Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Uşaqlarda qıcolma və huş itkisi - bəzi müdaxilələr həyatlarını riskə ata bilər



İctimai yerlərdə, xüsusilə də uşaqlar arasında qıcolma, ani hal dəyişməsi və huşun itməsi kimi hallar zaman-zaman qeydə alınır. Bu cür vəziyyətlər valideynlər və ətrafdakı insanlar üçün ciddi narahatlıq yaradır. Çox vaxt isə düzgün ilkin tibbi yardımın göstərilməməsi vəziyyəti daha da çətinləşdirir. Mütəxəssislər bildirirlər ki, belə hallarda düzgün və vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır.

Qıcolma, huşun itməsi və tənəffüs çətinliyi zamanı ictimai yerlərdə ilkin tibbi yardım necə düzgün göstərilməlidir?

Tehsilmedia.com bildirir ki, azedu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova danışıb.

Pediatr qıcolma və huş itkisi zamanı ilkin müdaxilə qaydalarını açıqlayıb:

“Qıcolma və huşun itməsi kimi hallarla hər birimiz ictimai yerlərdə - avtobuslarda, metroda və s. hər gün qarşılaşa bilərik. Təəssüf ki, bu, ən çox səhvə yol verilən və yanlış müdaxilələrin edildiyi hallardan biridir. Buna görə də bir çox yanlışlara yol veririk. Amma bu səhvlərdən əvvəl, gəlin ilkin tibbi yardımın, yəni düzgün ilkin müdaxilənin necə aparılmalı olduğunu nəzərdən keçirək.

Birinci növbədə uşağın hava yolu qiymətləndirilməlidir. Əsas prinsip hava yolunun açıq olması, tənəffüsün qiymətləndirilməsi və ümumi təhlükəsizliyin təmin edilməsidir. Burada əsas məsələ uşağı yıxılma və travmadan maksimum dərəcədə qorumaqdır. Əgər uşaq artıq yerdədirsə, başının altına yumşaq bir şey qoymaq və onu yan vəziyyətə çevirmək tövsiyə olunur. Çünki uşaq həmin anda tüpürcək ifraz edə və ya qaytara bilər. Bu isə tənəffüs yollarına düşə bilər. Uşağı yan vəziyyətə çevirməklə biz bunun qarşısını alırıq, yəni aspirasiya riskini minimuma endirmiş oluruq.

Əlbəttə, ağız boşluğuna nəzarət etməliyik. Ağızda yad cisim varsa, onu diqqətlə çıxarmağa çalışmalıyıq. Əgər belə bir şey yoxdursa, heç bir müdaxilə etmirik. Bu o demək deyil ki, barmağımızı kor-koranə ağıza salmalıyıq. Bu, əlavə travma riskini artırır. Yəni yalnız gördüyümüz və əlçatan olan şeyi çıxarmaq kifayətdir. Mütləq şəkildə vaxta nəzarət etməliyik. Qıcolmanın müddətini izləmək vacibdir. Əgər qıcolma 5 dəqiqədən uzun davam edirsə, dərhal təcili yardım çağırılmalıdır.

Eyni zamanda tənəffüs də qiymətləndirilməlidir. Əgər xəstə nəfəs alırsa və nəbzi varsa, sadəcə vəziyyətini izləyirik. Təcili yardım gələnə qədər xəstəni tək qoymuruq və əlavə müdaxiləyə ehtiyac olmur. Təcili yardım gəldikdə isə, xəstənin vəziyyəti, qıcolmanın nə qədər davam etdiyi və müşahidə etdiyimiz digər məqamlar barədə həkimə dəqiq məlumat verməliyik”.

