Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Təhsilə psixoloji xidmətin əsas istiqamətləri

Təhsilə psixoloji xidmətin əsas istiqamətləri


Azərbaycanın təhsil sistemində yeni təhsil islahatlarının həyata keçirdiyi bir şəraitdə psixoloji xidmət öz fəaliyyətini uşaqların (şagird və tələbələrin) qabiliyyətlərinin, fərdi xüsusiyyətlərinin inkişaf etdirilməsi, təhsilin səmərəliliyinin artırılması, həyat yolunun düzgün müəyyənləşdirilməsi, bütün bunların etnopsixoloji zəmində həyata keçirilməsi üzərində qurur.

Psixoloji xidmətin məzmunu təhsil iştirakçılarının, valideynlərin psixi və intellektual inkişafının qanunauyğunluqlarını, fəaliyyət və ünsiyyət motivlərini, davranışını, yaşlılar və yaşıdlar arasındakı qarşılıqlı xarakterini, təlim və tərbiyə prosesinin təşkilinin pedaqoji-psixoloji məsələlərini əhatə edir.

Təhsilə psixoloji xidmət tibbi, hüquqi, defektoloji, sosial (hamilik, qəyyumluq) və digər xidmət sahələri ilə əlaqəli təşkilatlarla sıx əlaqədə həyata keçirilir. Bütün müəssisələrdə xidməti münasibət bərabərlik, mövqelərin bir-birini qarşılıqlı surətdə tamamlanması əsasında qurulur. Təhsilə psixoloji xidmət vahid sistem kimi fəaliyyət göstərən və hər biri özündə konkret fəaliyyət sahələrini birləşdirən 3 istiqaməti əhatə edir: elmi istiqamət; tətbiqi istiqamət; praktik istiqamət.

Təhsilə psixoloji xidmət işinin metodoloji və metodik əsaslarını hazırlayır, kadr hazırlığı, tətbiqi və praktik istiqamətlərin elmi mahiyyətini müəyyənləşdirir. İcraçıların 11 fəaliyyət prinsiplərini, əsas iş funksiyalarını, iş metodlarını, psixoproflaktika, psixodiaqnostika, psixokorreksiya, psixokonsultasiyaların nəzəri məsələlərini, milli-regional şəraitdə psixi inkişafın özünəməxsus cəhətlərinin elmi əsaslarını tədqiq edir.

Dünya təcrübəsində sınaqdan çıxmış və qəbul olunmuş testləri Azərbaycan dilinə tərcümə edir, milli xüsusiyyətləri və yerli şəraiti nəzərə almaqla modifikasiya edərək “Test bank” yaradır. Elmi istiqamətin təhsilə psixoloji xidmət işi ilə bağlı nəticələrini reallaşdırır. Dərs vəsaiti, dərsliklərin, praktik psixoloq kadrların hazırlanması və ixtisasartırma işində iştirak edir.

Elmi müəssisələr və praktiki işlərlə əlaqəli şəraitdə elminəzəri məsələlərin təcrübəyə tətbiqi yollarını müəyyənləşdirir. Nəzəri psixoloji biliklərin tərbiyə və təlim proqramlarında, pedaqoji və metodik tədbirlərdə, tədris prosesində özünə yer tapmasına, bu əsasda didaktik və metodik materialların işlənməsinə xidmət edir. Elmi biliklərin, tədqiqat nəticələrinin tərbiyə və təhsil prosesinə inteqrasiyasını demokratik prinsiplərlə tənzimləyir, təhsil iştirakçılarının hüquq və vəzifələrinə hörmətlə yanaşır.

Praktik istiqamət təhsil sisteminin müxtəlif pillələrində çalışan psixoloqlar tərəfindən həyata keçirilir.

Bu baxımdan yazıçı-publisist, psixoloq-tərcüməçi, yüksək pedaqoji fəaliyyəti ilə seçilən Camal Zeynaloğlunun psixoloji tövsiyələri diqqəti cəlb edir. “Şagirdlərə fərdi yanaşma prinsipi”,“Təlim fəaliyyətinin psixoloji prosesi”, “Stressin insan həyatına təsiri və onun aradan qaldırılması yolları”, “Şagirdlərin əmək tərbiyəsi” kimi tövsiyələri praktiki 12 təcrübədə əldə etdiyi qaneedici nəticələrin məhsuludur. C.Zeynaloğlunun tövsiyələrində çox düzgün olaraq qeyd edilir ki, müəllim yeni materialın izahı prosesində tədris etdiyi mövzunu elm və texnika ilə, müasir həyatla əlaqələndirməli, bunları rəvan, aydın, səlis və məntiqi danışmalı, tələsikliyə yol verməməlidir.

