ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
İki universitet, iki diplom, beynəlxalq təhsil imkanı!
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universitetinin bakalavriat səviyyəsi üzrə birgə həyata keçirdiyi, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən beynəlxalq ikili diplom proqramı kənd təsərrüfatı sahəsində müasir biliklərə yiyələnmək istəyən gənclərə geniş imkanlar yaradır.
Proqramın üstünlükləri:
• 3 il Azərbaycan Dövlət Aqrar Universitetində təhsil
• 1 il Ege Universitetində təhsil
• Ege Universitetində 4 həftəlik istehsalat təcrübəsində iştirak imkanı
• Təhsilin tam dövlət hesabına maliyyələşdirilməsi
• Məzun olduqda hər iki universitetin diplomunun əldə edilməsi
Proqram çərçivəsində dərslər Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universitetinin professor-müəllim heyəti tərəfindən Azərbaycan və türk dillərində tədris olunacaq.
Qeyd edək ki, 1 illik türk dili hazırlığı və səviyyə imtahanı da tam ödənişsiz təşkil ediləcək.
2026/2027-ci tədris ili üzrə ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanları əsasında aparılır. Proqram üçün ayrıca müraciət və ya seçim prosesi nəzərdə tutulmur.
Ətraflı məlumat üçün: dp.edu.az



