O qeyd edib ki, qıcolma zamanı uşağın ağzına heç nə salmaq olmaz, bu, təhlükəli və yanlış yanaşmadır:

““Dil qatlandı” kimi ifadələr tez-tez işlədilir, amma bu, əslində bir mifdir. Qıcolma zamanı dil arxaya doğru gedə və hava yolunu qismən tuta bilər, lakin bu o demək deyil ki, əlimizi xəstənin ağzına salıb dili “düzəltməyə” çalışmalıyıq. Bu, düzgün yanaşma deyil. Düzgün mövqe isə xəstəni yan tərəfə çevirməkdir. Bu, həm hava yolunun daha təhlükəsiz qalmasına kömək edir, həm də tüpürcəyin tənəffüs yollarına düşmə riskini azaldır.

Ağza hər hansı əşya salmaq, məsələn, qaşıq, barmaq və s. qətiyyən olmaz. Bu cür müdaxilələr dişlərin qırılmasına, ağız boşluğunda travmaya, qanamaya və aspirasiya riskinin daha da artmasına səbəb ola bilər. Hətta dili zədələmək ehtimalı da var.

Bəzi hallarda insanlar dişləri zorla açmağa çalışırlar, amma bu da yolverilməzdir və vəziyyəti daha da ağırlaşdıra bilər. Həmçinin, əgər uşaq qıcolma keçirirsə və qeyri-iradi, təkrarlayan hərəkətlər müşahidə olunursa, onu güclə saxlamağa çalışmaq düzgün deyil. Bu, qıcolmanı dayandırmır, əksinə əlavə travma riskini artırır.

Eyni zamanda uşağa su içirmək, üzünə şillə vurmaq və ya bu kimi müdaxilələr etmək də qətiyyən yolverilməzdir və səhv yanaşmalardır. Bu səbəbdən, bu cür hərəkətlərdən tamamilə çəkinmək lazımdır. Bunlar nə kömək edir, nə də təhlükəsizdir”.

Pediatr yeniyetmələrdə qıcolma və huş itkisinin səbəblərini və belə hallarda gecikmiş müdaxilənin təhlükəli fəsadlarını izah edib:

“Yeniyetmələrdə belə halların baş verməsinin bir çox səbəbi ola bilər. Bu halda əsas səbəblər müxtəlif ola bilər və tək bir faktora bağlı deyil. Qıcolma və huşun itməsi adətən beyin fəaliyyətinin qəfil pozulması ilə əlaqələndirilir. Nevroloji səbəblər genişdir. Məsələn, epilepsiya ehtimalı ola bilər. Daha nadir hallarda beyin şişləri və ya baş beyin travmaları da bu cür əlamətlərə səbəb ola bilər.

Bundan əlavə, metabolik səbəblər də rol oynaya bilər. Məsələn, hipoqlikemiya (qan şəkərinin düşməsi) və ya elektrolit balansının pozulması belə vəziyyətlər yarada bilər. İnfeksion səbəblər də mümkündür, məsələn, meningit və ensefalit kimi xəstəliklərdə, xüsusilə yüksək hərarət fonunda, daha çox kiçik yaşlı uşaqlarda belə hallar müşahidə olunur.

Digər tərəfdən, huşun itməsi sadə sinkop (bayılma) nəticəsində də baş verə bilər. Bu, hipoksiya ,yəni oksigen çatışmazlığı ilə əlaqəli ola bilər. Həmçinin, bəzi dərmanlarla zəhərlənmə hallarında da huş pozulmaları müşahidə edilə bilər. Göründüyü kimi, bu vəziyyətin səbəbləri çoxşaxəlidir və müxtəlif faktorlar burada rol oynaya bilər. Belə hallarda vaxtında müdaxilə olunmaması ciddi, həyati təhlükəli fəsadlara səbəb ola bilər. Dediyim kimi, xəstəni mütləq yan üstə çevirmək lazımdır ki, aspirasiya baş verməsin.

Hipoksiya uzun müddət davam edərsə, bu, beyin zədələnməsinə gətirib çıxara bilər. Həmçinin, müxtəlif travmalar da qalıcı fəsadlara səbəb ola bilər. Buna görə də vacibdir ki, vaxtında düzgün ilkin yardım göstərilsin, təcili yardım çağırılsın və mütləq həkim müdaxiləsi təmin edilsin”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib