Xəbər lentiwidget-title-icon

"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO

Azərbaycanda müəllimlərin doktorantura təhsilinə marağı niyə azalıb? - SƏBƏBLƏR



Son illərdə ölkəmizdə müəllimlərin elmi dərəcə, xüsusilə doktorantura səviyyəsində təhsil almağa marağının nisbətən azalması müşahidə olunur. Bu tendensiya təhsil sistemində elmi fəaliyyətin və tədqiqat yönümlü pedaqoji inkişafın vacibliyini nəzərə aldıqda ciddi diqqət tələb edən məsələdir.

Maraqlıdır, müəllimlərin doktorantura təhsilinə marağının az olmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, təhsil sistemində elmi dərəcələrin hələlik müəllimin karyera pilləsində ciddi təsir mexanizmi yoxdur:

"Yəni bir çox hallarda müəllim doktor dərəcəsi alsa belə, bu, nə məktəbdə ciddi bir maaş artımında, nə də vəzifə statusunda real fərq yaratmır. Bu isə təbii olaraq motivasiyanı azaldır.

Digər bir mühüm amil doktorantura prosesinin uzunmüddətli və çətin olmasıdır. Rəsmi olaraq bu təhsil 3 və ya 4 illik mərhələ kimi göstərilsə də, reallıqda müdafiə prosesi ilə birlikdə çox vaxt 6–8 ilə qədər çəkir. Bu qədər uzun və resurs tələb edən yol, xüsusən də məktəbdə dərs deyən, ailə məsuliyyəti daşıyan və elmi fəaliyyətini paralel şəkildə aparmağa çalışan müəllimlər üçün real mənada ciddi yük yaradır.

Uzun illər davam edən tədqiqat, bəzən inzibati ləngimələr və resurs çatışmazlığı tədqiqatçının motivasiyasına birbaşa təsir edir.Halbuki dünya təcrübəsində bu proses daha çevik və dəstəkli şəkildə həyata keçirilir. Məsələn, Böyük Britaniyada, Finlandiyada və Norveçdə doktorantura proqramları çox vaxt yarımştat (part-time) modeldə təklif olunur. Bu, işləyən müəllimə həm dərs deməyə, həm də tədqiqat aparmağa şərait yaradır. Elmi rəhbərlik, metodoloji dəstək və təqaüd mexanizmləri daha sistemlidir. Bu ölkələrdə doktorantura sadəcə akademik məqsəd daşımır- müəllimin peşəkar inkişaf strategiyasının bir hissəsinə çevrilir.

Bizdə isə təəssüf ki, bu dəstəkləyici yanaşma bəzən yalnız universitet səviyyəsində qalır. Məktəb direktorları və regional təhsil idarələri çox zaman doktorantura təhsili alan müəllimlərin elmi potensialını nəzərə almır. Onlar elmi tədqiqat aparan müəllimlə digərləri arasında fərq qoymadıqları kimi, monitorinqlərin hazırlanması, kurikulumun təkmilləşdirilməsi və elmi-praktik tədbirlərin təşkili kimi proseslərə də onları cəlb etmirlər. Halbuki bu müəllimlər öz tədqiqat təcrübələri sayəsində tədrisə innovativ yanaşmalar gətirə, məktəbin inkişafına real elmi töhfə verə bilərlər".

Doktorantura təhsili olan müəllimlərin potensialı metodist səviyyəsində də dəyərləndirilməlidir

"Onların metodist kimi seçilməsi, yaxud məktəbdə çalışan metodistlərin onlarla birgə məsləhətləşmələr aparması, tədris prosesinin elmi əsaslara söykənməsini gücləndirərdi. Belə bir əməkdaşlıq həm məktəbdaxili təlimlərin keyfiyyətini artırar, həm də müəllimlərin tədqiqat yönümlü düşüncə tərzini inkişaf etdirərdi.

Beynəlxalq təcrübədə məktəb rəhbərliyi tədqiqatçı müəllimlərlə sıx əməkdaşlıq edir. Onların araşdırma nəticələri məktəb səviyyəsində qərarların verilməsində, metodik işin planlaşdırılmasında və dərs keyfiyyətinin artırılmasında istifadə olunur. Beləliklə, elmi fəaliyyət yalnız fərdi nailiyyət deyil, bütöv təhsil müəssisəsinin inkişaf resursuna çevrilir.

Əslində doktorantura təkcə elmi dərəcə qazanmaq deyil, həm də düşüncə tərzini dəyişmək, tədrisə yeni baxış gətirmək deməkdir. Bu mərhələdə müəllim yalnız bilik ötürən şəxs olmaqdan çıxır, tədqiqatçı müəllimə çevrilir. Elmi yanaşma, tənqidi düşüncə və analitik baxış dərs prosesinə daxil olanda, müəllim artıq “nəyi öyrədirəm” sualından çox “niyə və necə öyrədirəm” suallarını verir. Bu da şagirdlərdə yaradıcı və analitik düşünməni təşviq edir.

Bu kontekstdə dövlət və universitetlər tərəfindən əlavə dəstək mexanizmlərinin yaradılması zəruridir. Müəllimlər üçün xüsusi təqaüdlər, elmi qrantlar, yarımştat doktorantura proqramları və elmi rəhbərlik-mentorluq sistemləri olmalıdır. Böyük Britaniyada “Doctorate in Education (EdD)” proqramı buna gözəl nümunədir — işləyən müəllimlər bu proqram vasitəsilə həm dərs deyir, həm də tədqiqat aparır.

Təbii ki, pedaqoji işlə elmi fəaliyyət arasında balans saxlamaq asan deyil. Amma düzgün planlaşdırma, elmi rəhbərlik və institusional dəstək olduqda bu, tam mümkündür. Dünyada bir çox müəllimlər dərs prosesini öz “elmi laboratoriyası” kimi görürlər. Onlar dərsdə tətbiq etdikləri metodları araşdırır, nəticələri paylaşır və bu yolla həm öz peşəkarlıqlarını, həm də ümumi tədris keyfiyyətini artırırlar.

Sonda bir vacib məqamı da qeyd etmək lazımdır: cəmiyyətin elmə və elmi dərəcələrə münasibəti müəllimlərin motivasiyasına birbaşa təsir edir. Əgər elm dəyərli sayılırsa, elmi dərəcə də bir statusdan çox, ictimai etimad simvoluna çevrilir. Təəssüf ki, bəzi hallarda elmi dərəcəyə formal baxış hələ də qalmaqdadır. Halbuki elmə hörmət, müəllimə hörmət deməkdir.

Elm və tədris bir-birini tamamlayan iki mühüm dayağa çevrildiyi zaman, biz təkcə müəllim yetişdirmirik- düşünən, araşdıran və dəyişiklik yaradan insan formalaşdırırıq. Və məhz bu yanaşma gələcəyin təhsilini müəyyənləşdirəcək".

Oxşar xəbərlər


Bütün xəbərlər

"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"