Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Rəqəmsal savadlılıq və virtual təhlükəsizlik



Rəqəmsal mühitin sürətli inkişafı uşaqların həyat tərzini dəyişdirməklə yanaşı, həm də onların daha çox öyrənmələri və intellektual böyümələri üçün geniş imkanlar yaradır. Əsas məqsədi uşaqların rəqəmsal bacarıqlarını, biliklərini və savadlarını təkmilləşdirməklə cəmiyyətin ehtiyaclarını ödəyə biləcək insan resurslarını inkişaf etdirməkdir. Başqa sözlə, rəqəmsal sahədə güclü kadr potensialının inkişafı həm də dövlətin milli gücünün təkmilləşməsi deməkdir.

Rəqəmsal mühitdə uşaqları necə tərbiyə edək?

İnternetin və süni intellektin sürətli inkişafı ilə məlumatlar daha çox əlçatan olub ki, bu da rəqəmsal əsrdə uşaqlara maraq dairələrini dərindən araşdırmaq imkanı yaradır. Lakin burada əsas məsələ real dünya ilə virtual dünya arasında balansı tapmaqdır. Onlaynla yanaşı “oflayn” vaxta da dəyər vermək vacibdir.

Aydındır ki, hər gün uşağın beyni yeni bacarıqlar mənimsəyir. İnkişafın müxtəlif mərhələlərində isə beynin qarşısında fərqli vəzifələr dayanır. 5–10 yaş arası dövrdə emosional və sosial intellektin əsasları formalaşır. Uşaq ünsiyyət qurmağı, qeyri-verbal siqnalları tanımağı, qaydaları qəbul etməyi və formalaşdırmağı, problemləri həll etməyi, empatiya göstərməyi öyrənir. Əgər bu dövrdə uşaq daim planşet və ya kompüter qarşısındadırsa, beynin reaksiya, diqqət, məntiq və operativ yaddaşa cavabdeh olan sahələri inkişaf edir. Lakin unutmaq olmaz ki, həddindən artıq “ekran vaxtı” uşaqların fiziki və psixi sağlamlığına mənfi təsir göstərir. Yəni, “ekran vaxtı” mütləq düzgün idarə edilməlidir. Çünki intensiv oturaq həyat tərzinə, yuxu pozğunluğuna, artıq çəki riskinin artmasına səbəb olur.

Belə olduğu halda cəmiyyətdə uğurlu ünsiyyət üçün vacib olan bacarıqların formalaşmasında problem yaranır. Odur ki, ilk növbədə uşaqlara onlayn dünyanı real həyatla balanslaşdırmağa kömək etməliyik. Təhsilin rəqəmsallaşmasının cəmiyyətdə yaratdığı dəyişiklikləri öyrənərkən uşaqlarımızı evdə necə dəstəkləyə biləcəyimizi də mütləq düşünməliyik.Daha təhlükəsiz rəqəmsal mühit



Təbii ki, valideynlər uşağın istehlak etdiyi məzmuna nəzarət etməli, onun nə izlədiyini, nə dinlədiyini və nə oxuduğunu bilməlidirlər. Əslində rəqəmsal narahatlıqları rəqəmsal etibara çevirmək üçün bir çox strategiyalar var.

Burada əsas faktor uşağın rəqəmsal yaşıdır. Məktəbəqədər və ibtidai sinif yaşında uşaqlar üçün internetdə optimal vaxt gündə 30 dəqiqə tövsiyə olunur. Gündə bir saatdan çox vaxtını qadcetlə keçirən uşaqlarda emosional intellekt zəifləyir, onlar emosiyalarını tanımaqda və idarə etməkdə çətinlik çəkirlər. Orta və yuxarı sinif yeniyetmələrində isə bu vaxt gündə 1–2 saatdan çox olmamalıdır. Daha uzun müddət rəqəmsal mühitdə olmaq qavrama və uzunmüddətli yaddaşın fəaliyyətinə mənfi təsir göstərə bilər. Uzun müddət qadcetdə vaxt keçirən yeniyetmələr düşünmə və diqqət bacarıqlarını işə salmır, məlumatı analiz etmirlər.