“Şagirdlərin şüurlu intizam tərbiyəsi” adlı tövsiyəsində tərbiyə işinin mühüm problemlərinə toxunur, bu sahədə ciddi nöqsanların olduğunu aradan qaldırmaq zərurətini xüsusi qeyd edir.

Camal Zeynaloğlu hər bir tövsiyəsində öz konkret fikrini açıqlamaq üçün müxtəlif elmi fikirlərə istinad edir. “Stress – müxtəlif ifrat gərginliklərə orqanizmin qeyri spesifik reaksiyasıdır” - deyən müəllif, akademik Uxtomskinin tibbi izahları ilə öz fikrini sübut etməyə çalışır, stressi çoxamilli, müxtəlif aspektli, bioloji, psixoloji, əxlaqi cəhətləri olan bir fenomen kimi qeyd edir.

Praktik psixoloq öz işində normativ sənədlərə, ixtisas biliyinə, psixodiaqnostikanın nəticələrinə əsaslanır. O, təhsil iştirakçılarına fərdi qaydada yanaşır, bunun üçün şərait yaradır, onun qabiliyyətlərini, intelektual inkişaf səviyyəsini təyin edir, yarana biləcək pozuntuların səbəblərini aşkara çıxarır, pedaqoji-psixoloji korreksiya yollarını müəyyənləşdirir. Təhsil müəssisəsinin tərbiyə və tədris planında nəzərdə tutulmuş işinin səmərəliliyinin yüksəldilməsini, intensivliyini, nəticədə sosial cəhətdən fəal şəxsiyyət formalaşdırılmasını istiqamətləndirir.

Camal Zeynaloğlu “Şagirdlərə fərdi yanaşma prisipi” adlı tövsiyəsində bu məsələlərə daha ciddi yanaşma yollarını göstərir. Müəllif haqlı olaraq qeyd edir ki, uşaq yaşa dolduqca,13 onun fərdi xüsusiyyətləri də inkişaf edir, formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri nəzərə almalıdır.

“Şagirdlərin yaş xüsusiyyətləri və qabiliyyətlərin formalaşması” adlı məqaləsində qoyulan məsələlər də ciddi araşdırılmışdır. Ümumi qabiliyyətlər-xüsusi qabiliyyətlər ayrıayrılıqda öz düzgün izahını tapmışdır. Bu mövzuda V.Q. Belinskinin fikirlərinə və İ.P.Pavlovun siqnal sistemləri haqqındakı təliminə istinad edilmiş, qabiliyyətlərin müxtəlif inkişaf variantları olduğu vurğulanmışdır.

Təhsil müəssisəsində psixoproflaktika işin vəzifələri təhsil iştirakçılarının şəxsiyyəti və intellektinin təşəkkülü prosesində baş verə biləcək pozuntuların qarşısını almaq, müəllim və şagirdlərdə psixoloji biliklərə yiyələnmə tələbatı formalaşdırmaq, hər yaş mərhələsində psixi inkişafa imkan verən şərait yaratmaq, pozuntu və konfliktlər barədə vaxtında məsələ qaldırmaqdan ibarətdir.

Psixoproflatik işin əsas mahiyyətindən irəli gələn vəzifələri: kollektivdə şəxsiyyətlərarası münasibətlərin, “müəllim-şagird”, “şagird-şagird”, “müəllim-valideyn”, eləcə də təhsil işçilərinin digər kateqoriyalarına daxil olanların qarşılıqlı münasibətlərinin tənzimlənməsi, müəssisədə sağlam psixoloji iqlimin yaradılması istiqamətində iş aparır. Təhsil iştirakçılarının psixoloji biliklərin artırılması, ünsiyyət mədəniyyəti yaradılması, ünsiyyət çətinliklərinin aradan qaldırılması, hər bir fərdin öz şəxsiyyətində əmələ gələn qeyri-normal hallar haqqında psixoloji xidmətdən istifadə qaydalarına yiyələnməsini təmin edir.

