Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Tələbə ilə kollec direktoru arasında “dava” - ŞİKAYƏT

Tələbə ilə kollec direktoru arasında “dava” - ŞİKAYƏT

Ölkədə ən çox şikayət olunan sahələrədn biri də təhsildir. İbtidai təhsildən ail təhsil sisteminə qədər bütün zamanlarda bu sahə müzakirə predmentidir.

Son zamanlar yaranan bir deyim-“diplomlu işsizlər ordusu” da əslində təhsil sisteminin vəziyyətini göstərir. Dərsliklərin keyfiyyətsiz olması, dərs yükünün ağırlığı, məktəblərdə tədrisin keyfiyyətizliyi hələ də həllini tapmayıb. Digər tərəfdən, orta ixtisas təhsili müəssisələrində də ciddi narazılıqlar var. Maddi-texniki bazanın zəifliyi və ya olmaması, ancaq nəzəriyyənin tədris olunduğu bir çox orta ixtisas təhsili müəssisələri (kolleclər) yalnız diplom paylamaqla məşğuldur.

Əlavə olaraq qeyd edək ki, bu gün ölkə üzrə 51 kollec fəaliyyət göstərir. Ümumi olaraq orta ixtisas təhsili müəssisələrinə maraq oranı bitirən tələbələrin imtahansız ali məktəblərə qəbul olma imkanı yarandıqdan sonra artmağa başladı. Bu da orta ixtisas təhsili müəssisələrində bir çox problemlərin daha qabarıq formada üzə çıxardı. Bu gün bu sahədə problemlər çoxdur.

Məsələn, ötən ilin iyun ayında 35 orta ixtisas təhsili müəssisələrində ilkin monitorinq keçirildi və bunun nəticəsində 6 direktor və 4 direktor müavini işdən çıxarıldı. Bu faktın özü orta ixtisas təhsili müəssisələrində vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Məhz bu problemlərə görə kolleclərin ləğvi məsələsi zaman-zaman gündəmə gəlir.

Amma hələlik bu təhsil müəssisələri fəaliyyətini artan şikayətlər fonunda davam edir. Şikayətçilər biri də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Almaz Məmmədovadır.

Almaz Məmmədova “Cebheinfo.az”-a müraciət edərək kollecin direktoru Sevinc Həmzəyevadan şikayətçi olduğunu bildirib“Təhsil ilinin başladığı gün elə problemlər də başladı. Qida Sənayesi Kollecinin binası çox bərbad vəziyyətdə idi, natəmizlik baş alıb gedirdi. Yağış yağanda su divarlardan sinif otaqlarına tökülürdü. Mən də çəkib sosial şəbəkədə paylaşdım. Bununla da derektor Sevinc Həmzəyeva mənimlə düşmənçilik etməyə başladı. Məni otağına çağırıb konkret olaraq kollecdən qovmaqla hədələdi.

Sevinc Həmzəyeva mənə açıq şəkildə dedi ki, bu cür problemləri sosial şəbəkələrdə paylaşmaqla mənə heç nə edə bilməzsən. Mənə bu kreslonu sən verməmisən ki, sən də alasan. Mən bu kolleci təmir etmək üçün öz “LEXUS” markalı maşınımı satmışam. Doğrudur, sonradan kosmetik təmir işləri görüldü, amma bu sadəcə gözə kül üfürmək məqsədi daşıdı”.

Almaz Məmmədova iddia edir ki, Sevinc Həmzəyeva direktoru olduğu kolleci şəxsi mülkü kimi istifadə edir:

“Əks halda niyə yağış sularına qərq olmuş təhsil müəssisəsini öz şəxsi vəsaiti hesabına və hətda məcbur olub "LEXSUS" markalı avtomobilini satıb təmir etdirdiyini desin? Çünki bu məsələnin yayılması əslində onun işinə yaramalı idi, aidiyyəti qurumlar, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi problemi görüb təmir üçün vəsait ayıra bilərdi.

Amma Sevinc Həmzəyeva fərqli münasibət göstərərək bunun ona qarşı yönələn addım olduğunu bildirdi və yağış sularının təhsil müəssisəsinin divarlarından içəriyə axmasını çəkib paylaşan tələbəni təhdid edərək təhsil müəssisəsindən qovacağı ilə hədələdi. Görünür, dövlət büdcəsindən təmir üçün ayrılan vəsait aidiyyəti üzrə xərclənməyib, hansısa formada yoxa çıxıb və ya çıxarılıb. Mən Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən kollec direktorlarına belə bir səlahiyyətin verildiyi ilə bağlı hər hansı bir cavab istəyirəm”.Şikayət olunan kolleclə əlaqə saxladıq. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin şöbə müdiri Tahirə İsmayılova şikayətdən məlumatsız olduğunu bildirdi.

“Almaz Məmmədova ilə direktor arasında belə bir söhbətin şahidi olmamışam. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Amma belə bir halın yaşandığına da inanmıram”,-deyə şöbə müdiri “Cebheinfo.az”-a deyib.

Vilayət Muxtar
“Cebheinfo.az”

Oxşar xəbərlər

Bütün xəbərlər