Valideynlər və pedaqoqlar rəqəmsal savadlılığın, onlayn təhlükəsizliyin öyrədilməsində fəal olmalı, uşağın rəqəmsal mühitə daxil olmasını necə daha təhlükəsiz etməyin yollarını bilməlidir. Yəni, uşaq qadcet və ya rəqəmsal mühitə daxil olduqda bu prosesdə mütləq böyüklər də iştirak etməlidir. Təbii ki, digər tərəfdən rəqəmsal mühit uşağın yeganə müsbət emosional təəssürat mənbəyi olmamalıdır. Qadcetlə vaxt elə təşkil olunmalıdır ki, uşaq real həyatda mövcud olan əşyalar və hadisələr haqqında əlavə biliklər də əldə etsin. Təcrübəyə əsaslanaraq, deyə bilərik ki, uşaqlar yetkinlik yaşına çatdıqda rəqəmsal texnologiya, onlayn təhlükəsizlik haqqında daha dərin anlayışa malik olurlar.

Rəqəmsal mühitin üstünlükləri



İnterneti tam mübaliğəsiz, “informasiya və təhsil resurslarının böyük xəzinəsi” adlandıra bilərik. Belə ki, uşaqların təhsil materiallarına, onlayn kurslara və tədqiqat materiallarına misli görünməmiş çıxışı var ki, bu da onlara ənənəvi məktəbdən kənarda öz bilik və bacarıqlarını genişləndirməyə, karyera hazırlığına imkan verir.

Erkən yaşdan texnologiya və rəqəmsal bacarıqlara yiyələnmək uşaqları gələcək karyeralarına daha yaxşı hazırlaya bilər. Onlar STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat), rəqəmsal media kimi sahələrdə müxtəlif karyera imkanlarını araşdıra bilərlər.

Rəqəmsal platformalar uşaqların maraqlarını, istedadlarını kəşf etmələrinə kömək etmək üçün karyera qiymətləndirməsi və təhlil alətləri təklif edir. Bu alətlər onlara gələcək karyera yolları ilə bağlı əsaslandırılmış qərarlar qəbul etməyə kömək edə, onları qabiliyyətlərinə uyğun gələn karyeraya istiqamətləndirə bilər. Rəqəmsal mühitin digər müsbət tərəfi — uşaqların dünya ilə qarşılıqlı əlaqə imkanıdır. İnternetdən düzgün istifadə etdikdə, yeniyetmə məsafədən ünsiyyət qurmaqla kommunikativ bacarıqlarını inkişaf etdirə, xarici dilləri öyrənə, müxtəlif mədəniyyətlərlə tanış ola bilər. Bütün bunlar uşağın şəxsiyyət kimi harmonik inkişafına müsbət təsir edir.



Qadcetlərin alternativi varmı?



Valideynlər uşaqlar üçün fəaliyyətləri elə planlaşdırmalıdırlar ki, mərhələlilik prinsipi qorunsun və uşaq hər mərhələdə tapşırıqlardan məmnunluq hiss etsin, öz töhfəsini görə bilsin. Ən vacib məsələ odur ki, uşaqlarda qadcetin zərərli olması ilə bağlı təsəvvür yaradılmamalıdır. Biz qadceti nə qədər çox qadağan etsək və ya onunla uşağı mükafatlandırsaq, uşaq bir o qədər rəqəmsal dünyaya can atacaq.

Bir sözlə, uşağın həyatı bütün sahələrdə harmonik şəkildə qurulmalıdır: əgər onun maraqları, asudə vaxtı və zəngin real həyatı varsa, qadcet ona yeganə xoşbəxtlik mənbəyi kimi görünməyəcək.

Uşağa kiçik yaşlarından nailiyyət hissi yaşadacaq şərait yaratmaq lazımdır — burada o, özünü faydalı və önəmli hiss edəcək, müsbət təəssüratlar toplayacaq.

Biz çox zaman uşaqlardan nəticəyönümlü fəaliyyətə vaxt və enerji sərf etmələrini istəyirik. Bu məsafəni gündəlik həyata oyun elementi əlavə etməklə qısaltmaq mümkündür. Uşaqlar nailiyyətləri sevirlər, onlara xarici motivasiya və təşviq lazımdır. Əgər bu təşviq cəlbedici olsa və nəticə tez əldə olunsa, real həyat da rəqəmsal dünya qədər maraqlı görünəcək.

Bir sözlə, rəqəmsal cəmiyyətdə uşaqların sağlam böyüməsi üçün rəqəmsallaşmanın mənfi cəhətləri ilə müvafiq şəkildə mübarizə apararkən onun üstünlüklərindən maksimum yararlanmaq vacibdir.

Nigar Məmmədova

Milli Məclisin deputatı

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT