Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllim və tələbələri üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim təşkil olunub.
Tehsilmedia.org xəbər verir ki, təlimin məqsədi müəllim və tələbələrin fövqəladə hallar zamanı düzgün və operativ davranış qaydaları barədə məlumatlılığını artırmaq, ilkin yardım bacarıqlarını formalaşdırmaqdır.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova təlim zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, yara, qanaxma, yanıq, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verib.
Tələbələr simulyasiya məşğələlərində mulyajlardan aktiv istifadə edərək ilk yardım üsulları barədə bilik və bacarıqlara yiyələniblər.
Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olunub




























