Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Tanınmış tarixçi “Məktəbdə...” layihəsində - FOTO

"Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 164 nömrəli tam orta məktəbdə keçirilib. 

tehsilmedia.info xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, "Kaspi” qəzeti və "Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Firdovsiyyə Əhmədova olub.

F.Əhmədova özünün məktəb illəri, tarix fənninə olan sevgisi, gənclik və tələbəlik dövrü ilə bağlı xatirələrindən danışıb. Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə qonaq geniş araşdırma apardığı Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı yadda qalan maraqlı məqamlara toxunub. Hansı peşəni seçmələrindən asılı olmayaraq olduqca dərin köklərə malik tariximizi hər kəsin bilməli olduğunu deyən tanınmış tarixçi bu işdə xüsusilə mütaliənin şagirdlər üçün öndəmli olduğunu diqqətə çatdırıb.

F.Əhmədova tarix fənninin tədrisinin şagirdlərin vətənpərvərlik hisslərinin aşılanmasına olan təsiri, Vətən Müharibəsində qazanılan şanlı Zəfərin məktəblilərin bir qəhrəman kimi yetişməsindəki rolu, onların daim öz üzərlərində çalışması, istedadlarını aşkara çıxarması və digər məsələlər istiqamətində söhbət aparıb, şagirdləri düşündürən sualları cavablandırıb.

Daha sonra qonaq Heydər Əliyev Fondu tərəfindən ərsəyə gələn orta əsr Azərbaycanın feodal dövlətlərinin rəqabəti haqqında "Şirvanşahların yüksəlişi” adlı tarixi-iqtisadi oyununu və yazıçı, tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əli Poladın "Üç min ilin hikməti” kitabını məktəbə hədiyyə edib.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər