Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?

Bəzən valideynin övladının tərbiyəsi, onun inkişafı ilə bağlı düzgün olmayan yanaşması uşağın psixoloji və emosional vəziyyətinə də təsir göstərir. Xüsusilə uşağın istəyi nəzərə alınmadan verilən qərarlar onda narahatlıq, daxili gərginlik və özünəinamla bağlı çətinliklər yarada bilər. Bu baxımdan uşağın geyimi ilə bağlı qərarların, o cümlədən baş örtüyündən istifadənin onun istəyinə və emosional vəziyyətinə uyğun olub-olmaması da diqqət çəkən məsələlərdəndir.

Bəs ata-anasının istəyi və ya təzyiqi ilə baş örtüyündən istifadə edən uşaq bunu necə qəbul edir və belə vəziyyət onun emosional vəziyyətinə necə təsir göstərir?

Tehsilmedia.com məlumat verir ki, mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan psixoloq Nizami Orucov bildirib ki, burada əsas məsələ baş örtüyünün özü deyil, uşağın bu qərarı hansı şəraitdə qəbul etməsidir.

Onun sözlərinə görə, əgər uşaq baş örtüyündən öz istəyi ilə deyil, qorxu, təzyiq və ya məcburiyyət nəticəsində istifadə edirsə, bu, onda daxili gərginlik yarada bilər:

“Uşaq öz fikrinin nəzərə alınmadığını hiss etdikdə valideynə qarşı inciklik, narahatlıq və öz qərarlarına güvənsizlik yarana bilər. Valideynin uşağa öz dəyərlərini və inanclarını izah etməsi ilə onu məcbur etməsi eyni şey deyil. Əsas məsələ uşağın özünü təhlükəsiz hiss etməsi və fikrini sərbəst ifadə edə bilməsidir”.

N.Orucov qeyd edib ki, baş örtüyündən istifadə məsələsində uşağın yaşı, psixoloji hazırlığı və şəxsi istəyinin nəzərə alınması vacibdir. Onun sözlərinə görə, uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olaraq özünü ifadə etmək, seçimlərini anlamaq və qərarlarda iştirak etmək imkanları da artır.

“Təbii ki, bu, bütün qərarların uşağın öhdəsinə buraxılması demək deyil. Valideyn yenə də məsuliyyət daşıyır. Sadəcə uşağın yaşına uyğun şəkildə fikrini soruşmaq, onun nə düşündüyünü anlamaq və verilən qərarın ona necə təsir etdiyini nəzərə almaq lazımdır”.

Psixoloq bildirib ki, uşağın fikrinin dinlənilməsi onun ailə daxilində özünü dəyərli və eşidilən biri kimi hiss etməsinə, eləcə də özünəinamının formalaşmasına müsbət təsir göstərə bilər:

“Uşaq görür ki, onun fikri valideyn üçün əhəmiyyətlidir və düşüncələrini qorxmadan ifadə edə bilir. Əksinə, uşağın fikri daim əhəmiyyətsiz hesab edilərsə, zamanla o, öz düşüncələrini ifadə etməkdən çəkinə və valideynlə açıq ünsiyyətdən uzaqlaşa bilər”.

N.Orucovun fikrincə, belə həssas məsələlərdə uşağı qorxutmaq və ya məcbur etmək əvəzinə, onunla yaşına uyğun şəkildə danışmaq vacibdir:

“Valideyn uşağa qərarın səbəbini izah etməli, onun suallarını dinləməli və emosional vəziyyətini nəzərə almalıdır. Əsas məqsəd uşağın hansısa qərara sadəcə tabe olması deyil, özünü ailəsində təhlükəsiz, eşidilən və hörmət olunan biri kimi hiss etməsidir. Bu yanaşma həm uşağın psixoloji inkişafı, həm də valideyn-övlad münasibətlərinin sağlam qalması baxımından daha əhəmiyyətlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər