Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Bakı məktəbində Azərbaycan-İsrail dostluğuna həsr olunmuş tədbir keçirilib - FOTO

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-İsrail dostluğuna həsr olunmuş tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, paytaxtdakı 10 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peer, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru, Xarici İşlər Nazirliyinin idarə rəisi Elməddin Mehdiyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Milli Olimpiya Komitəsinin (MOK) Marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, MOK-un Xarici Əlaqələr şöbəsinin məsləhətçisi Ruslan Məmmədov, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın və İsrailin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova qonaqları salamlayıb və OCEP layihəsi çərçivəsində təşkil olunan tədbirlər barədə danışıb.

BŞTİ müdiri Mehriban Vəliyeva olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən OCEP layihəsi çərçivəsində ölkəmizdə təşkil olunan tədbirləri yüksək qiymətləndirib. İdarə müdiri proqram çərçivəsində İsrailin tarixinin, mədəniyyətinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsinin Azərbaycan-İsrail məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə rəvac verdiyini bildirib.

M.Vəliyeva OCEP layihəsinə qoşulmuş məktəblərin Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də digər ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanının ölkəmizdə təbliğindəki rolundan bəhs edib.

İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peer ölkəsi barədə Bakı məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı hər iki xalqın sarsılmaz dostluğuna və birliyinə töhfə kimi dəyərləndirib. Missiya rəhbərinin müavini bildirib ki, bu tədbir Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada tanındığının bariz nümunəsidir.

MOK-un Marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva son illər ərzində Azərbaycanın İsraillə əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Tədbirdə digər çıxış edənlər OCEP layihəsinin əsas məqsədinin Avropa Olimpiya Komitələrinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarət olduğunu diqqətə çatdırıblar.

Tədbirdə şagirdlərin ifasında İsrail və Azərbaycanın milli rəqsləri, adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, hər iki ölkənin sənət incilərinə, mədəni zənginliklərinə, milli mətbəxinə həsr olunan pavilyonlara baxış keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər