzrə təcrübəsi olan kadrlar, sənaye sahəsində çalışan peşəkarlar mövcud olduğu halda, bu vəzifələrə namizədlər hansı meyarlarla seçilir?
Görünür, peşə təhsilində iki ayrı xətt var - biri illərlə təcrübə toplayanların getdiyi xətt, digəri isə qısa müddətdə müxtəlif müəssisələr arasında hərəkət edən karyera ekspresi. Birincilər stansiyalarda dayanıb təcrübə toplayır, ikincilərin marşrutu isə elə sürətlə dəyişir ki, sərnişinlər yox, müşahidəçilər çaşır.
Agentlikdə coğrafiya sevgisi, yoxsa yeni kadr strategiyası?
Mövzunun daha maraqlı tərəfi də var. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Məmmədovun da coğrafiya ixtisası üzrə təhsil aldığı deyilir. Beləliklə, coğrafiya ixtisası ilə peşə təhsili rəhbərliyi arasındakı əlaqə müzakirəyə əlavə rəng qatır. Bəlkə, Agentlikdə coğrafiyaçılara xüsusi rəğbət var? Bəlkə, yeni kadr siyasətinin əsas prinsipi “dünyanı tanıyan, bütün sahələri idarə edə bilər” yanaşmasıdır?
Yoxsa coğrafiyaçılar peşə təhsilinin inkişaf xəritəsini hamıdan yaxşı oxuyurlar?  Bunlar, əlbəttə, yumorlu suallardır. Amma bir məqamı da unutmayaq - diplomun adı nə olursa-olsun, rəhbər vəzifəyə təyinatın əsaslandırılması peşəkar meyarlarla aparılmalıdır. Yox, əgər məsələ sadəcə təsadüflərdən ibarətdirsə, onda bu təsadüflər də bir-birinə elə uyğun gəlib ki, ortaya ayrıca coğrafi marşrut çıxıb.
Nazir kadr siyasətindən danışır, Agentlik isə marşrut çəkir?