Xəbər lentiwidget-title-icon

Magistraturada ixtisasını dəyişmək istəyənlərlə bağlı AÇIQLAMA
Günəşdə yeni güclü alışmalar gözlənilir
MDU ingilis dili müəllimliyi üzrə vakansiya elan edir
Kolleclərin sayı ARTIB
Şagirdlərin süni intellekt alətlərindən istifadəsinə QADAĞA QOYULDU
AzTU 14-cü qlobal istiləşmə üzrə beynəlxalq konfransa ev sahibliyi edir
6 idmançı ADPU-ya müsabiqədənkənar qəbul olunub
Rektor AzTU-ya yüksək balla qəbul olunan tələbə ilə görüşüb
Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir
Bu gün 1-ci sinfə qəbul başa çatır
Sertifikasiyanın müsahibə mərhələsi BAŞLAYIR
Himayədar ailələr üçün yeni dəyişikliklər edilib
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya - FAKTLAR, FOTOLAR
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...
Bakıdakı məktəblər dezinfeksiya edilir
Məktəbəhazırlığa ilk dəfə gedən uşaqlar - Uşağı valideyndən ayrılığa necə hazırlamalı?
Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
Abşeron rayonu üzrə təhsil işçilərinin sentyabr konfransı keçiriib - FOTOLAR
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb
11,5 milyon manatlıq tender: Elnur Əliyevin rolu və qanunsuzluğun təsdiqi...
Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan alıb
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb
Bakalavrlar bu ixtisasları seçmir - Magistratura üzrə STATİSTİKA
Asiman İlyasov: Müasir universitetin çevik idarəetmə sistemi olmalıdır

Himayədar ailələr üçün yeni dəyişikliklər edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.

Nazirlikdən verilən məlumata görə, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.

Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət şəraitlərinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Bu mərhələni uğurla başa vuran himayədar valideyn-namizədlər Nazirlik tərəfindən minimum müddəti 3 gündən az olmayan təlimlərə cəlb edilirlər.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bundan sonra himayədar valideyn-namizədlər üçün təlimlərin onlayn formatda təşkili də mümkün olacaq.

Təlimin sonunda aparılmış qiymətləndirmədə müsbət nəticəsi olan himayədar valideyn-namizədlərin istəkləri nəzərə alınmaqla, onlara uyğun uşağın seçilməsi müddəti də qısaldılaraq 7 iş günündən 5 iş gününə endirilib.

Himayədar ailə prosesinin mərhələlərinin (müsahibənin keçirilməsi, maddi-məişət şəraitinin müayinəsi, təlim nəticələrinin qiymətləndirilməsi, uşağa uyğun himayədar valideynin və ya himayədar valideyn-namizədə uyğun uşağın seçilməsi, namizədlə uşağın görüşlərinin təşkili və himayədar ailə müqaviləsinin bağlanması) hər birinin nəticəsi üzrə operativ və optimal qərarların qəbul edilməsi müddəti də artıq konkretləşdirilərək 3 iş günü müəyyən edilib.

Bu son dəyişikliklər uşağın himayədar ailəyə keçidi prosesinin daha qısa müddətdə tamamlanmasına, bunun üçün minimal müddətin azalaraq 2 həftəyə enməsinə imkan yaradır.

Qeyd olunub ki, himayədar ailə institutu müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların ailə əsaslı qayğı ilə əhatə olunmasında, onların müəssisələrdən ailə mühitinə reinteqrasiyasında mühüm önəm kəsb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər