Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

BSU-nun Beynəlxalq elmi konfransının bölmə iclası LDU-da keçirilib - FOTO

Mayın 16-da bu ilin 4-5 may tarixlərində Bakı Slavyan Universitetində (BSU) "Heydər Əliyev İli" çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı Beynəlxalq elmi konfransın "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” adlı 15-ci bölməsi Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti ( LDU) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə LDU-da keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev, LDU-nun rektoru Natiq İbrahimov və Lənkaran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) müdiri Elxan Nəcəfovun  rəhbərliyi ilə keçirilən bölmə iclasında hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti, eləcə də regional təhsil idarəsinin müəllim və əməkdaşlarının məruzə və çıxışları dinlənilib.

BSU-nun rektoru Anar Nağıyev çıxışında BSU-nun "Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)”  adlı Beynəlxalq elmi konfransında LDU-nun, eləcə Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşlarının xüsusi aktivliyinə görə bu günki tədbirin məhz Lənkəranda keçirildiyini bildirib. Rektor Ulu öndər Heydər Əliyevin zəngin irsi, dövlətə qayğısının bir konfransa sığa bilmədiyini, məsələyə müxtəlif yanaşılması üçün böyük konfranslar, auditoriyalar tələb edildiyini diqqətə çatdırıb. Anar Nağıyev məhz XX əsrin 70-ci illərinin başlanğıcında, Sovet İttifaqının inkişaf etdiyi dövrlərdə Azərbaycanın müdrik rəhbəri Heydər Əliyevin Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmasının təkcə öz xalqına olan sevgisi deyil, həm də böyük uzaqgörənlik missiyası olduğunu deyib. O, LDU-da keçirilən regional konfransın əsas hədəfinin Ümummilli liderin Azərbaycan təhsili və xüsusilə də, Azərbaycanın regionlarında təhsilin inkişafındakı misilsiz rolunun öyrənilməsindən ibarət olduğunu vurğulayıb.

BSU-nun Tədris işləri üzrə prorektoru, dosent Ənvər Abbasov, Pedaqogika və psixologiya kafedrasının müdiri,  professor Piralı Əliyev, LDU-nun "Azərbaycan dili və ədəbiyyat” kafedrasının əməkdaşı, professor Yədullla Ağazadə, Beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru, dosent Zaur Məmmədov, "Pedaqogika, psixologiya və incəsənət” kafedrasının baş  müəllimi Nahidə Cəfərova, Lənkəran-Astara Regional İdarəsinin əməkdaşları İlham Əhmədov və  İlhamə Muradova çıxış ediblər.

Beynəlxalq elmi konfransın sonunda LDU və LARTİ tərəfindən ənənəvi keçirilən regional fənn olimpiadasının qaliblərinin, həmçinin, beynəlxalq konfransda fəal iştirak edən çıxışçıların mükafatlandırılması baş tutub.

Xatırladaq ki, bu ilin 4-5 may tarixlərində Bakı Slavyan Universitetində "Heydər Əliyev İli" çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfrans çərçivəsində Lənkəran Dövlət Universitetində regional bölmənin, həmçinin Türkiyə və ya Gürcüstan universitetlərinin birində beynəlxalq bölmənin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər