Xəbər lentiwidget-title-icon

MDU ingilis dili müəllimliyi üzrə vakansiya elan edir
Kolleclərin sayı ARTIB
Şagirdlərin süni intellekt alətlərindən istifadəsinə QADAĞA QOYULDU
AzTU 14-cü qlobal istiləşmə üzrə beynəlxalq konfransa ev sahibliyi edir
6 idmançı ADPU-ya müsabiqədənkənar qəbul olunub
Rektor AzTU-ya yüksək balla qəbul olunan tələbə ilə görüşüb
Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir
Bu gün 1-ci sinfə qəbul başa çatır
Sertifikasiyanın müsahibə mərhələsi BAŞLAYIR
Himayədar ailələr üçün yeni dəyişikliklər edilib
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya - FAKTLAR, FOTOLAR
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...
Bakıdakı məktəblər dezinfeksiya edilir
Məktəbəhazırlığa ilk dəfə gedən uşaqlar - Uşağı valideyndən ayrılığa necə hazırlamalı?
Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
Abşeron rayonu üzrə təhsil işçilərinin sentyabr konfransı keçiriib - FOTOLAR
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb
11,5 milyon manatlıq tender: Elnur Əliyevin rolu və qanunsuzluğun təsdiqi...
Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan alıb
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb
Bakalavrlar bu ixtisasları seçmir - Magistratura üzrə STATİSTİKA
Asiman İlyasov: Müasir universitetin çevik idarəetmə sistemi olmalıdır
Məktəblərdə çalışan tibb işçilərinin əməkhaqqıları artırılır
Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib

Yeni dövrün tələbi - Süni intellekt dərsi məktəbdən başlamalıdır

“Süni intellekt ixtisası xüsusilə də ali təhsil müəssisələrində mütləq şəkildə tədris olunmalıdır. Mən hətta bunun orta məktəblərdə də keçirilməsini təklif edirəm. Çünki süni intellekt dərsləri orta məktəbdə tədris edilərsə, şagird ali təhsil müəssisəsinə gələnə qədər müəyyən baza biliklərinə sahib olacaq”.

Tehsilmedia.com xəbər verir ki, bu fikirləri Azedu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis Ramin Nurəliyev bildirib.

Ekspertin sözlərinə görə, əslində Azərbaycanda müasir dövrün tələblərinə cavab verən ixtisaslar mövcuddur:

“Əlbəttə ki, bu ixtisaslar düzgün şəkildə tədris olunarsa, çox faydalı ola bilər. Məsələn, mexanika və robototexnika mükəmməl ixtisaslardır və bir çox inkişaf etmiş ölkələrdə bu sahəyə ciddi tələbat var. Təəssüf ki, bizdə bu ixtisasların tədrisində ciddi nöqsanlar mövcuddur. İxtisas tələb olunan istiqamətdə həyata keçirilmir. Bu sahədə təhsil alan gənclər də tez-tez şikayət edirlər. Şikayətlərin əsas səbəblərindən biri odur ki, robototexnika üzrə oxuyan tələbələr praktik biliklər qazana bilmirlər.

Xüsusilə də mühəndislik ixtisasları üzrə narazılıqlar çoxdur. Məsələn, maşın mühəndisliyi oxuyan tələbə praktik bacarıqları mənimsəyə bilmir. Halbuki tələbə mütləq zavodlarda təcrübə keçməlidir. Çünki maşın istehsalı ilə bağlı müəssisələrdə təcrübə keçmək bu sahənin əsas şərtidir. Təəssüf ki, bu imkanlar Azərbaycanda məhdud şəkildə mövcuddur.

Ümumilikdə, müasir tələblərə uyğun ixtisasların həyata keçirilməsi vacibdir. Bəzi ixtisaslar artıq dövrün tələblərinə uyğun deyil və ixtisar edilməlidir. Digər tərəfdən, bəzi müasir ixtisaslar isə ali təhsil müəssisələrində daha geniş şəkildə tətbiq olunmalıdır. Məsələn, süni intellekt ixtisası. Mən bunu yalnız ali məktəblərdə deyil, həm də orta məktəblərdə tədris olunmasını təklif edirəm. Çünki süni intellekt dərsləri orta məktəbdən başlayarsa, ali məktəbə gələnə qədər şagird müəyyən baza biliklərinə sahib olacaq”.

Süni intellektlə bağlı layihələrin təməli orta məktəbdən qoyulmalıdır

“Hesab edirəm ki, ali məktəblərdə süni intellekt fənlərinə xüsusi diqqət ayrılmalıdır. Bununla yanaşı, data analitika ixtisası artıq açılıb və bu sahə üzərində ciddi işlənməlidir. Çünki bu ixtisas çox əhəmiyyətlidir. Tələbələrin yalnız kompüterlə deyil, müasir texnoloji avadanlıqlarla işləmək imkanı olmalıdır. Təəssüf ki, bəzi hallarda ali məktəblərdə laboratoriya imkanları yoxdur və tələbələr bundan çox narazıdırlar.

Bu səbəbdən yüksək bal toplayan gənclərimiz xarici ali məktəblərə üz tutur. Hətta 600-dən çox bal toplayıb Azərbaycanda universitetə qəbul olan, lakin sonra xaricə gedənlər var. Ötən il isə 700 bal toplayan bir abituriyent Tibb Universitetinə qəbul olsa da, Türkiyədə oxumağı seçib. Yüksək bal toplayan gənclərin xaricə üz tutmasının səbəbi odur ki, Azərbaycanda nəzəri bilik var, amma praktik imkanlar çatışmır. Buna görə də ali məktəblərdə ciddi islahatlar aparılmalıdır. Əgər biz mühəndislik ixtisası açırıqsa, tələbəyə praktiki imkan da yaratmalıyıq.

Süni intellekt ixtisası açılır, amma tələbə real proqram hazırlaya biləcəkmi? Bu, əsas suallardan biridir. Bir neçə gün öncə Elm və Təhsil naziri Emin Əmrullayevin açılış etdiyi Süni İntellekt Akademiyası böyük əhəmiyyət daşıyır. Bu akademiyanın dəstəyi ilə ali məktəblərdə süni intellekt ixtisası bərpa olunacaq və tələbələrin praktiki biliklər əldə etməsinə şərait yaradılacaq.

Bu, müsbət siqnaldır ki, yaxın gələcəkdə Azərbaycanda süni intellekt sahəsində inkişaf olacaq. Hesab edirəm ki, 7-10 ildən sonra süni intellekt dövrü başlayacaq. Bir çox ixtisaslar sıradan çıxacaq və onların yerini süni intellekt tutacaq. Artıq robotlaşdırma və proqramlaşdırma dövrü gəlir. Azərbaycan bu yarışda geri qalmamaq üçün mütləq ciddi addımlar atmalıdır. Bu işlərin təməli isə orta məktəbdən qoyulmalıdır. Orta məktəblərdə süni intellekt dərsləri mütləq keçirilməlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər