"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının Şirvan Peşə Liseyinə yenicə təyin etdiyi direktor Vasif Eyvazov 20-25 ilin işçilərini müxtəlif bəhanələr gətirərək işdən azad edir. Əvəzində isə müqavilə ilə öz tanışlarını, yaxın adamlarını işə qəbul edir.
Vasif Eyvazovla bağlı şok xəbərlərimiz olacaq. Vasif Eyvazov kimdir və bu posta necə gətirilib?
Peşə Təhsili üzrə Dövlət Agentliyi demək olar ki, bütün işçiləri ilə Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur. Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab olunur.
Göründüyü kimi, 20-25 ilin işçilərini aldadıb onlarla müddətli əmək müqaviləsi bağlayırlar və və istədikləri zaman çıxara bilirlər... Bu İlqar Bayramlının Azərbaycanın qanunlarına hörmətsizliyi ilə yanaşı, qanunları saymadığının bariz nümunəsidir. Ölkənin təhsil sistemini Emin Əmrullayev necə bərbad günə qoyubsa, vəzifələrə təyin etdiyi şəxslər də onun kimi qanunları, insanlığı, işçi əməyini kobud şəkildə pozmaqda davam edirlər.
Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur...
Bir şəxs də tapılmır ki, çıxıb bu adamlara "dur" desin. İnsanları əsasən bölgələrdə, heç bir əsası olmayan səbəblərdən işdən çıxarmaq nə deməkdir? Dərəbəylikdir, yoxsa siz bu ölkənin vətəndaşını nə hesab edirsiz? Vasif Eyvazov kimdir və ona Peşə Liseyində "gestapo" yaratması üçün kim hansı səlahiyyəti verib?





























