Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI - ŞİKAYƏT

"Sizə bir faktdan danışım, ölkənin təhsil sisteminə kimlərin rəhbərlik etdiyini tam təsəvvür edin..."
Tehsilmedia.com bildirir ki, Dia.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında əslən Şəkidən olan ictimai fəal Sahib Kərimli qeyd edib.
O daha sonra bildirir: "Təsəvvür edin ki, Şəki rayonu Bideyiz kənd tam orta məktəbi 40 ildir təmir edilmir, isitmə sistemi işləmir, pəncərələrinin çoxu yoxdur, heç bir müasir təhsil avadanlığı ilə təchiz edilməyib, amma bu məktəbdə 16 otaq yüksək təmirli ayaqyolu var. Son beş ildə Təhsil Nazirliyi bu məktəbdə ancaq ayaqyolu tikir. Şişirtmə deyil, tragikomediyadır. Arzu edən, gülmək istəyən, yaradıcı bloqerlik etmək istəyən gedib baxa bilər.
Bir lətifə də Bideyiz kəndində yaranıb. Camaat deyir ki, biz uşaqlara təlim-təhsil öyrətsinlər istəyirik, bunlar .... öyrətməyə hazırlaşırlar.
Deməli, bu 16 otaq ayaqyolunun ilk 8 otağını pandemiya vaxtı tikməyə başladılar. Bu il isə Təhsil Nazirliyi, 40 ildir təmir edilməyən məktəbə əlavə olaraq, 8 otaq ayaqyolu tikir.
Ayaqyolunun kanalizasiya quyusunu kəndin mərkəzi yolunun 4 metrliyinə qazıblar. Yerli İcma olaraq təklif etdik ki, bu quyunu daha münasib yerə keçirin.
Emin Əmrullayevin pulqazanan podratçı şirkəti deyir ki, bizə quyunun yerini məktəb direktoru göstərib, bizim standartlara və qaydalara görə kanalizasiya quyusunun yerini təhsil işçiləri müəyyən etməlidir, podratçı tikinti şirkəti yox.
...Təhsildə Emin Əmrullayev standartı: istiliyi, təlimi, təhsili olmayan hər 10 uşağa bir ayaqyolu!.."


























