Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Yeni “Təhsil Qanunu”na ehtiyac var!



Süni intellekt və rəqəmsal transformasiya təhsil paradiqmasını dəyişir.

AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyev ölkədə süni intellektin (Sİ) tətbiqinin zəruriliyini xüsusi qeyd etdi. Sİ-in sürətlə artan gücü həyatın bütün sahələrinə sirayət edib. Bu proses təkcə iqtisadiyyatın deyil, cəmiyyətin, sosial strukturun, təhsilin taleyini yenidən müəyyənləşdirir.
Sİ-in təsiri ilə təhsil sistemi ciddi dəyişəcək, amma prosesi imkan daxilində nəzarətdə saxlamaq və elmi əsaslarla idarəetmək lazımdır. Sİ-nin qlobal liderlərindən biri Mustafa Süleyman qeyd edir: “Sİ təhsil üçün həm şansdır, həm də təhlükə. Şansdır, çünki öyrənməni daha əlçatan, daha adaptiv və daha effektiv edə bilər. Təhlükədir, çünki doğru idarə olunmazsa, ənənəvi təhsili tam sıradan çıxarar, cəmiyyətin savad strukturu dağıla bilər.”
Ölkəmizin təhil sistemi Sİ-in tətbiqinə ciddi hazırlaşmalıdır. Bunun üçün bir sıra konkret tədbirlərə ehtiyac var. İlkin olaraq bilməliyik ki, Sİ və təhsilin rəqəmsal transformasiyası (TRT) təhsilin fəlsəfəsini, paradiqmasını dəyişir. Paradiqma dəyişdiyi zaman təhsil fəlsəfəsi, öyrənmə modeli, məktəbin funksiyası, müəllimin rolu, texnologiyanın təhsilə təsiri dəyişir.
Təhsilin rəqəmsal transformasiyası – təhsil sisteminin bütün elementlərinin (məktəb, müəllim, kurikulum, qiymətləndirmə, idarəetmə) rəqəmsal texnologiyalar, Sİ əsaslı həllər əsasında yenidən qurulmasıdır.
Təhsil paradiqması – təhsilin məqsədlərini, məzmununu, pedaqoji münasibətləri, müəllim-şagird rolunu, bilik anlayışını və öyrənmə fəlsəfəsini müəyyən edən əsas modeldir.
Mövcud təhsil paradiqmasının əsas xüsusiyyətləri:
1. Müəllim mərkəzlilik- bilik müəllim tərəfindən təqdim olunur.
2. Standart kurikulum- hamıya eyni modellə təhsil.
3. Test və imtahan ağırlığı- ölçmə nəticədən daha çox bilik yaddaşını qiymətləndirir.
4. Ənənəvi sinif otağı modeli .- xüsusi vaxt, xüsusi yer.
5. Öyrənmə yolu: dərslik → izah → tapşırıq → imtahan.
Bu paradiqma XX əsr sənaye modeli əsasında qurulub. Rəqəmsal transformasiya təhsil paradiqmasını dəyişdirir. Rəqəmsal transformasiya yalnız alət deyil, təhsilin fəlsəfəsini dəyişən sistem hadisəsidir. TRT nəticəsində bilik anlayışı, müəllim rolu, öyrənənin rolu, qiymətləndirmə paradiqması, məkan və zaman paradiqması, kurikulum, təhsil idarəetməsi dəyişir. Dəyişən təhsil paradiqmasına uyğun olaraq, təhsilin hüquqi təminatı məsələlərini vaxtında həll edilməlidir. Təhsil paradiqmasının dəyişməsi, müvafiq qanunun da dəyişməsini tələb edir.
Əgər “Təhsil Qanunu” köhnə paradiqmanın normativ-iqtisadi məntiqinə əsaslanırsa, sistem yeni çağırışlara cavab verməyəcək. Bu səbəblərdən SI əsrinə keçid, təhsildə rəqəmsal transformasiya (TRT) prosesləri faktiki olaraq yeni “Təhsil Qanunu”nu zəruri edir.
SI və rəqəmsal transformasiya təhsil paradiqmasını necə dəyişir? İlk növbədə bilik paradiqması dəyişir. Əgər əvvəl bilik əsasən müəllimdən şagirdə ötürülürdüsə, TRT nəticəsində bilik daima yenilənən və SI tərəfindən generasiya olunan bir axın olur. Artıq bilik → bacarıq → yaradıcılıq → sistem düşüncəsi zənciri prioritetə çevrilir.
Məktəb və universitetin funksiyası dəyişir. Əvvəl bunlar tədris mərkəzli qurum idisə, indi öyrənməni təşkil edən ekosistemdir. Məktəb artıq bilik verən deyil, öyrənmə bacarığını formalaşdıran məkandır.
