Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

MDU-nun iştirak etdiyi növbəti Erasmus+ layihəsinin icrasına start verilib - FOTO

MDU-nun iştirak etdiyi növbəti Erasmus+ layihəsinin icrasına start verilib - FOTO

Mayın 15-də Azərbaycan Dövlət İqtisad Univesitetində (UNEC) Mingəçevir Dövlət Universitetinin (MDU) də tərəfdaşı olduğu "Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” adlı Erasmus+ layihəsinin təqdimatı keçirilib.

tehsilmedia.info xəbər verir ki, təqdimat mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov, tərəfdaş universitetlərin rektorları və digər qonaqlar iştirak ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov qonaqları salamlayaraq, layihə barədə məlumat verib. Bildirib ki, ümumi dəyəri 703 min avro olan "REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Rektor layihənin Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko yaşıl iqtisadiyyat və bərpa olunan enerji mənbələrinin dünyada prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, UNEC-in koordinatoru olduğu layihəni bu baxımdan yüksək qiymətləndirib. Həmçinin universitetlərin bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. Erasmus+ proqramının büdcəsinin 30 milyard avro olduğunu qeyd edən səfir, ölkə universitetlərini layihələrdə fəal iştirak etməyə çağırıb.

Layihənin icrasına başlanılması münasibətilə UNEC ailəsini, eləcə də layihənin bütün tərəfdaşlarını təbrik edən MDU-nun rektoru Şahin Bayramov seçilmiş mövzunun aktuallığından söhbət açıb. Təmiz ətraf mühit və "yaşıl artım” ölkəsinin Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərindən biri olduğunu vurğulayan Ş.Bayramov yaxın perspektivdə ölkəmizdə bərpa olunan enerji mənbələrindən və yaşıl texnologiyalardan istifadənin artacağını, bununla bağlı müvafiq sahələrdə keyfiyyətli kadr hazırlığına böyük ehtiyacın yaranacağını diqqətə çatdırıb. Bütün bunların ali təhsil müəssisələri üçün yeni vəzifələr müəyyən etdiyini bildirən rektor yaşıl konseptin və davamlı inkişaf təfəkkürünün tədris, tədqiqat, innovasiya və sosial fəaliyyətlərdə əksini tapmasında sözügedən layihənin önəmindən bəhs edib. Davamlı inkişaf əsaslı universitetə çevrilməyi strateji məqsədlərindən biri kimi müəyyən edən MDU-nun REFRESH layihəsində tərəfədaşlığa cəlb edilməsindən məmnunluğunu ifadə edən Ş.Bayramov yaradılan imkanlara və göstərilən dəstəyə görə təşəkkürünü bildirib, layihə komandasına uğurlar arzulayıb.

Tədbirdə, həmçinin, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, MDU-da Avropa İttifaqının "Erasmus+” proqramı çərçivəsində həm tələbə və müəllim mübadiləsi, həm də potensialın gücləndirilməsi layihələrində fəal iştiraka xüsusi önəm verilir. Ötən ilin sentyabrında MDU-nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş "Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı "Erasmus+” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib və icrasına başlanılıb. Bunlarla yanaşı, MDU İtaliyanın Floggia Universitetinin koordinatorluğu ilə "Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU), Xəzər Universitetinin koordinatorluğu ilə "Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişafı” (DIRNA) və UNEC-in koordinatorluğu ilə REFRESH adlı "Erasmus+” layihələrində tərəfdaş olaraq qəbul edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər