Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Təhsil aldığım müddətdə bir çox çətinliklərlə rastlaşmışam – Orxan Şahbaz

Təhsil aldığım müddətdə bir çox çətinliklərlə rastlaşmışam – Orxan Şahbaz

Mən uğur hekayəsi anlayışını qəbul etmirəm. Düşünürəm ki, uğur, qazanılası bir şey deyil. Uğur özünə olan münasibəti dəyişməkdir. Əgər insan olduğu mövqedən razı deyilsə və onu yaxşılaşdırmaq üçün çalışırsa, çalışma prosesi, bu zaman rastlanan maneələr, pozitiv və neqativ nəticələr uğur prosesidir".

tehsilmedia.info-ın bu dəfəkii müsahibi "Orkhanway Coaching" şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbazdır.

Yəqin ki, oxucularımızın çoxu müsahibimizi artıq tanıyır. Gəlin, onun keçdiyi yolu, qarşılaşdığı çətinlikləri bir də öz təqdimatında oxuyaq.

-Bizim bu gün tanıdığımız Orxan Şahbazı müsahibimiz nəyə borcludur?

-Keçmişdə olan sıxıntılı hallara baxmayaraq, mübarizə aparmağıma, daim araşdırmağa meyilli olmağıma borcluyam. Təhsil aldığım müddətdə bir çox çətinliklərlə rastlaşmışam. Bu kimi sıxıntılar, problemlər məni daha əzmkar olmağa, daim mübarizə etməyə sövq edib.
Orta məktəbi bitirdikdən sonra Odlar Yurdu Universitetinin Biznesin İdarəedilməsi ixtisasına qəbul oldum.
Təəssüflər olsun ki, bizdə digər ölkələrdən fərqli olaraq özəl universitetlərə birmənalı yanaşma yoxdur. Atamla - anam deyirdi ki, başqa universitet qalmamışdı ki, getdin, özəl universitetə qəbul oldun.
Düzdür, balım 400 - dən çox olduğuna görə illik ödənişimdə bir qədər endirimlər oldu. Amma yenə də ailəmin bu pulu ödəməyə imkanı çatmırdı. Məcbur qalıb işləməyə başladım. İlk dəfə marketlərin birində satıcı işləməyə başladım.
Daha sonra bir müddət fəhlə, ofisiant kimi işlərdə də işləmişəm. Həmin dövrdə idmanla da məşğul olurdum və tədrisim ingilis dilində olduğu üçün dərslərimi də yaxşı çalışmağa məcbur idim. Bütün bu maneələrə baxmayaraq, 4 il ərzində 1 dəfə kəsilmişəm və universiteti yaxşı qiymətlərlə bitirmişəm. Təhsil haqqımı ödəmək üçün həm çalışaraq, həm də oxuyaraq Amerikanın Linkoln Universitetinin ikili proqramı vasitəsilə Biznesin idarə edilməsi və marketinqi ixtisasını bitirmişəm. Hazırda Qlazqo Universitetində Sosial Psixologiya üzrə distant təhsil alıram".
"Artıq heç kimdən asılı olmadan öz iş rejimimi özüm planlaşdırıram"

Özünüz də qeyd etdiyiniz kimi bir neçə uğursuz iş müraciətləriniz olub. Bəs öz şirkətinizi sıfırdan necə qurdunuz?

-Əslində, 3-cü kursdan sonra başa düşdüm ki, mən sağda-solda işləməklə heç nə əldə edə bilməyəcəm. Bu vaxta qədər ictimai birliklərdə sosial fəaliyyətlərlə məşğul olurdum. Dərk etdim ki, peşəkar istiqamətdə addım atmalıyam. İlk peşəkar işim intellekt şirkətində marketinq meneceri olub. Akademik şəkildə fəaliyyət göstərirdim. Bir müddət müxtəlif şirkətlərdə satış və marketinq meneceri olaraq fəaliyyətimə davam etdim. Daha sonra hərbi xidmətə getdim.
Hərbidən qayıtdığım zaman bir şirkətdə mühafizəçi işləyirdim, bu müddətdə həmin şirkətə və başqa bir şirkətə CV göndərdim. Şirkətlərdən biri məni işə qəbul etdi. Biznesin inkişafı üzrə kiçik mütəxəssis rolunda fəalliyyət göstərdim. Bu işdə çalışdığım müddətdə əvvəlcədən mövcud olan "Orkhanway" ideyasını gücləndirdim. Bir sıra təlimlər keçməyə başladım və beləliklə, rəsmi olaraq "Orkhanway" adlı şirkətimi qurdum. Mən artıq müəyyən qədər də olsa, çəkdiyim əziyyətlərin bəhrəsini görürdüm. Artıq heç kimdən asılı olmadan öz iş rejimimi özüm planlaşdırırdım".

-İndiyə qədər bir neçə universitetdə təlimlər təşkil etmisiniz. Sizin üçün ən maraqlı audutoriya hansı universitetdə idi? Bunun səbəbini necə açıqlayardınız?

-Ən maraqlı çıxışım Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub. Audutoriyada 3000 tələbə var idi. Maraqla mənim çıxışımı izləyir, ardı-arxası kəsilməyən suallar ünvanlayırdılar. Mən həmin suallara böyük məmnuniyyətlə cavab verirdim.

-Audutoriya qarşısında çıxış etdiyiniz ilk günü necə xatırlayırsınız? Təsvir edə bilərsiniz?

-İlk ümumi, kütləvi çıxışım Odlar Yurdu Universitetində 3-cü kurs tələbələri qarşısında olub. Həmin təlimdən sonra maraqlı və bir qədər gülməli hadisə baş verdi. Tələbələrdən biri mənə yaxınlaşıb dedi:
Çox sağolun, sayənizdə bir günlük müəllimlərin dərslərindən azad olduq. (gülür)

-İnkişaf etmək istəyən, bu yolda təzə-təzə addımlar atan bir gəncə necə istiqamət verərdiniz?

İnkişaf zamanla həm mənfi, həm müsbət - hər iki formada davam edir. İndiki bizlə 5 il sonrakı biz eyni olmayacaq. İnkişafdan əlavə burada əsas məsələ artım məsələsidir. İnsanların keçən müddətdə gördükləri işdə, şəxsi həyatında və kariyeralarında artım olmalıdır. Gənclərə məsləhət yox, təklifim budur ki, reallığı görməyə çalışsınlar, araşdırma aparsınlar və sonda gördükləri reallıqla apardığı araşdırmaya fokuslanaraq kariyeralarına tətbiq etsinlər".

Ülkər Abdurahmanlı

Oxşar xəbərlər

Bütün xəbərlər