Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Nə qədər məzun təhsil aldığı universitetdə çalışır? - SORĞU

Ali təhsil müəssisələrində professor-müəllim heyətinin formalaşması akademik mühitin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu kontekstdə, müəllimlərin hansı faizinin çalışdıqları universitetin və ya akademiyanın məzunları olması mühüm göstərici kimi çıxış edir. Belə bir göstərici institusional davamlılıq, akademik ənənələrin qorunması və daxili kadr potensialının inkişafı baxımından əhəmiyyət daşıyır.

Ali təhsil müəssisələrində fəaliyyət göstərən professor-müəllim heyətinin neçə faizi çalışdığı universitetin və ya akademiyanın məzunlarıdır?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, universitetdə fəaliyyət göstərənlər içərisində məzunlarımızın sayı çoxluq təşkil edir.

“Onlar bu gün həm tədrisdə, həm də tədqiqatda uğurlu nəticələr göstərirlər. Universitet olaraq öz məzunlarımıza hər zaman üstünlük veririk. Ona görə ki, onlar mühəndis profilli ali təhsil müəssisəsində təhsil alıblar. Yəni ixtisas uyğundur və universitet onlara daha doğmadır”.

Azərbaycan Universitetindən (AU) əldə etdiyimiz məlumata əsasən, Azərbaycan Universitetinin professor-müəllim heyətinin təxminən 15 faizə yaxını universitet məzunlarıdır:

“Professor-müəllim heyətinin müəyyən bir hissəsinin universitetin öz məzunlarından ibarət olması akademik mühitdə davamlılıq və institusional yaddaşın qorunması baxımından müsbət amildir. Universitetin dəyərləri, korporativ mədəniyyəti və standartları daha asan, sistemli şəkildə qorunur və möhkəmlənir. Digər yandan universitetin məzunları daxili prosedurları yaxşı bildikləri üçün mühitə və işə tez uyğunlaşırlar.

Eyni zamanda, bu göstəricinin ümumi paya nisbətdə məhdud olması təxminən 15 faiz səviyyəsində qalması, kadr siyasətində açıq rəqabət prinsipinin saxlanıldığını, müxtəlif yerli və xarici universitetlərdə təhsil alan mütəxəssislərin universiteə cəlb edildiyini göstərir. Bu yanaşma akademik mühitdə intellektual müxtəlifliyin və keyfiyyətli rəqabətin balanslı şəkildə qorunmasına imkan yaradır".

Lənkəran Dövlət Universitetindən (LDU) məlumat verilib ki, LDU-da fəaliyyət göstərən professor-müəllim heyətinin 39 faizi universitetin məzunlarıdır:

“Bu göstərici ali təhsil müəssisəsində formalaşmış akademik ənənələrin davamlılığını təmin etməklə yanaşı, iş mühitinə müsbət təsir göstərir”.

Azərbaycan Tibb Universitetindən (ATU) qeyd olunub ki, Azərbaycan Tibb Universitetində professor-müəllim heyətinin əksəriyyəti universitetimizin məzunlarıdır:

“Tarixi olaraq tibbi kadrların hazırlanması əsasən ATU tərəfindən həyata keçirildiyi üçün profil kafedralarda çalışan əməkdaşların çoxu bizim məzunlarımızdır. Eyni zamanda, İctimai fənlər, Biologiya və Fizika-riyaziyyat sahələrini tədris edən müəllimlər digər universitetlərin məzunlarıdır. Son illərdə isə Türkiyə və digər xarici ölkələrdə təhsil almış mütəxəssislər də universitetimizdə fəaliyyət göstərir.

Kafedralarda professor-müəllim heyətinin davamlı ixtisasartırması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi akademik mühitimizin keyfiyyətinə müsbət təsir göstərir və universitetimizin rəqabət qabiliyyətini artırır”.

Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, professor-müəllim heyətinin 44%-i bu universitetin məzunlarıdır:

“Bu gösrətici əlbəttə akademik mühitin keyfiyyətinə və rəqabətliliyinə müsbət təsir edir. İlk növbədə məzunlar institusional yaddaşa malik olurlar. Onlar universitetin tədris fəlsəfəsini, akademik ənənəsini dərindən bilirlər. Bundan başqa, bu tendensiya uzun illər ərzində formalaşmış bilik və təcrübələrin, həmçinin tədqiqat istiqamətlərinin dərinləşməsinə də töhfə verə bilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) aldığımız məlumata görə, universitetdə fəaliyyyət göstərənlərin 49.2%-i ADPU-nun öz məzunudur.

Bakı Avrasiya Universitetindən (BAAU) bildirilib ki, hazırda ümumi universitetin akademik heyəti 198 nəfərdir:

“Onlardan 18 nəfəri bizim öz məzunlarımızdır. Bu da öz növbəsində 10% təşkil etmiş olur”

Oxşar xəbərlər

Bütün xəbərlər