Xəbər lentiwidget-title-icon

Məqsədim sadəcə xaricdə təhsil almaq deyil, öyrəndiklərimi Azərbaycanda dəyərə çevirməkdir
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
Bakıda Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib
Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edildi
Memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarına start verilib
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Müəllimlərə ŞAD XƏBƏR: Sertfikasiya balları ARTIRILIB
Doktoranturaya qəbulda beynəlxalq sertifikat müəmması: Nazirlər Kabineti ilə DİM-in qərarları arasında ziddiyyət var? - ARAŞDIRMA
ADNSU-da struktur dəyişikliyi və yeni təyinatlar olub
Azərbaycanlı uşaqların təqdimatında Finlandiyada “Arşın mal alan” nümayiş olunub
Bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır - SİYAHI
Magistraturanın ixtisas seçimi nəticələri nə zaman açıqlanacaq?- RƏSMİ
Təmayül məktəblərə şagird qəbulunun nəticəsi nə vaxt açıqlanacaq?
BMU “İnformasiya texnologiyaları” ixtisası üzrə abituriyentlər üçün geniş imkanlar yaradır
Peşə təhsilində böyük yenilənmə: 46 yeni emalatxana açıldı
Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
"Azərbaycanda süni intellekti öyrədəcək müəllim yoxdur" - Elmin Nuri
Dilimizdə haqqı və ədaləti müdafiə edən sözlər daha çoxdur
Nazir: Peşə təhsili uğurlu karyera üçün mühüm imkanlar yaradır
17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi olub
BMU-nun qəbul planında yeniliklər: 3 ikili diplom proqramı və yeni ixtisaslar
DİM sədri: Təhsildə rəqəmlərdən çox onların mesajını oxumaq lazımdır
Təmayül tədris modelinə keçən məktəblərdə müəllimlər üçün mükafat sistemi olacaq?
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Məqsədim sadəcə xaricdə təhsil almaq deyil, öyrəndiklərimi Azərbaycanda dəyərə çevirməkdir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin biznesin idarə edilməsi ixtisası üzrə məzunu Nizami Ömərli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub. O, tələbəlik illərində “Erasmus” mübadilə proqramı çərçivəsində Portuqaliyanın Avropa Biznes Məktəbində beynəlxalq akademik təcrübə qazanıb. Bu il isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetində data analitika ixtisası üzrə magistratura təhsili alacaq. AzEdu.az xəbər verir ki, Nizami Ömərli AZƏRTAC-a müsahibəsində Dövlət Proqramına qəbul yolu, təhsil planları və gələcək fəaliyyət istiqamətləri barədə danışıb.

–Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul olunmaq üçün hazırlıq prosesiniz necə keçdi? Müraciət zamanı sizin üçün ən çətin mərhələ hansı oldu?

– Mənim üçün hazırlıq prosesi sadəcə xaricdə təhsil almaq məqsədi daşımırdı. Dövlət Proqramına müraciət etməzdən əvvəl nə istədiyimi, niyə məhz bu istiqaməti seçdiyimi və əldə edəcəyim biliklərin gələcəkdə mənə və ölkəmə necə fayda verəcəyini aydın şəkildə müəyyənləşdirmişdim. Ən vacib məsələ qəbul olmaqdan daha çox, bu təhsilin gələcək planlarımla uyğunluğunu düzgün qiymətləndirmək idi. Düşünürəm ki, məqsədini dəqiq müəyyənləşdirən insan üçün hazırlıq prosesi daha sistemli və motivasiyalı keçir.

– Böyük Britaniyanın Qlazqo Universitetində data analitika ixtisasını seçməyinizin səbəbi nədir?

– UNEC-də biznesin idarə edilməsi ixtisasının biznes analitikası istiqaməti üzrə bakalavr təhsili almışam. Təhsilimin son illərində data analitikaya böyük maraq göstərməyə başladım. Bu sahə üzrə biliklərimi daha da dərinləşdirmək üçün hazırda Azərbaycanda data elmləri sahəsində ölkənin aparıcı təhsil mərkəzlərindən birində təqaüdlü təhsil alıram.

Universitet seçərkən əsas meyarım yalnız beynəlxalq reytinq olmadı. İstəyirdim ki, magistratura proqramı indiyədək qazandığım bilikləri təkrarlamasın, əksinə, onları daha da inkişaf etdirsin. Qlazqo Universitetinin “Data Analytics” proqramının məzmunu, fənləri və praktiki yanaşması məhz bu baxımdan gözləntilərimə tam cavab verdi. Bu proqram mənə həm analitik düşüncəmi dərinləşdirmək, həm də real biznes problemlərinin data əsasında həlli istiqamətində peşəkar bacarıqlarımı inkişaf etdirmək imkanı yaradacaq.

– Xaricdə əldə edəcəyiniz bilik və təcrübəni təhsilinizi başa vurduqdan sonra Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi planlaşdırırsınız?

– Mənim üçün bu təhsil şəxsi uğurdan daha çox, gələcəyə qoyulan investisiyadır. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq dataəsaslı qərarvermə, rəqəmsal transformasiya və biznes analitikası sahələrində fəaliyyət göstərmək istəyirəm. İnanıram ki, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi dövlət və özəl sektorda daha səmərəli idarəetmə mexanizmlərinin formalaşmasına, innovativ həllərin inkişafına və rəqəmsal iqtisadiyyatın güclənməsinə töhfə verə bilər. Mənim də hədəfim bu prosesin bir parçası olmaqdır.

Oxşar xəbərlər

Bütün xəbərlər