Xəbər lentiwidget-title-icon

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Süni intellektdən bu üsullarla yararlanın - Müəllim və şagirdlərə TÖVSİYƏ
Yumurta, çek və 25 manatlıq “məhəbbət”: Müəllimlər Gününüz Mübarək!
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
MDU-da müasir tədris üçün yeni İMKANLAR
“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Bu ölkədə 500-ə yaxın məktəb bağlanacaq
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır
Dövlət qulluğu imtahanı: buraxılış vərəqəsi çap edilə bilər
Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
Süni intellektdən istifadə etməyənlər yaxşı müəllim sayıla bilməz - Emin Əmrullayev
"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
MÜTDA müəllimləri belə təbrik etdi...
ADNSU doktorantları Qazaxıstanda tədqiqat təcrübəsi keçiblər
Emin Əmrullayev təhsilin 3 əsas hədəfindən DANIŞDI

Yumurta, çek və 25 manatlıq “məhəbbət”: Müəllimlər Gününüz Mübarək!

"5 Oktyabr Müəllimlər Gününə saylı günlər qalıb. Artıq ölkənin bir sıra məktəblərində valideynlərdən təbrik adı altında pul yığımına nəinki start verilib, hətta bəzilərində proses uğurla başa çatıb, “hesabatlar” da hazırdır.

​Böyük şairimiz Məhəmməd Füzuli vaxtilə “Şikayətnamə”də “Rüşvət deyildir deyə almadılar” yazmışdı. Görünür, bizim müasir Valideyn Komitəsi Sədrləri (VKS) bu klassik irsi yaradıcı şəkildə inkişaf etdiriblər. İndi rüşvətin, qanunsuz yığılan vəsaitin adı olub “könüllü hörmət”, şifrəli kodu isə “yumurta”. İnsan mat-məəttəl qalır ki, görəsən, elm və təhsil ocağında “yumurta” söhbəti elmin hansı dərin qatından xəbər verir? Növbəti mərhələdə yəqin ki, riyaziyyat dərslərində də tənlikləri “kartof, pomidor və ya xiyar vahidləri” ilə həll edəcəyik.
​
Məsələnin başqa bir “fədakarlıq” tərəfi də var. VKS sədrləri elə bir “mütəşəkkil idarəetmə” sistemi qurublar ki, insanda adama medalı təqdim etmək həvəsi yaranır. 2 oktyabr saat 12:44 və 13:02 tarixlərində qeydə alınan ödəniş çekləri, karta köçürmələr, müəllimə veriləcək “pluslu” siyahılar…
Bəli, texnologiya inkişaf edir, bank tətbiqləri rahatlaşır, amma zehniyyət tətbiq olunmuş məcburiyyətin “könüllülük” maskasından bir addım da kənara çıxa bilmir. Müəllimə hörməti 15, 20, 25 manatlıq tariflərlə ölçmək, verməyəni isə “məlumatsız saxlamamaqla” qorxutmaq hansı pedaqoji nəzəriyyənin tərkib hissəsidir?
​Bir tərəfdən Müşfiqabad 274 nömrəli məktəbdə direktor Nəriman Mürsəliyevin, digər tərəfdən Binəqədi 205 nömrəli məktəbdə direktor Əliheydər Əliflinin rəhbərlik etdiyi təhsil ocaqlarında bu cür mənzərələrin yaşanması təəssüf və təəccüb doğurur. Məktəblər bilik və tərbiyə məbədi olmaqdan çıxıb, sanki VKS-lərin illik ticarət dövriyyəsini reallaşdıran korporativ mərkəzlərə çevrilib.
​
Səs yazılarında “qorxunuz, çəkincəniz yoxdur” deyə müraciət edənlərə sadə bir cavab var: görünür, yoxdur! Çünki qorxusu olan insan “müəllimlər günü” adı altında valideynləri bu dərəcədə açıq-aşkar soymağa, məktəbi bazara döndərməyə cəsarət etməz.

Bütün bu “yumurtalı”, çekli, 25 manatlıq bazarlıqların fonunda isə tək bir sual açıq qalır: Biz bu üsulla böyüdəcəyimiz uşaqlara hansı mənəvi dəyərlərdən dərslər keçəcəyik?"

Məhəmməd Ərsoy

Oxşar xəbərlər

Bütün xəbərlər