Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

UFAZ-da “Heydər Əliyev İli” münasibətilə elmi-praktik konfrans keçirilib - FOTO

UFAZ-da “Heydər Əliyev İli” münasibətilə elmi-praktik konfrans keçirilib - FOTO

Mayın 30-da Azərbaycan-Fransız Universiteti (UFAZ), Yeni Azərbaycan Partiyası və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təşkilatçılığı ilə “Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfransın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin qonaqlarını salamlayan UFAZ-ın icraçı direktoru, YAP İdarə heyətinin üzvü Vazeh Əskərov Heydər Əliyevin həyat və fəaliyyət yolundan danışaraq, ölkəmiz üçün mühüm olan bəzi məqamları xatırladıb. Ulu Öndərin ölkəmizin inkişafı üçün ilk növbədə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verdiyini vurğulayaraq bildirib ki, qısa zaman ərzində Avropa Birliyi və Avropa təssisatları ilə əlaqələr genişlənməyə başladı.

Türk Ağsaqqalları İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü Südeif İmamverdiyev öz çıxışında Naxçıvanın blokadada olduğu vaxtda Heydər Əliyevin onu qorumaq üçün əlindən gələni əsirgəmədiyi barədə öz xatirələrini paylaşıb. Türkiyə ilə münasibətlərin qurulmasını, Ümid körpüsünün tikilməsini qeyd edən natiq Ümummilli Liderin Fransa, İngilitərə, ABŞ, İtaliya və Vatikana səfərlərini xatırladıb. Həmin görüşlərdə dünya liderlərinin onun şəxsiyyətinə necə hörmət etməsi barədə fikirlərini bölüşüb.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

YAP İdarə Heyətinin üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov çıxışında Heydər Əliyevin Avropa Birliyi ilə münasibətlərin inkişafında gördüyü xidmətləri yada salıb. Onun sözlərinə görə, 1996-cı ildə AB ilə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişi ölkəmizdə islahatlarn sürətlə həyata keçirilməsinə bir təkan oldu.

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev öz çıxışında Heydər Əliyev siyasətinin bugünkü Azərbaycanın inkişafında qoyduğu izlərdən bəhs edib. O, gənc nəslin təhsilinə Ulu Öndərin necə önəm verdiyini vurğulayıb. “Azərbaycan-Fransız Universiteti timsalında biz deyə bilərik ki, bu gün həmin siyasətin bəhrəsini görürük”, - deyə o qeyd edib.

Tədbirdə TAİB sədri Südeif İmamverdiyev Vazeh Əskərova təşkilat adından təşəkkürnamə təqdim edib.

Konfransda TAİB Qadınlar Şurasının sədri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşı Elnur Eltürk, eləcə də UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, YAP Nəsimi rayon təşkilatının üzvləri, Türk Ağsaqqalları İctimai Birliyinin fəalları və YAP Veteranlar Şurasının üzvləri də iştirak edib.

Sonda xatirə şəkilləri çəkilib.

UFAZ-da “Heydər Əliyev İli” münasibətilə elmi-praktik konfrans keçirilib - FOTO

UFAZ-da “Heydər Əliyev İli” münasibətilə elmi-praktik konfrans keçirilib - FOTO

UFAZ-da “Heydər Əliyev İli” münasibətilə elmi-praktik konfrans keçirilib - FOTO

UFAZ-da “Heydər Əliyev İli” münasibətilə elmi-praktik konfrans keçirilib - FOTO

UFAZ-da “Heydər Əliyev İli” münasibətilə elmi-praktik konfrans keçirilib - FOTO

UFAZ-da “Heydər Əliyev İli” münasibətilə elmi-praktik konfrans keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər