Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycan gənclərinin beynəlxalq səviyyədə peşəkar inkişafına və qlobal gənclər gündəliyində təmsilçiliyinə yeni imkanlar yaratmaq məqsədilə ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Gənclər Ofisində Azərbaycan gəncləri üçün beynəlxalq təcrübə proqramına start verilir.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proqram çərçivəsində Azərbaycan gəncləri arasından ümumilikdə 2 nəfərin seçilməsi nəzərdə tutulur. Hər vakansiya üzrə yalnız 1 nəfər seçiləcək.

Seçilmiş iştirakçılar BMT Gənclər Ofisinin ABŞ-ın Nyu-York şəhərində yerləşən ofisində 6 ay müddətində tam ştatlı təcrübə proqramında iştirak edəcəklər.

Proqram haqqında ümumi məlumat

Təşkilat: BMT Gənclər Ofisi
Təcrübə yeri: Nyu-York, ABŞ
Müddət: 6 ay
İş rejimi: Tam ştat
İstiqamətlər: Policy Intern / Communications Intern
İştirakçı sayı: 2 nəfər (hər istiqamət üzrə 1 nəfər)
Təcrübə proqramı: Ödənişsiz əsaslarla
Maliyyələşmə: Seçilmiş iştirakçıların proqramda iştirakı ilə bağlı bütün xərclər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qarşılanacaq.
Proqram iştirakçılara beynəlxalq mühitdə peşəkar təcrübə qazanmaq, BMT-nin gənclər siyasəti və qlobal gənclər gündəliyi ilə yaxından tanış olmaq, beynəlxalq səviyyəli layihə və təşəbbüslərdə iştirak etmək imkanı yaradacaq.

Namizədlər üçün ümumi tələblər

20–29 yaş aralığında Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Bakalavr pilləsinin son kursunda təhsil almaq və ya bakalavr təhsilini tamamlamış olmaq;
Magistratura və ya doktorantura proqramında təhsil almaq və ya həmin təhsili tamamlamış olmaq;
Seçilən vakansiyanın xarakterinə uyğun təhsil və peşəkar bacarıqlara malik olmaq;
Müvafiq sahələr üzrə (gənclər siyasəti, gənclərlə iş, kommunikasiya) yüksək səviyyədə peşəkar təcrübəyə, nəzərəçarpan nailiyyətlərə və təsdiq oluna bilən peşəkar fəaliyyət göstəricilərinə malik olmaq.
İngilis dilini mükəmməl səviyyədə bilmək, yazılı və şifahi ünsiyyətdə fikirlərini sərbəst, aydın və peşəkar ifadə etmək bacarığına malik olmaq;
Əlavə BMT rəsmi dillərini (fransız, ərəb, çin, rus və ispan dilləri) bilmək üstünlük hesab olunur.

1. POLICY INTERN (Gənclər siyasəti və siyasətlərin hazırlanması)

Bu istiqamət gənclər siyasəti, araşdırma, analitik təhlil və siyasət sənədlərinin hazırlanması sahələrində təcrübə qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulur.

Müraciət etmək üçün: Bura keçid edin - LINK

Əsas fəaliyyət istiqamətləri:

Gənclər siyasəti və proqramları üzrə araşdırmaların aparılması;
Məlumatların toplanılması, təhlili və sistemləşdirilməsi;
Müxtəlif ölkələrin və qurumların təcrübələrinin araşdırılması;
Praktiki nümunələrin (case study) və analitik materialların hazırlanmasına dəstək;
Siyasət sənədlərinin qısa icmallarının (policy brief), əsas məqamları əks etdirən tezislərin (talking points) və digər siyasət sənədlərinin hazırlanmasına dəstək;
Gənclərin iştirakı ilə keçirilən beynəlxalq tədbir, görüş və konfransların təşkilinə dəstək;
BMT-nin Youth2030 strategiyası və digər gənclər təşəbbüsləri üzrə fəaliyyətlərdə iştirak.
Əlavə tələblər:

İngilis dilində araşdırma aparmaq, analitik sənədlər və peşəkar mətnlər hazırlamaq bacarığı;
MS Word, MS PowerPoint və MS Excel proqramlarından istifadə bacarığı;
Güclü analitik və tədqiqat bacarıqları;
Gənclər siyasəti, gənclərlə iş, davamlı inkişaf, sülh və təhlükəsizlik, humanitar fəaliyyət və əlaqəli sahələr üzrə təcrübə.

