Xəbər lentiwidget-title-icon

BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb
Məktəbəhazırlıq qruplarında yeni dərsliklər sınaqdan keçirilib
Bağça müəllimlərinin sertifikasiya tarixi DƏYİŞDİ
TOEFL iBT imtahanı keçiriləcək
Məktəb psixoloq axtarır
Elm və təhsil nazirinin dekabr qəbulu açıqlanıb
MİQ üzrə vakant yer seçiminin nəticələri elan edilib
Məktəblərdə dərs və tətil tarixləri bu hallarda DƏYİŞİR
ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub
AzTU-da beynəlxalq ISO standartları üzrə auditin nəticələri açıqlanıb
Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb
Bakıda daha bir məktəbə direktor təyin olunub
BDU-da imtahan qaydaları yenidən nəzərdən keçirilə bilər - AÇIQLAMA
Buraxılışda abituriyentləri gözləyən yeni FƏNN
“İnci Qızlar” ansamblı milli incəsənətimizin təbliği yolunda yeni addım atır
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
Bağça müəllimlərinin işə qəbulu başlayır
MDU tələbələri “Türk-Forum 2026”nın finalında
23 Bakı məktəbinə yeni direktor təyin edilib

AzTU-da beynəlxalq ISO standartları üzrə auditin nəticələri açıqlanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində tətbiq olunan ISO 21001:2018 “Təhsil təşkilatları – Təhsil təşkilatları üçün idarəetmə sistemləri – Tələblər və istifadəyə dair təlimat” və ISO 9001:2015 “Keyfiyyət menecmenti sistemləri – Tələblər” standartları üzrə xarici audit keçirib.

Tehsilmedia.org xəbər verir ki, auditi “STAREGISTER International Inc.” şirkətinin sertifikatlaşdırma müdiri Yeşim Dinçer və həmin şirkətin, eləcə də onun Azərbaycandakı təmsilçisi olan “INCERT” MMC-nin baş auditoru Rafiq Salayev aparıblar. Auditdə müşahidəçi qismində Keyfiyyət Assosiasiyasının nümayəndələri də iştirak ediblər.

Auditin açılış iclasında iştirak edən AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov universitetdə ISO standartlarına keçidin əhəmiyyətindən danışıb. O, bu prosesin təhsil xidmətlərinin keyfiyyətini yüksəltmək baxımından mühüm addım olduğunu bildirib. Prorektor növbəti mərhələlərdə süni intellektin tədris prosesinə inteqrasiyası sahəsində də müvafiq standartların tətbiqinin vacib olduğunu vurğulayıb.

Gün ərzində auditorlar fakültənin idarəetmə sistemini, tədris prosesini, sənədləşmə standartlarını və daxili fəaliyyət mexanizmlərini qiymətləndiriblər. Universitetin müvafiq struktur bölmələri də auditdə iştirak edib.

Günün sonunda keçirilən bağlanış iclasında auditorlar görülən işləri yüksək qiymətləndiriblər. Yeşim Dinçer fakültədə tətbiq olunan idarəetmə proseslərinin ISO 21001:2018 və ISO 9001:2015 standartlarının tələblərinə uyğun olduğunu qeyd edib. O, auditin ilkin nəticələrinin müsbət olduğunu bildirib və xüsusilə fakültə üçün yaradılmış yeni saytın funksionallığını vurğulayıb.

Bağlanış iclasında iştirak edən AzTU-nun rektoru Vilayət Vəliyev bu prosesdə pilot struktur kimi Xüsusi texnika və texnologiya fakültəsinin seçilməsinin əhəmiyyətini qeyd edib. Rektor bildirib ki, standartların uğurlu tətbiqi fakültənin idarəetmə mədəniyyətinə və tədris keyfiyyətinə ciddi töhfə verir. O, növbəti mərhələdə ISO standartlarının universitetin digər strukturlarında da mərhələli şəkildə tətbiq oluna biləcəyini diqqətə çatdırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər