Xəbər lentiwidget-title-icon

Məqsədim sadəcə xaricdə təhsil almaq deyil, öyrəndiklərimi Azərbaycanda dəyərə çevirməkdir
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
Bakıda Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib
Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edildi
Memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarına start verilib
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Müəllimlərə ŞAD XƏBƏR: Sertfikasiya balları ARTIRILIB
Doktoranturaya qəbulda beynəlxalq sertifikat müəmması: Nazirlər Kabineti ilə DİM-in qərarları arasında ziddiyyət var? - ARAŞDIRMA
ADNSU-da struktur dəyişikliyi və yeni təyinatlar olub
Azərbaycanlı uşaqların təqdimatında Finlandiyada “Arşın mal alan” nümayiş olunub
Bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır - SİYAHI
Magistraturanın ixtisas seçimi nəticələri nə zaman açıqlanacaq?- RƏSMİ
Təmayül məktəblərə şagird qəbulunun nəticəsi nə vaxt açıqlanacaq?
BMU “İnformasiya texnologiyaları” ixtisası üzrə abituriyentlər üçün geniş imkanlar yaradır
Peşə təhsilində böyük yenilənmə: 46 yeni emalatxana açıldı
Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
"Azərbaycanda süni intellekti öyrədəcək müəllim yoxdur" - Elmin Nuri
Dilimizdə haqqı və ədaləti müdafiə edən sözlər daha çoxdur
Nazir: Peşə təhsili uğurlu karyera üçün mühüm imkanlar yaradır
17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi olub
BMU-nun qəbul planında yeniliklər: 3 ikili diplom proqramı və yeni ixtisaslar
DİM sədri: Təhsildə rəqəmlərdən çox onların mesajını oxumaq lazımdır
Təmayül tədris modelinə keçən məktəblərdə müəllimlər üçün mükafat sistemi olacaq?
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

ADNSU-da struktur dəyişikliyi və yeni təyinatlar olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) idarəetmənin səmərəliliyinin artırılması, akademik fəaliyyətin müasir tələblərə və əmək bazarının dəyişən ehtiyaclarına uyğuntəşkili, eləcə də struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi məqsədilə genişmiqyaslı struktur yenilənməsi həyata keçirilib.

"Aztəhsil.az" xəbər verir ki, ADNSU Elmi Şurasının qərarına əsasən, universitetin təşkilati strukturu optimallaşdırılıb, fakültə və kafedraların fəaliyyət istiqamətləri yenidən formalaşdırılıb. Dəyişikliklər nəticəsində fakültələrin sayı 7-dən 6-ya, kafedraların sayı isə 24-dən 18-ə endirilib. Eyni zamanda Xarici dillər mərkəzi və AZİU Biznes Məktəbi yaradılıb.

Universitetin yenilənmiş strukturunda aşağıdakı fakültələr fəaliyyət göstərəcək:

• Rəqəmsal texnologiyalar fakültəsi;

• Yer elmləri və neft mühəndisliyi fakültəsi;

• Kimya texnologiyaları fakültəsi;

• Sənaye mühəndisliyi fakültəsi;

• Energetika fakültəsi;

• Biznes və idarəetmə fakültəsi.

Struktur dəyişiklikləri çərçivəsində yeni yaradılan Rəqəmsal texnologiyalar fakültəsinə dekan, fakültənin üç kafedrasına isə müdirlər təyin olunub.

Fizika-riyaziyyat elmləri namizədi, professor Araz Əliyev ADNSU-nun Rəqəmsal texnologiyalar fakültəsinin dekanı təyinedilib. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Araz Əliyevin 27 ildən artıq elmi-pedaqoji təcrübəsi var. O, Bakı Dövlət Universitetində müəllim, dosent və professor, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi çalışıb. 2016-cı ildən ADNSU-nun Ümumi və tətbiqi riyaziyyat kafedrasına rəhbərlik edib. Araz Əliyev 2020-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Teknika üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova Kompüter elmləri mühəndisliyi kafedrasının müdiri təyinolunub. ADNSU-da tətbiqi riyaziyyat və riyazi modelləşdirmə üzrə təhsil alan Nigar İsmayılovanın təxminən 16 illik elmi-pedaqoji təcrübəsi var. O, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri, ADNSU-da baş müəllim və dosent, universitetin HPC Mərkəzində isə elmi-təşkilati işlər üzrə icraçı kimi çalışıb. Nigar İsmayılova 2016-cı ildə “İlin gənci” mükafatına layiq görülüb, Erasmus və “Horizon 2020” proqramlarında iştirak edib.

Texnika üzrə fəlsəfə doktoru Əziz Nuriyev İnformasiya texnologiyaları kafedrasının müdiri təyin olunub. ADNSU-nun Avtomatlaşdırılmış informasiya emalı və idarəetmə sistemləri ixtisasının məzunu olan Əziz Nuriyevin 32 ilə yaxın əmək təcrübəsi var. O, 1994–2020-ci illərdə dövlət qurumlarında informasiya sistemləri, rəqəmsal infrastruktur və informasiya təhlükəsizliyi sahələrində çalışıb. Daha sonra Xəzər Universitetində informasiya sistemləri meneceri, ADNSU-da şəbəkə administratoru və Rəqəmsal texnologiyalar sektorunun rəhbəri kimi fəaliyyət göstərib.

Riyaziyyat üzrə elmlər doktoru, professor Elnur Xəlilov Riyaziyyat kafedrasının müdiri təyin olunub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin məzunu olan Elnur Xəlilovun 26 ilə yaxın elmi-pedaqoji təcrübəsi var. O, 2000-ci ildən ADNSU-da böyük laborant, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Elnur Xəlilov riyaziyyat üzrə çoxsaylı elmi məqalələrin, dərs vəsaitlərinin və metodik nəşrlərin müəllifidir.

Yeni təyinatların Rəqəmsal texnologiyalar fakültəsində tədris və elmi-tədqiqat fəaliyyətinin inkişafına, müasir rəqəmsaltexnologiyalar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına vəuniversitetin rəqəmsal transformasiya hədəflərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Oxşar xəbərlər

Bütün xəbərlər