Xəbər lentiwidget-title-icon

Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib

Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb

Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kımqu Bakı Mühəndislik Universitetində (BMU) olub.

Tehsilmedia.org xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev səfiri salamlayaraq, universitetdə görməkdən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirən rektor təhsil və elm sahələrində əməkdaşlığa diqqət çəkib. Bu baxımdan 2020-ci ildən BMU ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əhəmiyyətini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı ölkəmizdə yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Proqramın uğurla icra olunduğunu və əldə edilən nəticələrin onun davamlılığını təmin etdiyini deyən rektor müddəti 2030-cu ilədək uzadılan İDP çərçivəsində müasir çağırışlar və rəqəmsal iqtisadiyyatın tələbləri nəzərə alınmaqla yeni ixtisas istiqamətlərinin müəyyənləşdirildiyini bildirib. Əlavə edib ki, proqramın ikinci mərhələsi üzrə tədris “Kompüter elmləri / Süni intellekt mühəndisliyi”, “Data analitikası / Data elmləri”, “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” istiqamətləri üzrə həyata keçirilir.

Proqram üzrə statistik göstəricilərə və uğurlu nəticələrə toxunan Yaqub Piriyev əməkdaşlığın prioritet istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini önə çəkib və bunun tərəfdaşlığa yeni məzmun qazandıra biləcəyini qeyd edib.

Səfir Kanq Kımqu Azərbaycan və Koreya arasında təhsil və elm sahəsində əməkdaşlığın önəmini vurğulayaraq, BMU–İNHA ikili diplom proqramının bu əlaqələrin inkişafına mühüm töhfə verdiyini deyib. Həmçinin ali təhsil və texnologiya sahəsində təcrübənin bölüşülməsinin, gənclər arasında akademik və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. BMU-nun beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi təşəbbüsləri müsbət dəyərləndirən səfir universitetlə Koreya ali təhsil müəssisələri arasında yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud tərəfdaşlığın inkişafı müzakirə olunub.

Daha sonra rektor və səfir BMU–İNHA ikili diplom proqramı üzrə təhsil alan tələbələrlə görüşüb. Çıxışlar zamanı proqram tələbələrinin əldə etdikləri bilik və təcrübələri Azərbaycan ilə Koreya arasında əlaqələrin inkişafı üçün istifadə edəcəklərinə, münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verəcəklərinə inam ifadə olunub. Hazırda İDP üzrə ümumilikdə 319 tələbənin təhsil aldığı, onlardan 117-sinin proqramın birinci mərhələsi üzrə təhsilinin dördüncü ilini Koreyada davam etdirdiyi nəzərə çatdırılıb. Proqramın ikinci mərhələsi üzrə isə 200 tələbə BMU-da 1-ci və 2-ci kurs üzrə təhsil alır. O da qeyd olunub ki, İDP üzrə ümumilikdə 256 tələbə məzun adını qazanıb və onlar öz karyeraları ilə mühüm uğurlara imza atıblar. Eyni zamanda əməkdaşlığın davamı olaraq, BMU ilə Koreyanın İNHA Universiteti arasında imzalanmış Niyyət Məktubuna əsasən, ikili diplom proqramı üzrə təhsildə fərqlənən məzunların 10 faizinin İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüdlə təmin edildikləri, məzunlardan 18 nəfərin bu təqaüdü qazandıqları diqqətə çatdırılıb və tələbələrə belə imkanlardan yararlanmaları tövsiyə olunub.

Səmimi şəraitdə keçən görüşdə tələbələrin təhsil təcrübəsi, Koreyada tədris prosesi, akademik mühit və gələcək karyera planları ətrafında söhbət aparılıb, suallar cavablandırılıb.

Ziyarət çərçivəsində səfir BMU-nun elmi-tədqiqat və tədris laboratoriyalarına, həmçinin Texnoparkına baş çəkib. Qonağa aparılan elmi-tədqiqat işləri, tətbiq olunan müasir avadanlıqlar, tədris imkanları, eləcə də tələbələrin innovativ layihələri, startap təşəbbüsləri və ideyalarının reallaşdırılması üçün yaradılan şərait barədə məlumat verilib.

Səfir, habelə universitetdə fəaliyyət göstərən Kinq Seconq İnstitutunu da ziyarət edib və institutun fəaliyyəti ilə bağlı məlumat alıb.

Oxşar xəbərlər

Bütün xəbərlər