Xəbər lentiwidget-title-icon

Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Sevinc Orucova KİMƏ ARXAYINDIR?

44 il müəllimlik. 65 yaş. 96 bal. Prezident təltifləri. Prezident təqaüdü. Və qarşıda bir direktorun qərarı.. Məmmədova Nəzakət İsak qızı 44 ilini təhsilə həsr etmiş müəllimdir. Bu illərin nəticəsində dövlət səviyyəsində təltiflər alıb, “Əməkdar müəllim” adına layiq görülüb, Prezident təqaüdü alıb, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 65 yaşında isə kənara çəkilməyib. Sertifikatlaşdırmaya könüllü qatılıb. 54 bal imtahan. 40 bal müsahibə. 96 bal nəticə. Yəni, dövlətin müəyyən etdiyi mexanizm qarşısında öz peşəkarlığını bir daha nümayiş etdirib.

İndi isə sualımız Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovayadır.

Siz kimə arxayınsınız? Kimə arxayınsınız ki, 44 ilini təhsilə həsr etmiş, dövlət tərəfindən “Əməkdar müəllim” adı verilmiş, Prezident təqaüdünə layiq görülmüş və 65 yaşında sertifikatlaşdırmadan 96 bal toplamış müəllim öz əmək fəaliyyətini davam etdirmək istəyərkən qarşısında belə bir münasibətlə üzləşir?

Nəzakət Məmmədova sadəcə sıradan bir müəllim deyil. O, dövlətin özünün qiymətləndirdiyi müəllimdir. Əgər onun fəaliyyətini davam etdirməsinə maneə varsa, bu maneənin hüquqi əsası haradadır? Əgər dərs yükü məsələsidirsə — bölgünün meyarı nədir? Əgər yaş məsələsidirsə — hüquqi əsas nədir? Əgər direktorun şəxsi qərarıdırsa — həmin qərarın məsuliyyəti kimdədir? Yox, əgər bütün bunların arxasında başqa səbəb dayanırsa, onda daha ciddi sual ortaya çıxır:
Nədir Nəzakət Məmmədovaya qarşı bu münasibətin səbəbi? Onun YAP üzvü olmasıdır? Onun Prezident təqaüdçüsü olmasıdır? Yoxsa dövlət tərəfindən verilmiş fəxri adları və təltifləri bu liseydə hansısa şəxsin şəxsi münasibətindən daha aşağıda dayanır?

Amma burada daha bir məqamın da araşdırılmasına ehtiyac var.

Açıq mənbələrdə Sevinc Orucovanın Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi və bununla bağlı vaxtilə töhmət aldığı barədə məlumatlar yayılıb. Bəzi media materiallarında isə Orucovanın Ramiz Mehdiyevin yaxın qohumu olduğu iddia edilir. Əgər bu qohumluq məlumatı doğrudursa, onda daha bir sual yaranır:
Görəsən, Nəzakət Məmmədovaya münasibətin arxasında Ramiz Mehdiyevlə bağlı keçmiş əlaqələr və ya hansısa şəxsi sədaqət hissi dayana bilərmi?
Bəlkə, məsələ Nəzakət müəllimənin 65 yaşında olması deyil? Bəlkə, məsələ onun YAP üzvü, Prezident təqaüdçüsü və dövlət təltiflərinə layiq görülmüş müəllim olmasıdır? Yoxsa bütün bunların heç bir əlaqəsi yoxdur?
Əgər əlaqəsi yoxdursa, bunu ortaya qoymaq çətin deyil. Sadəcə sənədlər açıqlansın. Nəzakət Məmmədovanın əmək müqaviləsinin niyə davam etdirilmədiyi, dərs yükünün hansı əsasla bölüşdürüldüyü və qərarın hansı normativ sənədə əsaslandığı açıqlansın.
Daha bir sual:

Bir direktor hansı halda özünü dövlətin verdiyi qiymətdən üstün mövqedə görə bilər? Əgər Prezidentin imzası ilə verilmiş təltif, dövlətin ayırdığı Prezident təqaüdü və müəllimin 96 ballıq sertifikatlaşdırma nəticəsi direktor üçün heç bir əhəmiyyət daşımırsa, onda həmin meyarların müəllim üçün nə əhəmiyyəti qalır?

Biz heç kimi qabaqcadan ittiham etmirik. Biz sual veririk. Və bu sualın cavabını da Sevinc Orucovadan, Heydər Əliyev adına lisey rəhbərliyindən və Elm və Təhsil Nazirliyindən gözləyirik:
44 illik müəllimin qarşısında hansı hüquqi əsas dayanır?

Çünki əgər ortada qanuni və obyektiv səbəb yoxdursa, onda artıq söhbət bir müəllimin işindən yox, dövlətin müəllimə verdiyi qiymətin bir direktor səviyyəsində necə tətbiq edilməsindən gedir.
Və ən vacib sual:
Əgər Nəzakət Məmmədova dövlət üçün dəyərli müəllimdirsə, kimdir onu bir direktorun qarşısında dəyərsiz vəziyyətə salan? Bu suala cavab verilməlidir.

Tehsilmedia.com

Oxşar xəbərlər

Bütün xəbərlər