Xəbər lentiwidget-title-icon

20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB

Nadir Israfilov: “Hansısa ilin nəticələrinə görə ümumi nəticə çıxarmaq yanlışlıq olar...”

Nadir Israfilov: “Hansısa ilin nəticələrinə görə ümumi nəticə çıxarmaq yanlışlıq olar...”

Təhsilin keyfiyyətinin hansısa ildə kimlər tərəfindənsə toplanmış balla ölçülməsi məsələnin mahiyyətinə obyektiv yanaşma ola bilməz. Bu sözləri Bakupost.az-a müsahibəsində təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, hər dəfə buraxılış və ya qəbul imtahanlarının nəticələri elan olunar-olunmaz təhsilin keyfiyyətinə dair müzakirələr aktuallaşır. İmtahanlarda maksimum nəticənin qeydə alınması və alınmaması, ötən illə müqayisədə bu il nəticələrin aşağı düşməsi və ya yüksəlməsi səbəbləri barədə müxtəlif fərqli fikirlər, tənqidi rəylər səsləndirilir. Bəziləri mövcud vəziyyəti imtahan suallarının çətinliyi və təhsilin keyfiyyətinin aşağı olması ilə, bəziləri isə sualların asanlaşdırılması ilə əlaqələndirir.
“Təhsilin keyfiyyətinin hansısa ildə kimlər tərəfindənsə toplanmış balla ölçülməsi məsələnin mahiyyətinə obyektiv yanaşma ola bilməz. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti maksimum və ya minimum ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Bu məntiqlə yanaşsaq, belə çıxır ki, hansısa ildə maksimum bal toplayanların sayı çoxalıbsa, həmin il təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, hansısa ildə azalıbsa, təhsilimiz özünün ən uğursuz ilini yaşayıb?! Necə olur ki, 3 martda baş tutan buraxılış imtahanının nəticələri, 10 mart tarixində keçirilən buraxılış imtahanın nəticələri ilə kəskin fərqlənir, 300 bal toplayaraq maksimal nəticə göstərən 14 nəfərin sayı bir həftə ərzində 39 nəfərə yüksəlir!? Birlikdə yekun say 53 - qeydə alınan rekord nəticədir. Deməli bu nəticədən nəticə çıxarmaq üçün səbəb-nəticə əlaqələri araşdırılmalıdır.
Kütləvi pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti “cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterizə olunur. YUNESKO-nun tərifinə əsasən isə istəhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin neçə bal toplaması ilə ölçürük.
Bir yandan da bu günün özündə belə hesab edirik ki, indiyədək bizdə tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan şifahi və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir və qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə hələ ki son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.
Bununla belə, tam əminliklə demək olarmı ki, bu istiqamətdə işlərimiz mövcud şərtlərə və tələblərə uyğun aparılıb. Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmamaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olur ki, bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət olunub və olunmaqdadır. Düzdür, DİM rəsmiləri bəzi məqamları səmimi qəbul etsələr də, bəzi iradlarla razılaşmır və öz arqumentlərini əsaslandırırlar.
Bu gün uşaqların üstünə bu qədər getmək, lazımı bal toplamadıqlarına görə ittiham etmək olmaz. Bu gün savadsızları zəiflər, zəifləri ortabablar, ortababları güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik. Güclülər üçün həmişə bütün yollar açıqdır. Unutmayaq ki, məktəb öz yetirmələrinə lazımı bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması təkcə məzunun topladığı balla deyil, həm də onun həyatda tuta biləcəyi mövqe ilə, vətəninə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər