Xəbər lentiwidget-title-icon

Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq

BDU-da Respublika elmi konfransı: "Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə"

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” adlı Respublika elmi konfransı keçirilib.

BDU-dan "tehsilmedia.info"a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, respublikamızın ətraf mühitinin qorunması sahəsindəki xidmətləri və ekoloji siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.

Konfransın plenar iclasında Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri, akademik Qərib Məmmədovun "Heydər Əliyevin aqrar islahat modeli”, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın "Ulu Öndər Heydər Əliyevin irsi”, Coğrafi ekologiya kafedrasının professoru Şövqisəfa Göyçayskinin "Ümummilli Lider Heydər Əliyevin irsi həmişəyaşardır”, Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl Əliyevin "Müstəqil Azərbaycanın memarı” və Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimovun "Heydər Əliyev və Azərbaycan təbiətinin mühafizəsi” mövzularında çıxışları dinlənilib.

Çıxışlarda Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğu, sabitliyin bərqərar olunduğu, xarici siyasətdə böyük uğurlar qazanıldığı vurğulanıb.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. İşğaldan azad edilmiş ərazilərin ekoloji problemləri, təbii mühitin yenidən bərpasının istiqamətlərinin müzakirə olunduğu bölmə iclaslarında BDU, Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mikrobiologiya, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti və digər təşkilatların əməkdaşlarının məruzələri dinlənilib.

Konfrans öz işini sabah bölmələr üzrə davam etdirəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər