Xəbər lentiwidget-title-icon

Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib
Müəllimlərin "Tik-tok" istifadəsinə nəzarət edilməlidir - VİDEO
Mətbuat Şurası 225 nömrəli məktəbdəki insidentlə bağlı AÇIQLAMA yayıb
Tam ştatlı müəllimlər repetitorluqla məşğul ola bilməyəcək?

Məktəblilər uşaqların ayaq sağlamlığı üçün ağıllı cihaz hazırlayıb - FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, travmatoloq-ortoped Ayaz Hümbətovun elmi rəhbərliyi ilə Bakı məktəblilərindən ibarət komanda uşaqlarda ayaq formasının və yük paylanmasının erkən skrininqinə imkan verən “SoleShift Kids” layihəsini hazırlayıb.

ATU-dan Tehsilmedia.org-a verilən məlumata görə, layihə uşaqlarda ayaq problemlərinin ilkin mərhələdə aşkarlanmasına dəstək olmaq, valideynləri məlumatlandırmaq və zərurət yarandıqda onları müvafiq mütəxəssisə yönləndirmək məqsədi daşıyır. Amerika Ortopedik Cərrahlar Akademiyasının (AAOS) üzvü olan Ayaz Hümbətov layihənin tibbi istiqamətinə rəhbərlik edir.

Jeyla Əhmədzadə, İlyas Tağıyev, Youssef El Haroun, Vahid Musayev və Mikayıl Əhmədbəylidən ibarət komandanın hazırladığı prototip səkkiz təzyiq sensoru və ESP32 mikrokontrolleri əsasında işləyir. Cihaz bir neçə saniyə ərzində ayağın müxtəlif nahiyələrinə düşən yükü ölçür və əldə olunan nəticələr əsasında valideynlər üçün sadə, anlaşıqlı hesabat hazırlayır.

“SoleShift Kids” layihəsinin əsas üstünlüklərindən biri texnoloji imkanların tibbi biliklərlə birləşdirilməsidir. Sistem ilkin skrininq üçün nəzərdə tutulub və öz-özlüyündə tibbi diaqnoz qoymur. Nəticələrdə narahatlıq doğuran məqamlar aşkarlandıqda valideynlərə mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Layihə paytaxt məktəblərində şagirdlərə nümayiş etdirilib. Skrininq tədbirlərinin aparılması zamanı uşaqların hüquqlarının və məxfiliyinin qorunmasına diqqət yetirilir. Bu məqsədlə yoxlamalar yalnız valideynlərin yazılı razılığı əsasında həyata keçirilir.
Azərbaycan Tibb Universiteti gənclərin elmi və innovativ təşəbbüslərinin dəstəklənməsinə, onların tibbi biliklərə yiyələnməsinə və bu bilikləri praktik layihələrdə tətbiq etməsinə xüsusi önəm verir. “SoleShift Kids” layihəsi də tibb və texnologiyanın vəhdətini nümayiş etdirən, məktəblilərin elmi yaradıcılığını və sosial məsuliyyətini təşviq edən təşəbbüslərdəndir.

Layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 3 – Sağlamlıq və rifah məqsədinə töhfə verməyi hədəfləyir. Belə ki, erkən skrininq və profilaktik yanaşma uşaqların sağlamlığının qorunmasına, sağlamlıqla bağlı məlumatlılığın artırılmasına və tibbi yardıma vaxtında müraciətin təşviqinə xidmət edir.

Oxşar xəbərlər

Bütün xəbərlər