Xəbər lentiwidget-title-icon

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR
Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək
Müəllim ixtisaslarının plan yeri yenə də azaldılacaq - SƏBƏB
"356 min məzuna diplom elektron formatda verilib"
90 min müəllimin maaşına əlavə ediləcək
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
Peşə məktəblərinə qəbul bu gün yekunlaşır
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
500 mindən çox şagird dərsə başlayır
Sabahdan Bakı metrosunda intervallar azaldılır
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət
Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal
UNEC-də tələbələr üçün mobil tətbiq istifadəyə verilib
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramı başlayıb
26 şagird toyuq dönərindən zəhərlənib
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

Qanunsuzluqların Yuvasına Çevrilmiş Məktəb: Afaq Əliyeva Reallığı

Son illər ölkənin müxtəlif məktəblərində qanunsuzluqlara görə direktorların işdən azad olunması faktları ictimaiyyətin diqqətindən yayınmayıb. Onların səs yazıları, sübutları yayıldıqdan sonra müvafiq qurumlar hərəkətə keçib və nəticədə həmin şəxslər vəzifələrindən uzaqlaşdırılıblar. Lakin bütün bu proseslərin fonunda 201 nömrəli məktəbin direktoru Afaq Əliyeva haqqında irəli sürülən ağır ittihamların görməməzlikdən gəlməsi ciddi suallar doğurur. Nədənsə Afaq Əliyevanın adı şəkildən hörmətli nazirimiz lal-kar olur.

Afaq Əliyeva illərdir davam edən qanunsuzluqları, müəllimlərə qarşı təhqiramiz davranışları və intiqamçılıq siyasəti ilə məktəbi demək olar ki, iflic vəziyyətinə salıb. Onun əməlləri sadəcə daxili mühitə deyil, həm də dövlət büdcəsinə ciddi zərər vurur. Belə ki, 5-ci və 6-cı siniflərdə şagird sayını süni şəkildə artıraraq külli miqdarda vəsaiti mənimsədiyi iddia olunur. Bu, təkcə bir şəxsin şəxsi maraqlarına xidmət etmir, həm də dövlətin ayırdığı büdcə pullarının oğurlanması anlamına gəlir.

70 Min Manatlıq “İtkin” Avadanlıq

30 avqust 2022-ci il tarixli əmrlə aparılan inventarizasiya nəticəsində məktəbdə 70 min 693 manatlıq çatışmazlıq aşkarlanıb. Rəsmi izahatlarda göstərilib ki, guya İKT avadanlıqları illər əvvəl oğurlanıb. Amma maraqlıdır ki, həmin dövrdə məktəbin məsul şəxsi hüquq-mühafizə orqanlarına müraciət etmək istəsə də, Afaq Əliyeva buna qarşı çıxıb və işin üstünün açılmaması üçün hədə-qorxu ilə susdurub. Bu fakt özü belə direktorun məsuliyyətsizliyini və qanunsuz hərəkətlərini açıq göstərir.

Müəllimlərə Təhqir və Şantaj

Müəllimlərin “şərəfsiz” adlandırılması, hədə-qorxu ilə susdurulması, hətta yalançı şahidliyə məcbur edilməsi – bütün bunlar bir təhsil müəssisəsinə yaraşmayan, cinayət xarakterli hərəkətlərdir. Direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllim Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı ifadə verməyə məcbur etməsi, artıq şəxsi maraqlarını qorumaq üçün məktəbi “təzyiq mərkəzinə” çevirdiyini göstərir.

Müəllimlərin Üsyanı və Çıxılmaz Durum

201 nömrəli məktəbin 13 nəfər müəllimi prezident İlham Əliyevə və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayaraq Afaq Əliyevanın işdən azad olunmasını tələb edib. Bu, artıq vəziyyətin nə qədər dözülməz olduğunu göstərir. Müəllimlər açıq şəkildə bildirirlər ki, onun rəhbərliyi altında işləmək istəmirlər. Hətta bəzi müəllimlər məktəbə gəlməkdən imtina ediblər. Bu isə məktəbdə tədris prosesinin tam iflicə sürükləndiyini təsdiqləyir.

Şagirdlərin Təhsildən Məhrum Edilməsi

Daha acınacaqlısı odur ki, məktəbin 8-ci sinfində ardıcıl 5 ildir ki, bir neçə şagird sinifdə saxlanılır. Bu, birbaşa şagirdlərin hüquqlarının pozulması və onların gələcək həyatına zərbə vurmaq deməkdir. Təhsil ocağı inkişaf və maarifçilik məkanı olmalı olduğu halda, şagirdlərin taleyi şəxsi maraqların girovuna çevrilib.

Sual Açıq Qalır: Niyə Hələ Də Qorunur?

Görəsən, bu qədər faktların və ittihamların fonunda niyə Afaq Əliyeva hələ də vəzifəsində qalır? Niyə digər direktorlar məsuliyyətə cəlb olunur, amma onunla bağlı heç bir tədbir görülmür? Məgər müəllimlərin imzalı müraciəti, inventarizasiya aktı, saysız-hesabsız şikayətlər yetərli sübut deyilmi?

201 nömrəli məktəbin durumu artıq təkcə bir məktəbin daxili problemi deyil – dövlətin nüfuzuna, təhsil sisteminin etibarına vurulan zərbədir. Əgər belə şəxslər cəzalandırılmırsa, deməli, qanunsuzluq və özbaşınalıq başqaları üçün də “norma”ya çevriləcək.

Nəticə

Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar Afaq Əliyevanın əməllərinə biganə qaldıqca, məktəbin, müəllimlərin və ən əsası, uşaqların gələcəyi təhlükə altında qalır. Bu məsələ artıq ictimaiyyətin gözü önündədir və həllini tapmadıqca dövlətin öz yaratdığı ədalət prinsiplərinə kölgə salacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər