Xəbər lentiwidget-title-icon

Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib
Müəllimlərin "Tik-tok" istifadəsinə nəzarət edilməlidir - VİDEO

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

"2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda qeyd olunur ki, Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq.

Bəs görəsən, bu akademiyanın yaradılmasının elmə və təhsilə hansı faydaları olacaq? Bundan sonra süni intellekt sahəsində rəqabət güclənəcəkmi?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov AzEdu.az-a açıqlamasında bildirib ki, dövlətin bu sahəyə maraq göstərməsi və dəstək verməsi rəqabəti daha da artıracaq:

“Hər bir texnologiya öz kulturasını formalaşdırır. Məsələn, kriptovalyuta, blokçeyn texnologiyaları bir mədəniyyəti əks etdirdi və dünyada öz icmasını, eləcə də biznesini yaratdı. Eyni zamanda, kibertəhlükəsizlik sahəsi, süni intellekt də bu qəbildəndir.

"Metaverse" isə, o öz kulturasını yarada bilmədi. Hegemon şirkətlər, eləcə də META tərəfindən süni şəkildə metaversə yaradılmağa çalışıldı, amma o qədər də uğurlu ola bilmədi. Nə qədər süni reputasiya yaradılsa da, o “şar kimi partladı”. Amma süni intellekt bu formada çalışmır. O artıq illərdir ki, təbii şəkildə ekosistemdə öz yerini tutdu, icmasını yaratdı, bizneslərə, sahələrə sektorlara və peşələrə böyük töhfə verdi. Süni intellekt bütün ölkələrdə strategiya halına gəldi. Bu strategiyanın isə müxtəlif tərkib hissələri var. Onlardan biri də təhsil sahəsidir.Təhsil sahəsində akademiyaların yaradılması istiqamətində Azərbaycanda mühüm addımlar atılırdı. Bütün universitetlərində süni intellektlə bağlı uyğun bölmələr açılıb, fakültələrin daxilində bu sahəyə dəstək proqramları formalaşdırılıb. Bundan əlavə, xüsusi təhsil mərkəzləri süni intellekt sahəsində tədqiqatlar aparır. Bu istiqamətdə artıq ölkəmizdə də süni intellekt həllərinin yaradılması ilə bağlı bir çox startaplar fəaliyyət göstərir. Yerli startaplarımız süni intellektlə bağlı ABŞ-dən investisiya alıblar. Belə bir mühitdə, təbii ki, süni intellekt texnologiyalarının genişləndirilməsi çox vacib idi.

Süni İntellekt Akademiyasının yaradılması və bu sahəyə dövlət tərəfindən müxtəlif investisiya ayırması mühüm hadisədir. Dövlətin bu sahəyə maraq göstərməsi və dəstək verməsi rəqabəti daha da artıracaq.

Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan ekosistemində də yerli süni intellekt modellərini görə biləcəyik. Hazırda biz xarici modellər əsasında müəyyən həllər yaratmışıq. Növbəti mərhələdə isə tamamilə yerli süni intellekt həlləri və modellərinin ortaya çıxacağına inanırıq”.

Oxşar xəbərlər

Bütün xəbərlər