Müəllimin rolu dəyişir. Ənənəvi müəllim bilik mənbəyi idi, yeni formatlı müəllim isə, SI ilə birgə çalışan mentor, kurator, dizaynerdir.
Qiymətləndirmə fəlsəfəsi dəyişir. Ənənəvi qiymətləndirmə yaddaş və imtahana əsaslanan testlərin tətbiqindən ibarət idisə, yeni qiymətləndirmə portfolio, layihə, bacarıq, sistem analizi, yaradıcı həllərdən istifadə edir. Bu vəziyyət də hüquqi çərçivənin dəyişməsini tələb edir.
Təhsil menecmenti dəyişir. Əvvəl təhsilin idarəedilməsi prosedur yönümlü bürokratiyaya əsaslanırdısa, indi təhsilin idarəedilməsi data yönümlü, çevik, proqnozlaşdırıcı idarəetməyə əsaslanır. Buna uyğun idarəetmə modelini mövcud qanun dəstəkləmir.Niyə yeni “Təhsil Qanunu” mütləqdir? Mövcud “Təhsil Qanunu” sənaye dövrü məntiqinə əsaslanırdı. Azərbaycanın “Təhsil Qanunu” struktur mərkəzlidir, idarəetmə vertikalıdır, proses yönümlüdür, innovasiya və çevik modelləri nəzərə almır, rəqəmsal öyrənmə və SI-in hüquqi statusunu tanımır. Bu “Təhsil Qanunu” SI əsrinin təhsilinin hüquqi infrastrukturunu yarada bilməz.
SI əsri üçün təhsildə hüquqi boşluqlar mövcuddur. Yeni yaradılmalı “Təhsil Qanunu” bu məsələləri tənzimləməlidir: SI-in təhsildə istifadə qaydaları, fərdi öyrənmə hüququ, SI mentorluğu və müəllim-assistent modeli, şagird datasının qorunması, rəqəmsal qiymətləndirmə, hibrid və on-demand təhsilin hüquqi status, təhsil müəssisələrinin rəqəmsal əkizləri, SI və robototexnika laboratoriyalarının standartları, SI-lə inkişaf edən kurikulum modelinin çərçivəsi. Sİ əsaslı təhsildə bunlar vacibdir, amma mövcud qanunda heç biri yoxdur.
Paradiqma dəyişikliyi hüquqi dəyişikliyi tələb edir. Təhsil paradiqması dəyişdikdə məqsədlər, prioritetlər, müəssisələrin funksiyası, müəllimin missiyası. öyrənmə mühiti dəyişir. Bütün bunlar yeni qanunda əks olunmalıdır, əks halda hüquq sistemi real proseslərdən geri qalacaq.
Yeni “Təhsil Qanunu”nun əsas prinsipləri bunlar olacaqdır:
• Fərdi öyrənmə hüququ. Şagirdə fərdi öyrənmə yolu təklif etmək məktəbin məsuliyyətinə çevrilməlidir.
• Müəllim–SI əməkdaşlığı. Qanun müəllimi əvəz edən deyil, gücləndirən SI modelini legitimləşdirməlidir.
• Rəqəmsal resurslara bərabər çıxış. Rəqəmsal ədalət prinsipi.
• Data etikası və təhlükəsizliyi. Şagird haqqında toplanan rəqəmsal məlumatların qorunması.
• Hibrid və çevik təhsil formaları. Onlayn, qarışıq, modul əsaslı, səriştə əsaslı modellərin hüquqi tanınması.
• Bacarıq əsaslı qiymətləndirmə. Portfelio, layihə, performans qiymətləndirilməsi qanuni status almalıdır.
• Məktəb və universitetlərin innovativ idarəedilməsi. Təhsildə data yönümlü idarəetmə, rəqəmsal əkizlər, proqnozlaşdırıcı analitika məsələləri qanuni status almalıdır.
• Ömürboyu təhsil çərçivəsi. Məktəb-ali təhsil-əmək bazarı arasında elastik keçid system qanuni status almalıdır.
Yeni qanun olmadan yeni paradiqmaya keçid səmərəli olmayacaq
Süni intellekt və rəqəmsal transformasiya bilik məzmununu, öyrənmənin strukturunu, təhsil prosesini, müəllimin funksiyasını, məktəbin idarəçiliyini radikal dəyişib. Yeni paradiqmanı hüquqi zəminə salmaq üçün tamamilə yeni “Təhsil Qanunu”na ehtiyac var.
Yeni “Təhsil Qanunu” olmadan islahatlar pərakəndə olacaq, rəqəmsal transformasiya strulturlaşmayacaq, SI təhsilə sistemli şəkildə inteqrasiya olunmayacaq, ölkə səriştə əsaslı iqtisadiyyata keçə bilməyəcək.

Oxşar xəbərlər


Bütün xəbərlər

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq