Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli

Azərbaycan məktəblərində geniş təmayülləşmənin təməli 2015-ci ildə - Mikayıl Cabbarov nazir olan vaxt qoyulub. Əhatə dairəsi kifayət qədər geniş olduğu üçün hamıya daha əlçatan idi. Cabbarov təhsil naziri postundan getdikdən sonra onun uğurlu təşəbbüsləri də məqsədyönlü şəkildə gözdən salındı. Çünki anlamı olmayan layihələrə milyonlarla manat dövlət vəsaitini sağa-sola xərcləmək məktəbdən xəbəri olmayan təhsil idarəçilərinin əsas iş prinsipidir.

Son 2 ildə 10 ildən çoxdur təmayülləşən məktəblər başqa adlar altında yenidən təmayülləşdirilir. Gülüncdür, elə deyilmi? Amma ən tragikomik tərəfi odur ki, 2025-2026-cı dərs ilində adını Tam orta məktəb layihəsi, bu ildən isə Yeni təmayül tədris modeli qoyublar. Yəni bir ildə öz qoyduqları adı belə dəyişməyə məcbur qaldılar.

Suallar yaranır yeni təmayül tədris modeli ideyası elmi-pedaqoji baxımdan əsalandırılıbmı? Əlbəttə yox! Niyəsi aşağıdakı suallardadır:

1)2015-ci ildə dövlət tərəfindən verilmiş qərarla yaradılmış təmayül siniflər niyə özünü doğrultmadı?

2)Hər rayon və şəhərdə bir neçə məktəbdən aşağı sinifləri qovmaq və ancaq 10-11-ci sinifləri saxlamaqla "kəşf" etdiyiniz Tam orta məktəb layihəsi ilk ilində niyə fiaskoya uğradı?

3)Yaşadığı ərazidəki məktəbdən aşağı sinif (l-IX) şagirdlərinin iradələrinə zidd olaraq kınarlaşdırılması Konstitusiyaya, uşaqların təhsil hüquna və son illərin dislokasiya (ərazi prinsipi) əsasında məktəb seçmək qaydasına zidd deyilmi?

4)Bir qrup şagirdə seçilmiş müəllimlərin dərs keçməsinə xidmət edən Yeni təmayül tədris modeli uşaqlar arasında diskriminasiyaya şərait yaradılması deyilmi?

5)Uşaqların tədris nəticələrinə görə fərqli məktəblərə toplanması pedaqoji yanaşmalar baxımından uyğundurmu?

6)Yeni təmayül tədris modelinin məqsədərində elan etdiyiniz "ali məktəbə hazırlıq" prinsipi dövlətin təhsil siyasəti ilə ziddiyyət təşkil etmirmi?

7)Yeni təmayül tədris modeli üzrə günüuzadılmış (saat 16:00-a qədər) rejimdə dərs keçən uşaqların yemək təminatı nəzərdə tutulurmu? Bunun üçün məktəblərdə şərait varmı?

8)Şagirdlərin bilik və yaş səviyyələrinə görə bölünməsi uşaqların sosiallaşması və psixoloji yetkinliyi baxımından nə dərəcədə doğrudur?

9)Sertifikatlaşdırma imtahanı və MİQ üzrə yüksək nəticə göstərən müəllimlərin bir neçə məktəbə toplanması digər çoxsaylı məktəblərin səviyyəsinin daha da zəifləməsinə gətirmir?

10)Digər məktəbdə çalışan yüksək təcrübəli müəllimin illərlə dərs dediyi şagirdlərindən ayırmaqla həmin uşaqlara vurduğunuz mənəvi-psixoloji zərbəni nəzərə almısınızmı?

11)Doqquz il eyni sinifdə oxuyan şagirdləri ayrıseçkiliklə bölmək, onları öz dostlarından, sevimli müəllimlərindən ayırmaq elmi-pedaqoji savadsızlıq deyilmi?

12)Ali məktəbə bir neçə məktəbdə uşaq hazırlamaq Elm və Təhsil Nazirliyinin statusuna və dövlət tərəfindən qarşısında qoyulmuş vəzifələrə aiddirmi?

13)Ali məktəblər üçün şagird hazırlıq mərkəzi funksiyalı məktəb yaratmaqla Elm və Təhsil Nazirliyinin Dövlət İmtahan Mərkəzinə məğlub olduğunu təsdiq etmirmi?

14)Yeni təmayül tədris modelinin ölkə üzrə neçə məktəbdə tətbiq olunması nəzərdə tutulur?

15)Yeni təmayül tədris modelinin növbəti ildən tətbiq olunması nəticəsində əlavə nə qədər dövlət vəsaiti sərf olunacaq?

16)Yeni təmayül tədris modelinin tətbiqi ilə həmin məktəblərdən çıxarılan şagirdlərin yerləşdiyi digər məktəblərdə yaranan sıxlıq nəzərə alınmayıb?

17)Yeni təmayül tədris modelinin tətbiq olunması ilə məktəbləri birinci və ikinci sort (növ) olaraq bölmək pedaqoji prinsiplər baxımından zərərli deyilmi?

18)Əminsiniz ki, Yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin şagirdləri əlavə repetitor yanına hazırlığa getməyəcək? Təcrübə göstərir ki, xüsusi imtahanla ən bilikli şagirdlərin seçilib yerləşdirildiyi bütün lisey və gimnaziyalarda belə uşaqlar əlavə ödəniş hesabına öz müəllimləri tərəfindən hazırlığa cəlb edilib.

19)Məqsəd təmayül üzrə daha gücləndirlmiş təhsil vermədən ibarətdirsə, nə üçün 10 ildən çoxdur 4 istiqamət üzrə tətbiq olunan təmayül siniflərdə tədrisin keyfiyyətinin artırılmasına cəhd etmədiniz? Bu hərəkət xələfinizə qarşı çıxmaq deyilmi?

20)Yeni təmayül tədris modelinin böyük ehtimal olunan uğursuzluğunu risk kimi qiymətləndirirsinizmi? Gözlənildiyi kimi layihə uğursuz olarsa, minlərlə şagirdin taleyi ilə oynayan kimsə cavabdeh olacaqmı? Yoxsa bu da sistem xətası, ənənəvi yanlışlıq kimi yola veriləcək?

Suallar çox, cavab verə biləcək məsuliyyət sahibi isə görünmür. Necə ki Yeni təmayül tədris modelinin sabahı görünmür.

Oxşar xəbərlər

Bütün xəbərlər