Xəbər lentiwidget-title-icon

Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Bu ölkədə 500-ə yaxın məktəb bağlanacaq
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır
Dövlət qulluğu imtahanı: buraxılış vərəqəsi çap edilə bilər
Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
Süni intellektdən istifadə etməyənlər yaxşı müəllim sayıla bilməz - Emin Əmrullayev
"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
MÜTDA müəllimləri belə təbrik etdi...
ADNSU doktorantları Qazaxıstanda tədqiqat təcrübəsi keçiblər
Emin Əmrullayev təhsilin 3 əsas hədəfindən DANIŞDI
Nazirdən müəllimlərə TƏBRİK
5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..
Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış

"Bəzən təhsildə böyük dəyişiklikləri yalnız məktəbin qapısında axtarırıq. Halbuki uşağın təhsillə ilk ciddi görüşü məktəbdə yox, məktəbəqədər mərhələdə başlayır.

Dünən keçirilən “Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransında diqqətimi çəkən əsas məqam da məhz bu oldu: söhbət sadəcə bağçadan deyil, uşağın gələcək təhsil yolunun təməlindən gedirdi.

Faktlara baxaq:

Yeni tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı artırılıb, icma əsaslı qruplara daha çox uşaq cəlb olunub. Nazirliyin açıqlamasına görə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün yeni maliyyələşmə mexanizmi və valideyn–dövlət–özəl əməkdaşlığı da tətbiq olunur. Bu, sadəcə rəqəm deyil. Bir uşağın bağçaya qəbul olunması bir ailənin yükünün azalması, uşağın sosiallaşması və məktəbə daha hazırlıqlı başlaması deməkdir.

Daha bir vacib məsələ isə tərbiyəçi-müəllimdir. Çünki yaxşı bina, yaxşı proqram, yaxşı maliyyələşmə hələ nəticənin özü deyil. Nəticəni uşağın qarşısında dayanan müəllim yaradır. Konfransda da müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və onların müasir pedaqoji yanaşmaları, gündəlik fəaliyyətə tətbiq etməsinin vacibliyi xüsusi vurğulanıb.

Mən təhsil sahəsində nöqsanları yazanda heç vaxt “hamısı pisdir” deməmişəm. Əksinə, yaxşı görülən iş varsa, onu da yazmaq jurnalistin borcudur.
Bu baxımdan Emin Əmrullayevin rəhbərlik etdiyi Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsili ayrıca gündəmə çıxarması və məsələyə yalnız “uşağı bağçaya yerləşdirmək” kimi yox, keyfiyyət, müəllim, mühit və gələcək nəticə baxımından yanaşması müsbət addımdır. Əlbəttə, konfrans keçirmək hələ nəticə demək deyil. Əsl nəticə bağçadakı uşağın inkişafında, müəllimin peşəkarlığında, valideynin razılığında və illər sonra həmin uşağın məktəbdə göstərəcəyi nəticədə görünəcək.

Amma bir həqiqəti də etiraf etmək lazımdır: Təhsildə dəyişiklik istəyiriksə, onun başlanğıc nöqtəsini düzgün seçməliyik. Bu başlanğıc isə çox vaxt məktəbin qapısından əvvəl başlayır.

Dünənki konfransın mənə görə ən mühüm mesajı da məhz budur: uşağın gələcəyinə qoyulan sərmayə onun məktəbə getdiyi gün yox, daha əvvəl başlayır."

Oxşar xəbərlər

Bütün xəbərlər