Xəbər lentiwidget-title-icon

BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb
Məktəbəhazırlıq qruplarında yeni dərsliklər sınaqdan keçirilib
Bağça müəllimlərinin sertifikasiya tarixi DƏYİŞDİ
TOEFL iBT imtahanı keçiriləcək
Məktəb psixoloq axtarır
Elm və təhsil nazirinin dekabr qəbulu açıqlanıb
MİQ üzrə vakant yer seçiminin nəticələri elan edilib
Məktəblərdə dərs və tətil tarixləri bu hallarda DƏYİŞİR
ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub
AzTU-da beynəlxalq ISO standartları üzrə auditin nəticələri açıqlanıb
Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb
Bakıda daha bir məktəbə direktor təyin olunub
BDU-da imtahan qaydaları yenidən nəzərdən keçirilə bilər - AÇIQLAMA
Buraxılışda abituriyentləri gözləyən yeni FƏNN
“İnci Qızlar” ansamblı milli incəsənətimizin təbliği yolunda yeni addım atır
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
Bağça müəllimlərinin işə qəbulu başlayır
MDU tələbələri “Türk-Forum 2026”nın finalında
23 Bakı məktəbinə yeni direktor təyin edilib

Bu müəllimlərə çox böyük haqsızlıq edildi!

tehsilmedia.info saytı olaraq hər zaman müəllimlərimizi dəstəkləmişik. Eyni zamanda, müəllimlərimizə qarşı olan haqsızlıqlara qarşı gələrək bütün problemləri ictimailəşdirmişik. Sertifikasiya imtahanı dövründə internatda dərs keçən müəllimlərimizdən söz açmaq istərdik. Hansı ki, sertifikasiya imtahanında ən çox haqsızlıq məhz internat müəllimlərimlərinə olunur.

Hər nə qədər inkluziv təhsil standartları qəbul edilsə də, dəfələrlə hazırda məktəblərimizin inkluziv şagirdləri qarşılamağa hazır olmadığını bildirmişik. Heç bir hazırlıq olmadan, maddi-texniki baza və infrasturktur təmin edilmədən inkluziv şagirdlərin məktəblərə cəlb edilməsi çox ciddi fəsadlar yaradır və yaradacaqdır. O cümlədən, internat müəllimləri, məktəbdə dərs keçən müəllimlərin eyni səviyyədə imtahana cəlb olunması düzgün deyil. Həmin müəllimlərin vəziyyəti nəzərə alınıb ayrıca sertifikasiya imtahanı keçirilməli idi. Çünki təhsildən anlayışı olan hər kəs qəbul edər ki, illərini internat məktəblərində keçirmiş və inkluziv şagirdlərlə işləyən müəllimlərin proqramları, sistemləri mşadi məktəblərdəki kimi deyil. Onlar bizim qəhrəmanlarımızdır. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə işləmək böyük məsuliyyətdir. Digər müəllimlərdən fərqli olaraq daha çox qayğı, diqqət, fədakarlıq, metod, peşəkarlıq tələb edir. Eyni zamanda, sağlamlıq imkanı məhdud uşaqlarla işləyərkən daha sadə proqram tədris edilir. Bu da illərini bu sahəyə yönəltmiş müəllimlərin artıq bu sahədə peşəkarlaşması və bu sahəyə, bu sistemə adaptasiya olunmasına səbəb olur. Nəzərə alın ki, məktəbdə 4-cü sinifdə keçirilənləri internatlarda 9-cu siniflərə keçirlər. O ağır rejimdə canla-başla çalışırlar. Amma bu gün ETN həmin müəllimləri normal məktəbdə dərs keçən müəllimlərlə eyni səviyyədə təhlil edir. Hansı ki nə kurikulum nədir bilirlər, nə də bu ağır proqramdan xəbərləri var. Elə buna görə də ən çox haqsızlıq internat məktəbi müəllimlərinə olur.

Bu gün normal bir sinifdə 30 uşaqla baş etməyin nə qədər çətin olduğunu hər birimiz bilirik. Amma bu qəhrəman müəllimlərimiz internatlarda hım uşaqlarımızın sağlığı, həm əqli inkişafı, həm potensial imkanlarının inkişafı, həm də şəxsiyyət kimi formalaşmasını təmin edir. Bütün bunlar nəzərə alınmalı idi. Ya internat müəllimləri, evdə təhsillə məşğul olan müəllimlər üçün ayrıca imtahan təşkil edilməli idi, ya da həmin müəllimlərə güzəşt edilməli idi. Üstəlik test və müsahibə mərhələsində məhz xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmələri nəzərə alınmalı idi.

Ümid edirik, aidiyyatı qurumlar bu məsələni araşdırıb daha ədaləti qərarlar verərlər.

Oxşar xəbərlər

Bütün xəbərlər