Xəbər lentiwidget-title-icon

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR
Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək
Müəllim ixtisaslarının plan yeri yenə də azaldılacaq - SƏBƏB
"356 min məzuna diplom elektron formatda verilib"
90 min müəllimin maaşına əlavə ediləcək
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
Peşə məktəblərinə qəbul bu gün yekunlaşır
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
500 mindən çox şagird dərsə başlayır
Sabahdan Bakı metrosunda intervallar azaldılır
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət
Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal
UNEC-də tələbələr üçün mobil tətbiq istifadəyə verilib
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramı başlayıb
26 şagird toyuq dönərindən zəhərlənib
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

Qəbul imtahanları başa çatdı: ixtisas seçiminə kimlər buraxılacaq? - ŞƏRTLƏR

Qəbul imtahanları başa çatdı: ixtisas seçiminə kimlər buraxılacaq? - ŞƏRTLƏR

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə qəbul imtahanlarını yekunlaşdırıb. DİM avqust ayında abituriyentlər üçün ixtisas seçimini elan edəcək.

Bəs builiki ixtisas seçiminə hansı abituriyentlər buraxılacaq?

Modern.az saytı ali məktəbələrə qəbul mövzusunun aktuallığını nəzərə alaraq ixtisas seçimi müsabiqəsinin şərtlərini təqdim edir:

I ixtisas qrupu
İxtisas seçimi üçün müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq;
- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

Meliorasiya mühəndisliyi;
Texnologiya müəllimliyi;
Ekologiya mühəndisliyi.

- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər:

Aqromühəndislik;
Aqronomluq;
Balıqçılıq;
Meşəçilik;
Şərabçılıq;
Torpaqşünaslıq və aqrokimya;
Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
Zoomühəndislik.

II ixtisas qrupu

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
-Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;
-Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

Marketinq;
Biznesin idarə edilməsi;
Turizm bələdçiliyi;
Turizm işinin təşkili.

III ixtisas qrupu

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

-Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

-Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

-Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;

-Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

Muzey, arxiv işi və abidələrin qorunması;
Sosial iş;
Regionşünaslıq (regionlar üzrə).

IV ixtisas qrupu

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaq;
-Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq:

Ekologiya.

- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

Bağçılıq və tərəvəzçilik;
Baytarlıq təbabəti;
Bitki mühafizəsi;
Su bioehtiyatları və akvakultura.

Oxşar xəbərlər

Bütün xəbərlər