Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul elan edilir.

Tehsilmedia.org xəbər verir ki, proqram ali təhsil müəssisələrinin I kursunda bakalavriat səviyyəsində təhsil alan, sosial həssas qrupa aid olan oğlan və qızlara təhsil müddətində dəstək göstərməyi hədəfləyir. Proqram üzrə ixtisas məhdudiyyəti olmadan, müəyyən edilmiş digər meyarlara cavab verən və istənilən ixtisas üzrə təhsil alan tələbələr müraciət edə bilərlər.

Təqaüd proqramı çərçivəsində 20 tələbə seçiləcək və hər bir iştirakçı aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Müraciət üçün əsas tələblər

Proqrama müraciət etmək istəyən namizədlər aşağıdakı şərtlərə cavab verməlidirlər:

Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I kursunda təhsil almaq;
sosial həssas qrupa aid olan tələbə olmaq;
ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 600 bal toplamaq;
könüllülük, sosial fəaliyyət və digər dərsdənkənar fəaliyyətlərdə aktiv iştirak etmək.
Bundan əlavə, namizəd aşağıdakı sosial meyarlardan ən azı birinə uyğun olmalıdır:

ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olmaq;
orqanizmin funksiyalarının 31-60, 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmaq;
valideynləri olmayan və ya uşaq evində böyümüş şəxs olmaq.
Namizədin hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olmalıdır:

orqanizmin funksiyalarının 31-60, 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs;
işsiz kimi qeydiyyatda olan şəxs;
iş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxs;
iş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxs.
Qeyd: Yuxarıda qeyd olunan sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimində qəbul imtahanında topladıqları bal əsas götürüləcək.

Seçim mərhələləri
Proqrama qəbul onlayn müraciət, qiymətləndirmə və müsahibə olmaqla, 3 mərhələdə aparılacaq.

Qiymətləndirmə zamanı namizədlərin sosial vəziyyəti, akademik göstəriciləri, və motivasiya məktubu nəzərə alınacaq.

Müsahibə mərhələsində namizədlərin məqsədləri, sosial vəziyyəti, tələbə həyatı və fəaliyyəti ilə bağlı suallar cavablandırılacaq. Yekun seçim zamanı müsahibə mərhələsində göstərilən nəticə əsas götürüləcək.

Bütün mərhələlərdən uğurla keçən 20 tələbə aylıq 200 manat təqaüd əldə edəcək.

Müraciət qaydası

Proqrama müraciət etmək üçün linkə keçid edə bilərsiniz.

Son müraciət tarixi: 17 noyabr 2026-cı il

Qeyd: Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət edə bilməzlər.

Oxşar xəbərlər

Bütün xəbərlər