Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Əhmədabad kənd tam orta məktəbinin "qara yara"sına çevrilən narkotacir haqda niyə ölçü götürülmür? - ŞOK FAKTLAR

Azərbaycanda təhsil sahəsinə milyonlarla vəsait ayrılsa da, bu pullar təəssüf ki, lazımı yerlərə və aidiyyatı üzrə xərclənmir. Təbii ki, vəziyyətin bu cür acınacaqlı olmasında birbaşa təhsil sisteminə rəhbərlik edən şəxslər məsuliyyət daşıyır. Təhsil sisteemində rüşvət və anarxiyanın tüğyan etməsi ilə bağlı dəfələrlə tutarlı faktlarla məlumatlar paylaşmışıq. Lakin təəssüflər olsun ki, heç bir nəticə hasil olmayıb.

Elə nəticəsi olmayan təhsil müəssisələrindən biri də Sanirabad rayon Əhmədabad kənd tam orta məktəbidir. Hansı ki, bu məktəblə bağlı şikayətlərin və qalmaqalların ardı-arası kəsilmir.

Tehsil.MEDİA xəbər verir ki, adıçəkilən təhsil ocağı daha çox məktəb qanunları ilə deyil, kriminal qaydalarla idarə olunur. Buna yol açan şəxs isə direktor Şahzadə Şahzəddinovdur. Bəli, məhz direktor məktəbdə kriminal keçmişə sahib olan cinayətkar ünsürləri işçi kimi saxlayaraq onlardan öz maraqları üçün istifadə edir. Aydındır ki, burada maraq "Əl əli yuyar, əl də üzü" misalının tətbiqi ilə bağlıdır.

Məsələ burasındadır ki, ümumiyyətlə diplomu olmadığı halda Əhmədabad kənd tam orta məktəbində loborant kimi çalışan
Muradov Nurəddin Musa oğlu əvvəllər qanunsuz olaraq narkotik maddələrin satışı ilə məşğul olduğu üçün Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə 8 il cəza alıb. Üstəlik, bu şəxsin ayağında 6-7 ay öncəyə qədər qandal olub. Digər tərəfdən, Nurəddin Muradovun əmək müqaviləsinin də vaxtı bitmək üzrədir. Amma görünən odur ki, direktor onun müqaviləsini uzadacaq. Çünki bu şəxs öz kriminal keçmişi ilə məktəbin şagirdlərinə pis nümunə olsa da, direktorun "işinə" yarayır və onun maraqlarını təmin edir.

Ən maraqlısı isə odur ki, Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi də bu şəxs və ümumiyyətlə məsələ haqda heç bir ölçü götürnür. Görünən odur ki, Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi də keçmişi qaranlıq olan, narkotik ticarəti həyata keçirən, gələcəyimiz olan gəncləri "ağ ölüm"lə zəhərləyən bu şəxslə birgə fəaliyyət göstərir. Ona görə də, illərdir Əhmədabad kənd tam orta məktəbinin "qara yara"sına çevrilən bu şəxs işdən azad edilmir. Eyni zamanda Elm və Təhsil NAzirliyi, eləcə də MÜTDA rəhbərliyi də bu problemlə maraqlanmır və lazımı addım atılmır.

Beləliklə, məktəb təhsil ocağından daha çox kriminal obyektə bənzəyir. Bütün bu hadisələrdən məktəbin direktoru Şahzadə Şahzəddinov xəbərdar olsa da, məsələni ört-basdır etməyə çalışır. İşin üstü açılanda isə bütün günahları keçmiş direktorun üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışır. Hətta bu azmış kimi direktor günahları Mil-Muğan Regional təhsil idarəsinin üzərinə atmaqdan belə çəkinmir. Ümid edirik ki, sadalanan bu iddialar və faktlarla bağlı aidiyyatı qurumlar tədbir görəcəklər və bir təhsil ocağı kriminal obyekt olmaqdan xilas ediləcək.

tehsilmedia.info

Oxşar xəbərlər

Bütün xəbərlər