Xəbər lentiwidget-title-icon

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?

Valideyn Komitələri: Məktəbdə “İkinci Direktorluq” Problemi

Son dövrlər məktəblərdə valideyn komitələrindən gələn şikayətlərin sayı artmaqdadır. Bu qurumlar nəzərdə tutulduğuna görə sinif və məktəb həyatına dəstək olmalı, müəllim-valideyn-şagird əməkdaşlığını gücləndirməli idilər. Amma reallıqda vəziyyət tamamilə başqa istiqamət alıb – valideyn komitələri çox vaxt “köməkçi” yox, “hakimiyyət” rolunu oynayır.

Birinci problem – pul yığmaq məsələsi.
Valideynlərin ən çox narazı qaldığı məqam müxtəlif bəhanələrlə pul toplanmasıdır. “Müəllimlər günü”, “8 Mart”, hətta müəllimin və ya övladının ad günü belə pul yığmaq üçün səbəbə çevrilir. Ən pisi isə odur ki, “olan var, olmayan var” deyə hamı eyni mövqeyə qoyulur, nəticədə valideynlər arasında inciklik və sosial ayrı-seçkilik yaranır.

İkinci problem – səlahiyyətsiz müdaxilə.
Tehsilmedia.az bildirir ki, bəzi valideyn komitəsi üzvləri məktəbə istədikləri vaxt daxil olub, müəllimlərə və ya digər valideynlərə təzyiq göstərirlər. Bu, nəzarətsiz vəziyyət yaradır və məktəb rəhbərliyinin səlahiyyətini kölgəyə salır. Onların davranışı çox vaxt “direktor köməkçisi”, “ikinci direktor” təəssüratı yaradır.

Üçüncü problem – sosial şəbəkə xaosu.
Valideyn qrupları, xüsusilə WhatsApp vasitəsilə yaradılan sinif qrupları, informasiya mübadiləsi yox, söz-söhbət meydanına çevrilib. Gündə 300-400 lazımsız mesaj valideynləri bezdirir. Komitə üzvləri orada özlərini “başçı” kimi aparır, hər kəsə göstəriş verməyə çalışırlar. Nəticədə sinifdə birlik yox, daha çox parçalanma yaranır.

Əlavə gərginlik – eqo və atamanlıq.
Çox zaman komitədə fəallıq göstərən valideynlər eqoist və təkəbbürlü davranış sərgiləyirlər. Müəllimlərə, digər valideynlərə, hətta uşaqlara qarşı “idarəçi” tonunda çıxış edirlər. Bu isə normal əməkdaşlığı yox, rəqabət və intriqanı gücləndirir.

Çıxış yolu nədir?

Valideyn komitələrinin fəaliyyəti konkret çərçivələrlə məhdudlaşdırılmalıdır. Onların vəzifəsi:

Təhsil prosesinə maliyyə toplamaq yox, ideya və mənəvi dəstək vermək,

Məktəbin daxili işlərinə qarışmaq yox, əməkdaşlıqla yanaşmaq,

Qruplarda müzakirə aparmaq yox, sadəcə dərs tapşırıqlarını və rəsmi məlumatları paylaşmaq olmalıdır.

Əgər hansısa məktəbdə bu cür neqativ hallar yaşanırsa, valideynlər və müəllimlər dərhal məsələni ictimailəşdirməli və aidiyyəti qurumlara müraciət etməlidirlər. Təhsil müəssisəsi valideyn komitələrinin şəxsi ambisiyalar meydanına çevrilməməlidir. Məktəbin məqsədi tədrisdir – şəxsi şou və atamanlıq deyil.
İstənilən vaxt bizimlə əlaqə yaradın və problemləri ictimailəşdirək.

Tehsilmedia.az

Oxşar xəbərlər

Bütün xəbərlər