Xəbər lentiwidget-title-icon

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Süni intellektdən bu üsullarla yararlanın - Müəllim və şagirdlərə TÖVSİYƏ
Yumurta, çek və 25 manatlıq “məhəbbət”: Müəllimlər Gününüz Mübarək!
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
MDU-da müasir tədris üçün yeni İMKANLAR
“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Bu ölkədə 500-ə yaxın məktəb bağlanacaq
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır
Dövlət qulluğu imtahanı: buraxılış vərəqəsi çap edilə bilər
Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
Süni intellektdən istifadə etməyənlər yaxşı müəllim sayıla bilməz - Emin Əmrullayev
"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
MÜTDA müəllimləri belə təbrik etdi...
ADNSU doktorantları Qazaxıstanda tədqiqat təcrübəsi keçiblər
Emin Əmrullayev təhsilin 3 əsas hədəfindən DANIŞDI

Süni intellektdən bu üsullarla yararlanın - Müəllim və şagirdlərə TÖVSİYƏ

Məktəblərdə süni intellektdən istifadənin genişlənməsi şagirdlərin təhsil prosesinə yanaşmasını da dəyişir. Artıq ibtidai siniflərdən yuxarı siniflərə qədər şagirdlərin ev tapşırıqlarını və müxtəlif yazılı işlərini süni intellekt alətləri vasitəsilə hazırlaması halları müşahidə olunur. Bu isə müəyyən mərhələdən sonra şagirdlərin müstəqil düşünmə, araşdırma və yazı bacarıqlarının zəifləməsi ilə bağlı suallar yaradır.

Bəs, görəsən, məktəblərdə süni intellektdən istifadəyə yaş məhdudiyyəti qoyulmalıdırmı?

Tehsilmedia.org xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən İnformasiya texnologiyaları üzrə mühəndis, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev qeyd edib ki, məktəblərdə süni intellektdən istifadənin genişlənməsi şagirdlərin təhsil prosesinə yanaşmasını da dəyişir:

"Artıq ibtidaidən yuxarı siniflərə qədər şagirdlərin ev tapşırığı və müxtəlif yazılı işlərini süni intellekt vasitəsilə hazırlaması halları müşahidə olunur. Bu isə müəyyən mərhələdən sonra şagirdlərin müstəqil düşünmə, araşdırma bacarıqları ilə yanaşı, yazı vərdişlərinin zəifləməsi ilə bağlı suallar yaradır. Məktəblərdə süni intellektdən istifadəyə tam yaş qadağası qoymaqdansa, hər yaş kateqoriyası və təhsil pilləsinə uyğun istifadə qaydalarını müəyyənləşdirmək daha məqsədəuyğundur.

İbtidai siniflərdə təhsil alan şagirdin əsas məqsədi oxuyub-yazmaq, fikrini dəqiq ifadə etmək, məntiqi əlaqə qurmaq və problem həll etmək kimi fundamental bacarıqları formalaşdırmaqdır. Əgər şagird bu mərhələdə tapşırıq üzərində düşünmək əvəzinə, onun həllini süni intellektin öhdəsinə buraxacaqsa, bu zaman yaxşı hazırlanan mətn əldə edəcək, lakin həmin problemin həlli zamanı qazana biləcəyi bacarıqlardan da məhrum olacaq. Buna görə aşağı yaşlarda süni intellektdən istifadə müəllim və ya valideyn nəzarəti altında, daha çox izah edən və öyrədən vasitə kimi təşkil oluna bilər.

Yuxarı siniflərdə isə yanaşma dəyişə bilər: şagirdlərə süni intellekti qadağan etməkdənsə, ondan daha düzgün istifadəni öyrətmək çox faydalıdır. Şagird süni intellektə işləyən zaman bir çox bacarıqlara sahiblənəcək: məlumatı yoxlamaq, mənbələri müqayisə etmək, yanlış cavabları müəyyənləşdirmək, öz fikri ilə süni intellektin hazırladığı mətni fərqləndirmək və s".

Əsas məsələ, məncə, “şagird süni intellektdən istifadə edibmi?” deyil, “süni intellekt şagirdin yerinə düşünübmü?” sualı ola bilər:

"Məsələn, mövzunu başa düşmək üçün əlavə izah istəmək, ideyalar toplayıb yazdığı mətn haqqında rəy almaq öyrənməyə yardımçı ola bilər. Amma hər hansı inşanı, layihəni bütövlükdə süni intellektə yazdırıb öz işi kimi təqdim etmək təhsil prosesinin məqsədini zəiflədə bilər.

Ona görə də sərt yaş həddindən çox, pilləli model daha uyğun görünür. Kiçik yaşlarda məhdud və nəzarətli istifadə, orta siniflərdə müəllim rəhbərliyi ilə istifadə, yuxarı siniflərdə isə daha sərbəst, lakin şəffaf və məsuliyyətli istifadə. Eyni zamanda məktəblər bəzi tapşırıqları süni intellektsiz məsələn, sinif daxilində yazı, şifahi müdafiə və müzakirə formasında keçirməklə şagirdin həqiqi bilik və düşünmə qabiliyyətini də qiymətləndirə bilərlər".

Oxşar xəbərlər

Bütün xəbərlər