2. COMMUNICATIONS INTERN (Kommunikasiya və ictimaiyyətlə əlaqələr)

Bu istiqamət kommunikasiya, media, ictimaiyyətlə əlaqələr və rəqəmsal kontent sahələrində təcrübə qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulur.

Müraciət etmək üçün: Bura keçid edin - LINK

Əsas fəaliyyət istiqamətləri:

Sosial media üçün kommunikasiya kampaniyalarının hazırlanmasına dəstək;
Həftəlik və aylıq sosial media kontent planlarının hazırlanması;
Sosial media göstəricilərinin və auditoriya reaksiyalarının təhlili;
Təqdimat, infoqrafika və digər vizual kommunikasiya materiallarının hazırlanması;
Foto və video kontentin hazırlanması;
BMT Gənclər Ofisinin tədbirlərinin kommunikasiya təminatında iştirak;
Tədbir və görüşlər üzrə kommunikasiya materiallarının hazırlanması;
UN Youth Compass və digər kommunikasiya təşəbbüslərində iştirak.
İstiqamət üzrə əlavə tələblər:

İngilis dilində sərbəst və peşəkar yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
İngilis dilində kommunikasiya materialları və sosial media mətnləri hazırlamaq, redaktə və korrektə etmək bacarığı;
Sosial media platformaları və rəqəmsal kommunikasiya alətləri üzrə biliklər;
MS Word və MS PowerPoint proqramlarından istifadə bacarığı;
Güclü yazılı və şifahi kommunikasiya bacarıqları;
Gənclər siyasəti və gənclərin iştirakçılığının təşviqi istiqamətində media, kommunikasiya və kontent istehsalı sahələri üzrə müvafiq peşəkar təcrübəyə malik olmaq.

Müraciət qaydaları

Namizəd yalnız bir istiqamət üzrə müraciət edə bilər;
"Policy Intern" və "Communications Intern" istiqamətlərinin hər ikisinə eyni vaxtda müraciət etmək mümkün deyil;
Namizəd maraq və təhsil sahəsinə uyğun istiqaməti seçərək müvafiq müraciət formasını doldurmalıdır;
gencler.az platformasında elan yalnız məlumatlandırma məqsədilə yerləşdirilmişdir. Müraciət və qeydiyyat yalnız elanda müvafiq vakansiyalar üzrə təqdim olunan BMT-nin rəsmi saytındakı keçidlər vasitəsilə həyata keçirilməlidir.
Nazirliyə məktub, elektron poçt və ya digər vasitələrlə göndərilən müraciətlər qəbul edilmir. Bütün qeydiyyat yalnız qeyd olunan linklər vasitəsilə aparılır.
Müraciət zamanı son qeydiyyat tarixi və saatı mütləq nəzərə alınmalıdır. Göstərilən son tarix və saatdan sonra təqdim edilən müraciətlər qəbul edilməyəcək və gecikmiş müraciətlər üçün heç bir güzəşt tətbiq olunmayacaqdır.

Son müraciət tarixi: 30 sentyabr 2026-cı il, saat 07:00 (Bakı vaxtı ilə)

Azərbaycan gənclərinin beynəlxalq mühitdə təcrübə qazanması, peşəkar bacarıqlarını inkişaf etdirməsi və qlobal gənclər gündəliyinə daha yaxından qoşulması üçün yaradılan bu imkandan yararlanmaq üçün uyğun istiqaməti seçərək müraciət edin!

Oxşar xəbərlər

Bütün xəbərlər