Təhsil müəssisələrinin profilinə uyğun olaraq ixtisas tələbləri ilə bağlı zəruri psixoloji keyfiyyətləri müəyyənləşdirmək və məktəblərdə (institutlarda) bu keyfiyyətlərin inkişaf etdirilməsi üzrə iş aparmaq;

Seçdiyi ixtisas üzrə tələblərə cavab verməyən tələbələr üçün xüsusi metodlar müəyyənləşdirmək və müəssisənin rəhbərliyi ilə birgə iş aparmaq, treninqlər, məşqlər, işgüzar oyunlar, diskussiyalar keçirmək;

Pedaqoji heyətlə tələbələrin yiyələndiyi ixtisasla bağlı təlim-tədris metodlarının, yol və vasitələrinin seçilməsi, mənimsəmə səviyyəsinin yüksəldilməsi, təlim motivlərinin, maraq və meyllərinin inkişaf etdirilməsi istiqamətində iş aparmaq;

Tələbələrin təlimdən yayınma, intizamsızlıq, antisosial davranışına qarşı proflaktik tədbirlər görmək, şəxsi problemlərlə bağlı müəllim və tələbə heyətinin hər bir üzvünə psixoloji məsləhətlər vermək, tələbələrə öz şəxsiyyətini və intellektini inkişaf etdirmək üçün psixoloji metod və vasitələr öyrətmək psixoloji xidmətin vəzifələrindəndir.

Təhsil sistemində psixodiaqnostik iş uşaq, yeniyetmə və gənclərin müvafiq yaş dövrlərində pedaqoji-psixoloji cəhətdən daha ətraflı öyrənilməsinə, fərdi xüsusiyyətlərinin, psixi anomaliyaların, şəxsiyyət pozuntularının, psixoloji gərginlik və frustrasiya hallarının aşkara çıxarılmasına, korreksiyasına yönəlir.

Təhsil sistemi psixoloqları psixodiaqnostik istiqamətdə aşağıdakı vəzifələrin həllini təmin edirlər:

1.Zəruri hallarda uşaq, yeniyetmə və gənclərin psixi inkişafının yaş normativlərinə müvafiqliyi müəyyənləşdirir və psixoloji müayinədən keçirilir.

2.Təhsil verənlərin və təhsil alanların yaşlılar və yaşıdları ilə ünsiyyətinin psixodiaqnostikası aparılır. Ünsiyyət çatışmamazlıqlarının psixoloji səbəbləri aşkar edilir.

3. Müvafiq profilli müəssisələrlə birlikdə: - tibbi və defektoloji mənşəli, meylli pozuntular müəyyənləşdirilir; - antisosial davranış hallarının sosial-psixoloji səbəblərini öyrənmək və nəticələrini aradan qaldırmaq üçün tibbi-hüquqi koordinasiyanın yaradılması, differensial diaqnostikası həyata keçirilir.

4. Təhsil alanların intellektual və ünsiyyət qabiliyyətlərinin, eləcə də psixi inkişafın digər göstəricilərinin psixodiaqnostikası keçirilir və intensiv inkişaf yolları müəyyənləşdirilir.

5. Eyni yaşlı təhsil alanların psixi inkişaf göstəricilərinin psixodiaqnostik nəticələrinə uyğun olaraq onların differensiyası aparılır.

6. Təhsil verənlərin peşə bacarığı, ixtisas və vəzifə tələblərinə müvafiqliyi, təhsil alanlarla qarşılıqlı münasibət yaratmaq, tədris materialını mənimsətmək bacarığının diaqnostikası aparılır.

Təhsil iştirakçılarının ümumi peşəsi və şəxsiyyətinin yaş qanunauyğunluqları ilə inkişafının, qabiliyyətlərinin, maraq və meyllərinin, təlim və davranış motivlərinin müəyyən edilməsi, onların inkişaf yollarının göstərilməsi korreksiya işinə daxildir. Psixoloq korreksiya yolu ilə uşaq və tələbələrin şəxsiyyət və fərdiyyətinin formalaşması prosesinə fəal təsir göstərir, təhsil sistemində differensiyasiya işinin aparılmasında pedaqoji heyətə yardım edir. Uşaqların inkişafdakı geriləmələri, təlimdə və davranışdakı pozuntularının aradan qaldırılması ilə bağlı inkişafetdirici tədbirlər müəyyənləşdirilir.

Sözügedən məsələlərin bütövlükdə təhlilini özünün ayrı-ayrı tövsiyə xarakterli tədris vəsaitlərində əks etdirən hörmətli psixoloq Camal Zeynaloğluna müvəffəqiyyətlər arzu edir, onu bu gün təhsilimizin inkişafında önəmli yer tutan yeni vəsaitləri oxucuların ixtiyarına verməsini tövsiyə edirəm.

Aygün Behbudova
Azərbaycan Dövlət İqtisad Universiteti, “Fəlsəfə”kafedrasının müəllimi.

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT